AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bakalavr / Bölgə
25 sentyabr 2025
859

Simpoziumun keçirilməsində məqsəd...- ƏTRAFLI




25 sentyabr 2025-ci il tarixində ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş II ADA Simpoziumunun açılış mərasimi keçirilib.


AzTehsil.com xəbər verir ki, simpoziumda ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, bir sıra ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, həmçinin yerli və beynəlxalq ekspertlər iştirak edib.


Giriş sözü ilə çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov son illərdə ölkəmizdə təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində ciddi irəliləyişlərə nail olunduğunu bildirərək bu baxımdan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyəti çərçivəsində institusional və proqram akkreditasiya qiymətləndirilməsindən irəli gələn çağırışlar və gözləntilərə dair təqdimat edib.


Tədbirdə çıxış edən Almaniya Federativ Respublikasının Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin rəhbəri Frank Niedermeier daxili və xarici keyfiyyət təminatının əlaqələndirilməsi və tədris proqramlarının keyfiyyətinin təminatı üzrə təcrübəsini bölüşüb.


ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin rəhbəri Maurus Roller tədris və öyrənmədə keyfiyyət yanaşmaları və layihə idarəçiliyi mövzularına toxunaraq iştirakçılara məlumat verib. Panel müzakirəsində beynəlxalq ekspert qismində Vistula Universitetinin doktorantura proqramının rəhbəri Prof. Dr. Şəhriyar Muxtarov, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Dr. Araz Aslanlı, TKTA-nınakkreditasiya və lisenziya şöbəsinin müdiri Dr. Samir Quliyev, işəgötürən qismində “AzMade group” şirkətinin insan resursları departamentinin müdiri Eldəniz Quliyev və tələbə nümayəndəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva iştirak edərək xarici keyfiyyət təminatının həyata keçirilməsindən irəli gələn çağırışlar və perspektivlər ətrafında fikir mübadiləsi aparıb.


Qeyd edək ki, Simpoziumun keçirilməsində məqsəd ölkə üzrə keyfiyyət təminatı sahəsində çalışan ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdan ibarətdir.


Məlumat üçün bildiririk ki, iki gün davam edəcək tədbir milli akkreditasiya, daxili və xarici keyfiyyət təminatı, tədris proqramlarının qiymətləndirilməsi, tədris və öyrənmə prosesinin keyfiyyətli təşkili kimi mövzuları əhatə edəcək.






Həmçinin oxuyun:
Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb