AzTehsil.com
EN


Xəbərlər
25 yanvar 2018
2 702


Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər



Vahid Əhmədov: "Ölkəmizin 42 milyard dollara yaxın ehtiyatı var, xaricdə təhsil proqramı yenidən həyata keçirilməlidir”; Etibar Əliyev: "Bu, bütün inkişaf etmiş ölkələrin təhsil siyasətinin əsasını təşkil edir”


2007-2015-si illərdə Xaricdə Təhsil Dövlət Proqramının həyata keçirilməsi ilə minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərdə təhsil alaraq vətənə döndü və bu gün də müxtəlif sahələrdə uğurla çalışmaqdadırlar. Lakin 2014-cü ilin sonlarından başlayaraq neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində ölkə gəlirlərinin kəskin azalması və hökumətin bir çox sahələrdə xərcləri ixtisar etməyə məcbur qalması nəticəsində xaricdə təhsil proqramı da tarixə qovuşdu. İki neçə ildir ki, gənclər dövlətin təmin etdiyi bu imkandan məhrumdurlar.


Lakin artıq neftin qiyməti yenidən yüksəlməyə başlayıb. Hazırda Azərbaycanın "Azerlight” markalı nefti dünya bazarında 70 dollardan baha satılır ki, bu da hər barel üçün ölkəmizə 120 manata yaxın gəlir gəlməsi deməkdir. Halbuki neftin 100 dollara satıldığı vaxtlarda ölkə büdcəsinə milli valyuta ilə 78 manat gəlir gəlirdi. Deməli, vəziyyət ən azı əvvəlki səviyyədə xaricdə təhsil proqramını həyata keçirmək üçün yetərlidir. Bəs görəsən, hökumət yenidən bu proqramı gündəmə gətirə bilərmi?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu proqramın yenidən həyata keçirilməsinə zərurət olduğunu vurğuladı:

 

"Belə bir proqram  Azərbaycanda hər zaman olub, hətta sovet dövründə də var idi. Ancaq müstəqilliyimiz elan olunduqdan sonradan azərbaycanlı tələbələrə xaricdə təhsil almaq üçün dövlət tərəfindən yardımlar ayrıldı. Təhsil Nazirliyi tərəfindən bu proqram həyata keçirilirdi,  xaricdə təhsil alan tələbələrə maddi yardım edilirdi ki, gedib oxuya bilsinlər. Mən hesab edirəm ki, bu proqram yenidən davam etdiriləcək. Çünki belə də olmalıdır, maliyyə baxımından elə bir ciddi problemimiz yoxdur. Ölkəmizin 42 milyard dollara yaxın ehtiyatı var. Bu səbəbdən xaricdə təhsil proqramı yenidən həyata keçirilməlidir. Çünki azərbaycanlı gənclərin xaricdə təhsil alıb qayıtması bizim üçün çox önəmlidir. Bu proqram son illər maddi vəziyyətlə əlaqədar dayandırılmışdı. İndi çox güman ki, yenidən gündəmə qayıdacaq. 2018-ci ilin dövlət büdcəsində təhsillə bağlı, aparılacaq islahatlarla bağlı yetərincə vəsait ayrılıb. Yəni proqramın həyata keçirilməsinə qərar verilərsə, maliyyə ilə bağlı hər hansı problem olmayacaq”.

 

XXI əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev  isə "Yeni Müsavat”a danışarkən bildirdi ki, dövlət xətti ilə ən azı 500 tələbə xarici universitetlərdə təhsil üçün göndərilməlidir:

 

"Azərbaycanın imkanı var ki, ildə təxminən 500 nəfər vətəndaşının xaricdə ali təhsil almasını maliyyələşdirsin. Ümumiyyətlə, bu proses  təkcə neftlə bağlı deyil.  Azərbaycan dövlətinin gəlirləri təkcə neftlə məhdudlaşmır. Qazaxıstanda  Xaricdə Təhsil Dövlət Proqramı 1992-ci ildən fəaliyyət göstərir və fasiləsiz olaraq hər il minlərlə Qazaxıstan vətəndaşı  dünyanın aparıcı universitetlərində təhsil almağa göndərilir. Bunun effekti də artıq göz önündədir. Qazaxıstanın 7-8 universiteti beynəlxalq reytinqlərdə yer tutub. O kadrların da universitetlərin reytinqinin yüksəlməsində böyük rolu olur. Mən düşünürəm ki, bizdə də dövlət proqramı bərpa olunmalıdır. Bugünkü əmək bazarının tələbatı, o cümlədən ali məktəblərin tələbatı nəzərə alınmalıdır. Yüksək ixtisaslı mütəxəssislərə bu gün çox böyük tələbat var”.


E.Əliyev vurğuladı ki, dünyanın bütün ölkələrində, hətta ABŞ-da da xaricdə təhsil proqramı var:

 

"Amerika vətəndaşları da xaricdə təhsil almağa gedirlər. Almaniya kimi inkişaf etmiş ölkə də vətəndaşlarını xaricə təhsil üçün göndərir. Bu bütün inkişaf etmiş ölkələrin təhsil siyasətinin əsasını təşkil edir. Hazırda Azərbaycanın dünyanın müxtəlif universitetlərində təhsil almış mütəxəssislərə çox böyük ehtiyacı var. Kənd təsərrüfatı sahəsində, sənaye, tibb, İKT və digər sahələrdə yüksək ixtisaslı kadrlara ehtiyac var. Danılmaz bir fakt da var ki, bizim universitetlər hələ ki bu tələbatı ödəyə bilmirlər. Azərbaycanda çox qısa vaxtda sıçrayışla inkişaf etmiş, elmi yüksək səviyyədə qura bilən universitetlər var. Ancaq xarici təcrübə bunu tamamlayıb daha yetkin hala gətirə bilər. Beləliklə, ölkə üçün kadr tələbatını ödəməkdə problem yaşanmaz”.




Загрузка...
Həmçinin oxuyun:
“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

225 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb

225 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Tələbələr üçün şad xəbər- 30 tələbə...

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Xaricdəki Azərbaycan alimlərinin sayı dəqiqləşdirilir

Xaricdəki Azərbaycan alimlərinin sayı dəqiqləşdirilir

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər