AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Ekspert / Şagird
26 sentyabr 2025
946

"Valideyn komitələrinin rəsmiləşməsi..."- Ekspert



"Valideyn komitələrinin rəsmiləşdirilməsi məktəb idarəçiliyi ilə bağlı ictimai gözləntilərin dəyişməsini əks etdirir. Məktəblərdə maliyyə və təşkilati məsələlərin valideynlərin öhdəsinə buraxılması uzun illərdir cəmiyyətin müzakirə mövzusu olsa da, bu proses əksər hallarda qanuni çərçivədən kənar şəkildə həyata keçirilib".


AzTehsil.com xəbər verir ki, bu fikirləri  təhsil eksperti Kamran Əsədov məktəblərdə mövcud olan valdeyn komitələrinin rəsmiləşdiirlməsi ilə bağlı verilən təkliflərdən danışarkən bildirdi.


"Statistik məlumatlar da göstərir ki, Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə daxil olan şikayətlərin əhəmiyyətli hissəsi - bəzi illərdə 40 faizə qədər - valideynlərdən pul yığılması ilə bağlıdır. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə valideyn komitələrinin fəaliyyəti daha çox maliyyə toplama mexanizminə çevrilib. Əgər bu qurumlar rəsmi status qazansa, qanunla müəyyən olunmuş qaydalara tabe edilərsə, neqativ halların qarşısını almaq mümkün olar".


Onun fikrincə, rəsmiləşdirilmiş valideyn komitələri təhsil müəssisələrində ictimai iştirakçılığı artırar, valideynlərin məktəbin tədris mühiti ilə bağlı qərarların qəbuluna daha şəffaf formada qatılmasına imkan verər:


"Belə komitələr sosial layihələrdə, məktəb mühitinin sağlamlaşdırılmasında, şagirdlərin davranış problemlərinin həllində və məktəb-valideyn münasibətlərinin tənzimlənməsində faydalı rol oynaya bilər. 


"Amma postsovet məkanında - xüsusilə Rusiya və Ukrayna təcrübəsində - valideyn komitələrinin rəsmiləşdirilməsi çox zaman “leqal pul toplama mexanizmi”nə çevrilib. Bu isə korrupsiya elementlərini gücləndirib, müəllimlərlə valideynlər arasında süni gərginlik yaradıb və təhsil müəssisəsinin şəffaflığını azaldıb. Azərbaycan üçün də risk odur ki, əgər bu qurumların fəaliyyət dairəsi aydın şəkildə müəyyən olunmazsa, rəsmiləşmə ilə bərabər neqativ praktika qanuni don geyinə bilər.


Valideyn komitələrinin rəsmiləşdirilməsi potensial olaraq faydalı ideyadır, amma bu, yalnız ciddi qanuni tənzimləmə və ictimai nəzarət mexanizmləri ilə müşayiət olunarsa, real nəticə verəcək. Əks halda, illərdir müzakirə olunan problemin formal olaraq davam etməsi qaçılmaz olacaq. Müəllimlər hər zaman hörmət və dəstəyə layiqdirlər və onların nüfuzunu qorumaq üçün valideynlərin məsuliyyətli davranışı əsas şərtdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər, yayımladığı qadağalar və mövqeyin prinsipiallığı isə təhsilin sağlam gələcəyinə hesablanmış müsbət addımdır.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb