Xəbərlər / Ekspert
19 iyul 2022
1 043


Təhsil ümummilli məsələdir- İLHAM ƏHMƏDOV


Bildiyiniz kimi SSRİ-də riyaziyyat elmi güclü inkişaf etmişdi. O vaxt dünyada tanınan yüzlərlə sovet  riyaziyyatçı  var idi. 


Onlar riyaziyyat elminin inkişafına əhəmiyyətli tövhələr vermişdilər.  Bu sahədə olan inkişaf  elmin digər sahələrinin, iqtisadiyyatın inkişafına da müsbət təsir edirdi. 

SSRİ-də  minlərlə  sağlam gözlü riyaziyyatçı olduğu halda,  gözdən əlil  akademik  Pontryagin öz tələbələri ilə birgə akademik  Kolmoqorovun rəhbərliyi ilə yazılmış məktəb riyaziyyat dərsliklərini  ətraflı tədqiq (monitorinq) etmiş, bu sahədə  ciddi problemlər müəyyən etmiş,  ölkədə riyazi təhsilin məktəblərdə və ali məktəblərdə tədrisi vəziyyətini ciddi tənqid etmişdir. Keçən əsrin 80-cı  illərində o, SOV. İKP -nin  mətbu orqanı olan "Kommunist" jurnalında bu  haqda geniş məqalə  dərc etdirmişdi (hərçənd Akademik Pontyaqin özü bitərəf idi).  Bu məqalə  o vaxt  aydın səmada çaxan ildırım kimi təhsil ictimaiyyətində şok effekti yaratdı. Məqalə  SOV. İKP-nin siyasi bürosunda riyaziyyatçı alimlərin də iştirakı ilə geniş müzakirə edildi, təcili olaraq həmən dərsliklərin yeni dərsliklərlə əvəzlənməsi  barədə qərar qəbul edildi. Bu hadisədən sonra ölkədə riyazi təhsilə diqqət xeyli artdı. Mən onda əyani aspiranturada təhsil alırdım. Bizim  institutun riyaziyyat fakultəsi o  vaxt təcili qaydada  ümumi iclas keçirdi və bu məqaləni müzakirə etdi.  40 il əvvəl olmuş bu hadisəni yada salmaqda  məqsədim bəzi məqamlara diqqət çəkməkdir:


1. Təhsil ümummilli məsələdir. Amma ölkənin  əsas Elm  Mərkəzi hesab edilən AMEA sanki  ölkədəki təhsil problemlərindən özünü təcrid edib (ya da hansısa razılaşmaya görə bu işlərə qarışmır, ya da bu sahə TN-nin tam monopoliyasındadır). Niyə?  Ən azından AMEA təhsilin məzmununun müəyyən edilməsində, dərsliklərin monitorinqində  və digər aktual təhsil məsələlərində  fəallıq etməli,  onun  mütəxəssisləri rəy bildirməlidirlər.  Onlar bunda maraqlı olmalıdırlar,  çünkj, bu gün  təhsili zəif olan ölkənin  sabah elmi də olmayacaq. Bu iki amil  isə milli təhlükəsizlik məsələlərinin əsasıdır. 


2. Akademik Pontryaqinin ölkənin riyaziyyat dərsliklərinin bərbad  vəziyyəti barədə məqaləsi SOV. İKP siyasi bürosunun xüsusi iclasında geniş  müzakirə edilmişdi. Təhsilimizin  və elmimizin bu gün kifayət qədər problemləri var,  bizim hakim partiya da bu problemlərin müzakirəsini təşkil etsə, öz tövsiyyələrini versə,  elm və təhsilimiz bundan yalnız uda bilər. Ölkə rəhbərliyinin daim  vurğuladığı ictimai nəzarət  məsələlərində  hakim partiyanın da  fəal  iştirakı da təmin edilərdi.


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?