AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Ekspert / Bölgə
26 sentyabr 2025
786

"Tarix dərslikləri yalnız fakt və xronologiyanın yığımı olmamalıdır"



AzTehsil.com xəbər verir ki mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini bölüşüb. Bildirib ki, əslində orta məktəblər üçün yazılan tarix dərslikləri yalnız fakt və xronologiyanın yığımı olmamalıdır. Apardığım təhlillər göstərir ki, müasir dünyada dərsliklərin əsas məqsədi şagirdə məlumat ötürməkdən daha çox, onun vətəndaş kimi formalaşmasına, şəxsiyyət kimi yetişməsinə xidmət etməkdir. Bizim orta məktəb kitablarımızda isə məqsəd çox zaman qəbul imtahanına hazırlığa yönəldilir, nəticədə dərsliklər repititorluğun vasitəsinə çevrilir.


Məsələn, Türkiyənin Milli Təhsil Nazirliyinin təsdiqlədiyi 8-ci sinif tarix dərsliyində “Millî Mücadele dönemi” mövzusunda yalnız hadisələr sadalanmır, həm də müzakirə sualları, şagirdin hadisəyə münasibətini formalaşdıran tapşırıqlar verilir: “Siz olsaydınız, bu qərara necə yanaşardınız? Bu gün oxşar vəziyyətlə üzləşsəniz, hansı mövqedə dayanardınız?” – bu, şagirdi tənqidi və vətəndaş düşüncəsinə yönəldir. Gürcüstanda istifadə olunan dərsliklərdə, məsələn, “Modern History of Georgia” bölməsində hər mövzunun sonunda kiçik debat mövzuları təqdim olunur, şagirdlər sinifdə mübahisə etməyi öyrənirlər. ABŞ-da “History Alive” adlı orta məktəb dərsliyində isə tarixi şəxsiyyətlərin gündəliklərindən sitatlar, hadisələrin emosional təsvirləri verilir, bu isə sadəcə fakt yox, empatiya və vətəndaşlıq duyğusu formalaşdırır. İngiltərədə isə “Edexcel GCSE History” dərsliyində mənbə analizi əsas yer tutur: şagirdlər sənədlərlə işləyir, hadisəni özləri nəticəyə gətirirlər.


Təhsil tədqiqatçısı Keith Barton-un “Teaching History for the Common Good” kitabında qeyd olunur ki, tarix dərsliyi yalnız bilik ötürmək vasitəsi deyil, həm də şagirdə demokratik cəmiyyətin üzvü kimi düşünmə, qərar vermə və empatiya bacarıqları qazandırmalıdır. Bu yanaşma vətəndaş tərbiyəsini dərsliyin mərkəzinə gətirir.


Azərbaycan dərslikləri isə çox zaman vizual materiallarla zənginləşdirilsə də – xəritə, foto, bioqrafiya – bütün bunlar yenə də faktın əzbərlənməsinə xidmət edir. Halbuki məqsəd vətəndaş yetişdirmək, tarixdən həyat dərsi çıxarmaq olmalıdır. Bu mənada dərslik siyasətində Elm və Təhsil Nazirliyinin yeni təşəbbüsləri – dərsliklərin dilini sadələşdirmək, məzmunu şagirdin yaş xüsusiyyətinə uyğunlaşdırmaq istiqamətində atdığı addımlar – müsbət qiymətləndirilməlidir. Çünki bu, tədricən “imtahana hazırlıq kitabı” stereotipini qırıb “şəxsiyyət formalaşdıran kitab” yanaşmasına doğru aparır.


 Mənim fikrim budur: tarix dərsliyini yazanda məqsəd şagirdi sadəcə “imtahan üçün fakt daşıyıcısı” yox, həm də “şüurlu vətəndaş” kimi formalaşdırmaq olmalıdır. Dünyanın nümunələri göstərir ki, bu, mümkündür – sadəcə biz də məzmunu və pedaqoji yanaşmanı dəyişməliyik.



Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Azərbaycanda orta məktəbdəki dərslikləri oxuyan şagirdin elmi dərəcəsi olmalıdır - Kamran Əsədov

Azərbaycanda orta məktəbdəki dərslikləri oxuyan şagirdin elmi dərəcəsi olmalıdır - Kamran Əsədov

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası