Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:
hüquq bərabərliyinin təmin edilməsi;
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
1. Şərh olurum maddə AR ƏM-in vəzifələrinə və prinsiplərinə həsr olunmuşdur. AR ƏM iki qrup münasibətləri tənzimləyir. Birincisi, işçilərlə iəşgötürənlər arasında yaranan əmək münasibətlərini, ikincisi, onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini. Əfsuslar olsun ki, qanunverici ikinci qrup hüquq münasibətlərinin dairəsini açıb göstərməmişdir. Fikrimizcə, həmin münasibətlərə aşağıdakılar daxildir.
- təşkilati-idarəçilik münasibətləri;
- işədüzəltmə üzrə münasibətlər;
- bilavasitə istehsalatda işçilərin peşə hazırlığı, yenidən hazırlığı və İxtisasının artırılması üzrə münasibətlər;
- işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər;
- əmək qanunvericiliyinə əməl edilməsinə nəzarət üzrə münasibətlər;
- əmək mübahisələrinin həlli üzrə münasibətlər;
Bu münasibətlərdən hər biri AR ƏM-in müvafiq fəsillərinin və maddələrinin kommen- tariyası verilərkən ətrafı izah ediləcəkdir.
2. AR ƏM fiziki şəxslərin əmək hüquqlarının və hu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən etdiyindən onları aşağıdakı kimi ayırmaq olar.
- əmək müqaviləsinin bağlanması zamanı təminatlar;
- işçinin başqa işə keçirilməsi zamanı təminatlar;
-əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı təminatların minimum səviyyəsi AR əmək qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktlarla müəyyən edilir. Işçİ ilə İşəgötürən arasında bağlanan əmək müqaviləsinə işçilərin əmək hüquqlarını məhdudlaşdıran hər hansı şərtin daxil edilməsi yolverilməzdir. Əmək müqavilələrinə işçilərin vəziyyətini qüvvədə olan əmək qanunvericiliyi ilə müqayisədə yaxşılaşdıran müddəalar daxil edilə bilər.
3. AR ƏM-in 2-ci maddəsinin III hissəsi AR ƏM-nin əsaslandığı prinsipləri sadalayır. Bunlardan birincisi əmək münasibəti tərəf ərinin hüquq bərabərliyi prinsipidir. İlk dəfə olaraq AR ƏM səviyyəsində bu prinsip təsbit olunmuşdur. Bu prinsip onu ifadə edir ki, əmək münasibətlərində işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri, habelə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Bundan başqa, tərəflərdən hər birinin mənafeyi haqq-ədalətlə və qanunun aliliyi təmin olunmaqla qorunmalıdır. Qanunun aliliyi onu bildirir ki, onun göstərişləri həm işəgötürən, həm də işçi üçün məcburidir və tərəflər qanunun tələblərinə ciddi əməl etməyə borcludurlar. Tərəflər hər hansı bir məsələnin həllində qanuna əsaslanmalı və onun göstərişlərini əldə rəhbər tutmalıdırlar.
İstər işçi, istərsə də işəgötürən tərəfindən onların maddi, mənəvi, sosial, iqtisadi və digər həyat tələbatlarını Ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etmələri təmin olunmalıdır.
Əmək münasibətlərində tərəflərin - işçi və işəgötürənin əmək müqaviləsi üzrə öhdəliklərinin icrasında hüquqi təminatları mövcuddur. Bu təminatlar qanunvericiliklə müəyyən edilmişdir. İşəgötürən əmək müqaviləsi üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, işçi yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət edə bilər. Habelə işəgötürən işçidən öz üzərinə götürdüyü Öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə işəgötürən onun barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinə malik olur. Bir sözlə, tərəflər əmək müqaviləsi üzrə öhdəliklərə əməl etmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati, maddi və cinayət məsuliyyətinə cəlb eddə bilər.