MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN
Bir müəllim kimi, daim, Ulu Öndərin, Ümummilli Liderin sadə, eyni zamanda yığcam fikirlərinə sadiq olmuşam: " Bizim üçün tarixi bir amal var – azərbaycançılıq...” Məncə bu kəlam hər bir müəllimin qarşısında – bir amal, bir məqsəd, bir prinsip olmalıdır.
Göründüyü kimi, azərbaycançılıq ideologiyasının mahiyyəti – çox dərin, əhatəli və zəngindir. Bu isə, gələcəyimizin təminatı, qarantısıdır.
Bildiyimiz kimi hər bir insanın ilk tərbiyəçisi onun valideynləri, sonra isə, pillələr və səviyyələr üzrə müəllimləridir. Deməli, qazanılan bilik və bacarıqlarla yanaşı, insanın formalaşmasının əsasını, bünövrəsini – ümumtəhsil məktəbləri qoyur.
Lakin, məlum məsələdir ki, ümumi təhsilə cəlb edilən uşaqlar – potensial imkanlı, istedadlı, intelektual bacarıqlı, bilik və bacarıqları eyni səviyyədə olmur.
1. Ulu Öndər, Ümummilli Lider, Azərbaycan Respublikasının qurucusu və baş memearı Heydər Əliyevin anım günü münasibəti ilə keçirdiyim tədbirdə , şagirdlərim öz sayqı və hörmətlərini söylədikləri şeirlərlə bildirdilər.
Ulu Öndərin ideyalarına sadiq qalmağı, təbliğ etməyi, onun – azərbaycançılıq ideyasını rəhbər tutaraq və eyni zamanda sadiq qalaraq – keçirdiyim tədbirlərdə buna sadiq qalmışam...
2. "Dövlət bayrağı” günü münasibəti ilə balaca fidanlarımla "Yetər ki, sən dalğa¬lan...” adlı möhtəşəm kompozisiya ilə çıxış etdim.
Məqsədim: İlk dəfə, 1918-ci ildə Məmməd Əmin Rəsulzadə tərəfindən qaldırılan, lakin süqut edərək, 70 ildən sonra, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev tərəfindən dalğalanan üçrəngli bayrağımızı tanıtmaq, onun müqəddəsliyini, əzəmətini şagirdlərə nümayiş etdirmək və aşılamaqdır.
3. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə keçirdiyim tədbiri - daha əlamətdar hesab etmək olar. Ssenari müəllifi və quruluşcu rejissoru bəndəniz - Aytən Cumalıyeva olduğu üçün, çalışdım ki, heç bir şagird kənarda qalmasın. Çünki, ideoloji tədbirlər hazırlamaq – qürür hissi ilə yanaşı, məsuliyyət, həvəs, sevgi, Vətənə, torpağa, doğma Azərbaycanımıza bağlılıq, peşəsinə, sənətinə - məhəbbət kimi faktoloji ünsürləri özündə birləşdirir. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi – azərbaycançılıq ideologiyasının mahiyyəti çox dərindir. Və hər bir azərbaycanlının tutduğu yolu müəyyən etməlidir.
Tədbirdə yalnız bir səhnədən, bir epizoddan söhbət açmaq istəyirəm. Ssenari müəllifi olduğum tamaşada hadisələr Gəncədə, Azərbaycan Xalq Cumhuriyyətinin binasında (indiki Azərbaycan Dövlət Aqrar Universitetin binası) cərəyan edir. Və, Cumhuriyyətin fəalları : M.Ə.Rəsulzadə, F.Xoyski, Z. Göyalp, Ə.Hüseynzadə, Ü.Hacıbəyli dəyirmi masa arxasında əyləşərək , atributları müzakirə edirlər...
4. Vətən sevgi, vətənə məhəbbət aşılamaq- ümdə məsələlərdən biridir. İşğal altında olan 12 rayon, 20 % torpaqlarımız – bizim yaralı ürəyimizdir. Mənfur qonşularımız tərəfindən işğal altında olan Qarabağ, Xocalı, Zəngilan – bizi tarixi unutmamağa səsləyir. Verdiyimiz yüzlərlə şəhidin qanı yerdə qalmayacaq. Vətən uğrunda ölənlər – unudulmur, yaddan çıxmır! Şəhidlik zirvəsinə ucalanları- biz şahidlər unutmamalıyıq! Buna - bizim mənəvi haqqımız yoxdur!
Bu ideologiyanı nəzərə alaraq, "Şəhidlər və Şahidlər ” adlı nümunəvi dərs keçdim. Dərsimdə, Gəncə Təhsil İdarəsinin Metodiki Mərkəzinin rəhbəri - Söhrab Hacıyev, sözügedən idarənin metodisti - Teyyubə Musayeva, məktəbimizin direktoru - Səmadil Əliyeva və digər müəllimlər iştirak etdilər. Yüksək səviyyədə keçən dərsimlə əlaqədar olaraq, əməyim qiymətləndirildi. Gəncə Təhsil İdarəsinin müdiri - Zakir Hüseynov və məktəbimizin direktoru- Səmadil xanım Əliyeva tərəffindən "Fəxri Fərman” la mükafatlandırıldım.
5. Vətənpərvərlik mövzusu ilə bağlı daha bir ideoloji tədbir hazırladım. Tədbirim,Sovet İttifaqı Qəhrəmanı, "Mixaylo” ləqəbli Mehdi Hüseynzaənin anadan olamsının 100 illiyi münasibəti ilə "Uzaq sahillərdə” bədii filminə istinadən " Qəhrəmanın ölümü ” adlı layihə idi. Layihəni 2-ci və 4-cü siniflər arasında müştərək reallaşdırdım.
Tədbirimə - Milli Məclisin deputatı Pərvin xanın Kərimzadə, Aqrar Universitetin İnformasiya Agentliyinin rəhbəri, jurnalist Qalib Rəhimli iştirak etdi.
6. Azadlıq uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı da unutmadım... "20 Yanvar ” şəhidlərinin xatirəsinə həsr etdiyim tədbirdə "İlham və Fərizə” nin ölümünü səhnələşdirdim. Şagirdlərim – o qədər gözəl, pəşəkarcasına rolun öhdəsindən gəldilər ki... heyran olmamaq mümkün deyildi. Əlinin – İlhamı, Aysunun – Fərizəsinin ölümü, rus əsgərlərinin atəş açma səhnəsi - jest, mimika, improvizasiya ilə çox gözəl alınmışdı...
7. Azərbaycanın tarixi çox qədimdir... Yaşadığımız Gəncə şəhərinin isə təxminən- 4500 yaşı var. 1139-cu ildə baş verən dəhşətli zəlzələ nəticəsində Alparaq (Kəpəz) dağının başı uçaraq, Ağsu çayının qarşısını kəsmiş, nəticədə isə füsunkar - Göygöl yaranmışdır. Gəncə şəhəri isə darmadığın olmuş, əhalisi isə məhv olmuşdu. Bundan istifadə edən gürcü çarı Dimetri şəhərə hücüum edib, Gəncə qapısını bir qənimət kimi öz ölkəsinə aparmışdı. 1141-ci ildə isə, Azərbaycanın klassik şairi, mütəfəkkiri, "Xəmsə” nin müəllifi Nizami Gəncəvi dünyaya gəlmişdir.
Bütün bunlar və bundan da çox məlumatlar əldə etmək üçün, biz, yəni sinifim ekskursiya təşkil etdik. Əlbəttə, Nizami Gəncəvi haqqında, "Gəncə darvazası” haqqında, ümumilikdə Gəncənin tarixi haqqında və bütün bunlar haqqında layihə işi hazırlamaq – ideolji tədbirlər planının bir qismi hesab etmək olar...
8. Uşaqlarda tariximizə, keçmişimizə maraq və bu marağı məzh bədii ədəbiyyata yönləndirmək məqsədi ilə, "Bir qalanın sirri ” kinofilminə istinadən, uşaqlarda bədii ədəbiyyata maraq " adlı layihə həyata keçirdim. Layihədə, 3-cü və 4-cü sinif şagirdləri iştirak edirdi. Məqsədim: şagirdlərdə bədii ədəbiyyata, kitaba həvəs, maraq yaratmaq, kitabxana ilə sıx, mütəmaddi əlaqə saxlamaq idi. Devizim isə: hər bir şagird, onun müəllimi və valideyni – hamılıqla hər gün saat 19:00 – da, televizorları, kimpüterləri, telefonları, radioları söndürüb, bir saat kitab oxumaqdan ibarət idi...
9. "Xocalı” faciəsi - əsrin ən qəddar soyqırımı... Bu faciəni Dünyaya tanıtmaqla yanaşı, onu gələcək nəsilə - olduğu kimi, əsl həqiqəti çatdırmaq – biz müəllimlərin prioritet məsələlərindən biridir. Bir vətəndaş kimi, bir müəllim kimi mən bu faciəni kənarda qoya bilməzdim... İdeoloji tədbirlər baxımından, bu facəni keçirmək, kiçik kompozisiya hazırlamaq mənim borcum idi... Ən əsası da, azərbaycançılıq borcum....
10. İdeoloji tədbirlər siyahısına Milli bayramımız olan – "Novruz” bayramını da əlavə edə bilərəm. " Novruz” – yeni gün deməkdir, torpağın oyanışı, yeni ilin gəlməsi, bahar əhavli-ruhiyyəsinin duyulası deməkdir. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev, bu bayramını sevmiş, xalqın içərisində, xalqla bir yerdə keçirmişdir. Kosa və Keçəlin zarafatlarını dinləmiş, onlarla yumurta belə döyüşdürmüşdür.
Bu əziz bayramı mən də sevmiş, onu şagirdlərimə sevdirməyə çalışmışam. Bu məqsədlə də "Novruz” tədbiri təşkil etdim. Həmin tədbirə "Dəli Kür ” bədii filimdən "Bayram payı” olan hissəni də səhnələşdirmişəm. Məqsədim: İnsanları birliyə, kollektivçiliyə, şən əhvali – ruhiyyəyə köklənən "Novruz ” byarmını təbliğ etmək, onu gələcək nəsilə ötürməkdir
Gəncə şəhəri, N. Nərimanov adına 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aytən Mahir Cumalıyeva.