Xəbərlər / Valideyn
15 noyabr 2020
1 039


Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

 

Hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu da bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir. Çünki hər bir insanın  şəxsiyyət kimi yetişməsində böyük rol oynayır.
 
Ailə ictimai həyata öz təsirini göstərməklə yanaşı, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında, humanizm və vətənpərvərlik kimi hisslərin aşılanmasında həlledici amildir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Konstitusiyada göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin xalqın milli-mənəvi dəyərləri, adət-ənənələri və hüquq düşüncəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsi qəbul edilibdir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir. Eyni zamanda ailəni quran şəxslərdən hüquq və dövlət himayəsindən düzgün istifadə etməklə ailədaxili məsələlərə məsuliyyətlə yanaşmanı tələb edir. Çünki ailədəki münasibətlər cəmiyyətdəki münasibətlərin bir hissəsidir. Ailə cəmiyyətin ilkin institutu, müəyyən mənada, kiçik dövlətidir. Ailədə uşaqların böyüməsində və qorunmasında valideynlərin böyük rol oynadığı məlumdur.  Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Onlar uşaqlarla bağlı hüquq və vəzifələrini istədikləri kimi deyil, qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Bundan başqa valideynlər özbaşına valideynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər. 

Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Ata və ana uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Onlar digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər və uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Qeyd olunanlarla bərabər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Bu vəzifələri yerinə yetirməyən valideyn qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Belə ki, uşağın tərbiyəsi ilə bağlı vəzifəsini yerinə yetirməyənlər valideynlik hüquqlarından məhrum edilə və ya onun valideynlik hüququ məhdudlaşdırıla bilər.

Ailə Məcəlləsi ilə yanaşı "Uşaq hüquqları haqqında” Qanunda da qeyd edilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Həmçinin uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları)  uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.

Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.  Bu hüquqları həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Əgər valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə, onlar (onlardan biri) mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və ya məhkəməyə müraciət edə bilərlər.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın sağlam olması dövlətin və cəmiyyətin sağlam olması deməkdir. Böyüyən hər bir uşaq, eləcə də valideynlərin ailədə formalaşdırdığı dəyərlər və münasibətlər cəmiyyətə öz təsirini göstərməkdədir.  Yəni onun necə olması, hansı təməllər üzərində qurulması, inkişafı, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq vətəninə sadiq vətəndaş kimi yetişə bilər. Buna görə də hər bir valideyn övladlarının hərtərəfli inkişafı üçün öz vəzifələrini layiqincə yerinə yetirməli və gələcəyə layiqli vətəndaşlar yetişdirməlidirlər.
nuhcixan.az
İradə Quliye Ədliyyə Nazirliyinin əməkdaşı
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqların ailədə hansı hüquqları var?

Uşaqların ailədə hansı hüquqları var?

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

ƏM Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ailədə  tərbiyəçi kimdir?

Ailədə tərbiyəçi kimdir?

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

TƏRBİYƏDƏ ATANIN ROLU

TƏRBİYƏDƏ ATANIN ROLU