Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib
Yanvarın 14-də "İdrak” liseyinin təşkilatçılığı ilə "Ümumi təhsil sistemində "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçidin təmin edilməsi” - Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr” mövzusunda təqdimat mərasimi keçirilib.
"Ümumi təhsil sistemində "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçidin təmin olunması" mövzusunda keşirilən təqdimat mərasimində "İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açaraq, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” dövlət başçısının müvafiq Fərmanını xatırladıb.
Təqdimat mərasimində akademik Vaqif Abbasov, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və digər çıxış edənlər tədrisin keyfiyyətinin artırılmasında, şagirdlərin bilik bazasının möhkəmləndirilməsində və onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müxtəlif biliklərə yiyələnməsində bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.
aztehsil.com