Xəbərlər / Ekspert
28 fevral 2023
1 794


Təhsil ekspertindən çox vacib TƏKLİFLƏR


Dünən Elm və Təhsil Nazirliyinin media üçün keçirilən brifinqində nazir Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) eyni qaydada davam etdiriləcək. Sadəcə əlavə yenilik var. Ötənilki imtahan nəticələrinin təhlillərinə əsasən qərara alınıb ki, hər fənn üzrə 30 dəqiqə əlavə zaman verilsin.


Nazirin sözlərinə görə, imtahan müddəti 2 saat 30 dəqiqə olacaq. Qaydalar rəsmiləşmə mərhələsindədir. Yaxın zamanda isə ictimaiyyətə əlavə məlumat veriləcək.


Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, təhsilin uğurlu inkişafı savadlı və peşəkar kadrların fəaliyyətindən birbaşa asılıdır.


"O da danılmazdır ki, perspektivli namizədlər arasında düzgün seçim apararaq onların mütəxəssis kimi təhsil müəsisələrinə cəlb olunması daim ən aktual məsələlər sırasındadır. Bu baxımdan Elm və Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində müəllimlərin işə qəbulu ilə əlaqədar mütəmadi yeniliklər tətbiq edilməsi başa düşüləndir. Bu sahədə həyata keçirilən ən önəmli dəyişikliklərdən biri də müəllimlərin işə qəbulu ilə bağlıdır. Artıq, ikinci 10 illikdir ölkənin orta ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir və demək olar ki, elə bir il olmur ki, bu istiqamətdə yeniliklər edilməsin, müəyyən dəyişikliklər aparılmasın. Elə götürək təkcə ötən ilin bu vaxtlarını. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, imtahan müddəti hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırıldı. İndi isə, artıq bu müddətin 150 dəqiqəyə çatdırılması nəzərdə tutulur. Ötən il habelə namizədlərə bərabər imkanların yaradılması, vakansiya seçimi  məqsədilə müsabiqədə bir sıra yeniliklər edilib".


Ekspertin sözlərinə görə, müsabiqədə uğur qazanmış müəllimlərin işə qəbul olduğu ümumi təhsil müəssisəsində davamlı çalışmasının stimullaşdırılması, vakansiya seçimi zamanı səmərəliliyin artırılması, müəllimlərin iş yerini mütəmadi dəyişməsinin şagirdlərin psixoloji durumuna və nəticələrinə mənfi təsiri səbəbindən qaydalara digər müvafiq dəyişikliklər edilib:


"Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Ötən il verilən qərara əsasən, müəllimlər seçdikləri yerdə azı 3 il daimi əsaslarla işləməliydilər ki, yerlərini dəyişə və ya imtahanda iştirak edə bilsinsinlər və bu qərar rəsmiləşdirilməmişdi. Ancaq hazırkı halda həmin müəllimlərin MİQ-də iştirakı təmin ediləcək. Ötən ildən ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanmaqla 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediliməsi, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcəyi, belə ki, səhv cavablandırılmış 4 test tapşırığına görə 1 düzgün cavabın silinəcəyi, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacağı nəzərdə tutulmuşdu və s".


Nadir İsrafilov onu da qeyd etdi ki, yeni qaydalarla bağlı təhsil rəsmisinin son açıqlamasına görə, müəllimlərin işə qəbulu imtahanında metodika və pedaqoqikada hüquqi savadlılıqla bağlı dəyişiklik edilərək sual sayı azaldılıb:


"Hesab edirəm ki, metodika hər hansı məqsədə nail olmaq üçün hazır qaydalardır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Nəzəri biliklərə sahiblənmək hələ yaxşı müəllim olmaq demək deyil. Müəllimin peşəkarlığı nəzəri bilikləri necə çatdırmaq ustalığındadır. Buna görə də ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqlarının 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanması növbət dəyişikliklər zamanı nəzərə alınmalı, müsahibə zamanı isə müsabiqə iştirakçısının psixoloji durumu və  şəxsi keyfiyyətlərinin üzə çıxarılması əsas şərtlərdən biri olmalıdır. MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydasının tətbiq edilməsini də təqdir etmirəm. Bu, yalanın doğrunun haqqına girməsi anlamına gəlir. O ki, qaldı müəllimlərin işə qəbul imtahanında hər hansı fənnin suallarının çətin və ya asan olması ilə bağlı müxtəlif fikirlərin mövcud olmasına, onu deyə bilərəm ki, çətin və asan sual olmur, anlaşıqsız və anlaşıqlı sual olur. Rəsmi açıqlamaya əsasən, yeni qaydalara dair bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib. Həmin çərçivələrin nədən ibarət olması ilə tanış olduqdan sonra MİQ müsabiqəsinin qiymətləndirilmə çərçivəsi barədə nəsə bir konkret fikir söyləmək olar".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....