AzTehsil.com


Xəbərlər / Yazarlar / Müəllim
16 may 2020
1 783


Çağdaş təhsilimiz və dəyişən cəmiyyət - IV



Çağdaş təhsilimiz  və dəyişən  cəmiyyət - IV

 

 Bu yazıdan sonra düz bir il də ötdü. Baxın,  görün nəsə  dəyişibmi?  Bu pandemiya isə deyəsən,  çoxlarının işinə yetərincə yaradı...

Bu dərs ilinin bitməsi ilə ölkə təhsilinə gətirilmiş "Kurikulum” Proqramının tətbiqindən düz 12 il ötür. 
Obrazlı desək, bu müddət ərzində əkilən ağacların, salınan bağların meyvələrini dərmək zamanı gəlib çatıb. Amma, artıq bəlli olan nəticələrdən görünən odur ki, bağlar bar verməyib, ən azından bu il meyvəsiz qalacağıq. Gələcəkdə bu təhsil sisteminin işlək vəziyyətə gələcəyinə və optimallaşacağına ümıd edənlər, unudurlar ki, təhsil təcrübə keçirmək üçün istehsalat meydancası deyil, burada hər il minlərlə gənc vətəndaşımızın taleyi həll olunur. Ən ağrilisi da odur ki, biz indiyə qədər bu proqramın tədrisindəki problemlərdən, onun mənimsənilməsindəki çətinliklərdən narahat idik, lakin son zamanlar ölkə məktəblərində baş verən hadisələr onu göstərdi ki, təhsildə tədrisin səviyyəsinin aşağı düşməsi, təlim-tərbiyə prosesinin, nəticə etibarı ilə, sağlam mənəvi-psixoloji və təhlükəsiz təlim mühitin pozulmasına gətirib çıxarıb. Əgər tədris proqramının qəlizliyi, əksər hallarda şagirdlərin yaş xüsusiyyətlərinə uyğun seçilməməsi, sonda təlimdə üğursuzluqlarla və kütləvi geriqalmalarla nəticələnirsə, əlbəttə, bu zaman dərsdə maraq və meyilləri təmin olunmayan bir şagirdi sinifdə idarə etmək müəllimlər üçün müşkül bir problemə çevriləcək. Üstəlik bu gün təhsil yetkililərinin baş verənlərin aradan qaldırılması üçün həyata keçirmək istədiyi təcili tədbirlər, dava bitəndən sonra, əl-qol atmağa bənzəyilr və onlar təəssüf ki, yenə də səbəblərlə yox, nəticələrlə mübarizə yolunu seçiblər. Sonda hələ 3 il öncədən bu mövzuda yazdığım bir məqalədən qısa bir bölümü yenidən nəzərinizə çatdırmaq istəyirəm. Çünki işlərin gedişatı göstərir ki, zaman keçir, amma Kurikulumun vəd olunan uğurlarından heç əsər-əlamət də yoxdur.

,,Təsəvvür edin, əgər 15 il bundan əvvəl belə bir sorğu keçirilsəydi, görən bizim təhsilimiz indiki durumda olardımı?.. "Bütün dünyanın elmi nailiyyətlərinə həsəd apardığı bir təhsil sistemini dağıdaq, yoxsa yox?" Guya bizdə təhsil ictimaiyyətinin rəyi nə zaman nəzərə alınıb ki??? İnanın, əgər bu islahata ayrılan milyardlar elə o zaman mövcud təhsil sisteminin modernləşdirilməsinə və yenidənqurulmasına xərclənsəydi, bizim təhsilimiz indi dünyaya səs salardı.

Bilirsinizmi, son 30-40 ildə Avropanın15-dən çox ölkəsi Sovet təhsilindən, onun akademik elmlərin tədrisinə aid mükəmməl dərsliklərindən istifadə edib özlərinə necə uğurlu Təhsil Proqramı yaradıblar? Çünki bizdə olan təhsilə, elmə meyilli insan resursu dünyanın çox az ölkəsində ola bilərdi. Amma, çox təəssüf, bir virus kimi bizi cənginə alan total məmur acgözlüyü Azərbaycan təhsilindən də yan keçmədi. Nəticə isə indi göz qabağındadır. Bu gunkü Azərbaycan təhsilini dəryada sükansız, Allahın ümidinə buraxılmış gəmiyə bənzətmək olar. Çox heyif, nə geriyə dönüş real görsənmir, nə də bu gedişlə bizi irəlidə ümidverici heç nə gözləmir.”
 
Famil Səfərov



Загрузка...
Həmçinin oxuyun:
Famil Səfərov -Çağdaş təhsilimiz və dəyişən cəmiyyət -II

Famil Səfərov -Çağdaş təhsilimiz və dəyişən cəmiyyət -II

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?

Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?

Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma