AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
05 noyabr 2025
1 184

“Yüksək bal müəllimlik keyfiyyətini göstərmir”



Son illər Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanıdır. Bu imtahanın məqsədi müəllim peşəsinə qəbul zamanı obyektiv, şəffaf və bilik əsaslı seçim sistemini təmin etməkdir.


Lakin ictimai müzakirələrdə tez-tez belə bir sual səslənir: MİQ imtahanında yüksək bal toplayan şəxs həqiqətən yaxşı müəllim deməkdirmi?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, MİQ imtahanında yüksək bal toplamaq müəllim olmağın yalnız bir parametridir:


171819


“MİQ imtahanında yüksək bal toplamaq yaxşı müəllim olmaq deməkdirmi? Qətiyyən bu fikirlə razı deyiləm. MİQ imtahanında yüksək bal toplamaq müəllim olmağın bir parametridir, bir səbəbidir. Müəllim - şagird psixologiyasını mükəmməl şəkildə bilən, bu psixologiyanı idarə etməyi bacaran, pedaqogikanın fəlsəfəsini və mahiyyətini əsaslandıra bilən, şəxsiyyət yönümlü təhsili qura bilən şəxsdir".


MİQ imtahanı bu böyük meyarların yalnız müəyyən faizini əhatə edə bilər:


“Ona görə də biz MİQ göstəricilərinə görə bir müəllimi ‘böyük müəllim’ və ya "kiçik müəllim" adlandıra bilmərik. MİQ imtahanının əsas məqsədi müəllim biliklərini ölçmək yox, kadr seçimini sistemləşdirməkdir. Bunun başqa əsası yoxdur və ola da bilməz. Əvvəllər bu ölçmə funksiyasını diaqnostika həyata keçirirdi, lakin diaqnostika aradan qaldırıldı və onun yerini sertifikasiya prosesi aldı. Sertifikasiya isə bu ölçmə funksiyasını yerinə yetirmək gücündədir".


MİQ müsabiqəsi adından da göründüyü kimi işə qəbul prosesi və metodu kimi nəzərdə tutulub:


“Necə ki, dövlət qulluğuna işə qəbulun öz metodikası var, eləcə də MİQ bu istiqamətdə fəaliyyət göstərir. Sadəcə fərq ondadır ki, MİQ imtahanı Dövlət İmtahan Mərkəzi vasitəsilə deyil, birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu, yalnız və yalnız kadr seçimini sistemləşdirmək məqsədi daşıyır”.


MİQ imtahanında yüksək nəticə göstərmək müəllimlik keyfiyyətinə tam zəmanət vermir:


“Bir neçə parametri müəyyənləşdirən bir müsabiqə müəllimin ümumi keyfiyyətini ölçə bilməz. Bu, birmənalı şəkildə belədir. MİQ-in tələblərinin və standartlarının artırılması fikrində deyiləm. Onsuz da MİQ bir neçə mühüm parametri əhatə edir və kifayət qədər çətin mexanizmdir.


Lakin bir müəllimi "müəllim edən" parametrlər o qədər çoxdur ki, onları bir imtahana və ya müsabiqəyə sığdırmaq mümkün deyil".



Həmçinin oxuyun:
“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)