AzTehsil.com


Xəbərlər / Tədris işləri üzrə dr/müavini / Ziyalılar / Direktor
05 iyul 2017
6 687


Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)



 

 
Bu gün təhsil sferasında aparılan islahatlar, görülən işlər göz önündədir.Müsbət nəticələr artıq özünü büruzə verir.Ən böyük addım Strategiyada nəzərdə tutulduğu kimi yeni idarəetmə mexanizimlərinin işlənib hazırlanması oldu.Təhsil müəssisələrində idarəretmənin aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında həyata keçirilməsi üçün səlahiyyətli orqanlar müvafiq təlimatlar verib. Bunlardan biri məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada müsabiqə əsasında işə qəbulunun həyata keçirilməsidir.

Məktəb bir fərdi şəxsiyyət kimi formalaşdıracaq,onu həyata hazırlayacaq, əmək vərdişləri aşılayacaq, onun həyatında ailədən sonra taniyacağı ikinci ən böyük sosial mühit olacaq bir qavramdır, bir müəssisədir.Bir məktəbin maddi infrastrukturu qədər onun mənəvi resusrları da çox önəmlidir.Məktəb və məktəb icması elə bir şəkildə balanslaşdırılmalıdır ki, tarazlıq hər zaman yerində olsun.Bir məktəbin ən böyük avantajı və ən böyük dezavantajı məhz rəhbərlikdən başlayır.Yəni idarəetməsi düzgün qurulmuş məktəbin qapıları hər zaman uğura açıqdır.Lakin rəhbərliyi səriştəsiz şəxslərin əlində olan təhsil müəssisələri uğursuzluğa məhkumdur.

Bəs səriştəli məktəb rəhbəri necə olur? Bir məktəb rəhbəri dedikdə bu gün qarşı-qarşıya dayanan iki fiqur, iki obraz düşünülür.Biri-avtoritar, hökmlü, ictimaiyyətə bağlı,qərarları müzakirə edilməyən, səhv və ya düz bütün təlimatlarına əməl edilməsini tələb edən bir inzibatçı, digəri isə müasir fikirli, hər kəsə açıq, heyəti ilə əməkdaşlıq edən, icraları əmrlərində çox olan,məktəbin mənafeyini şəxsindən üstün tutmağı bacaran bir lider.Hər iki obrazın üstün və mənfi cəhətləri əlbət var.Səriştəli məktəb rəhbəri bunların hər ikisindən müsbət cəhətləri toplayıb, liderə daha yaxın bir ictimai obraz formalaşdırmalıdır.

Bir məktəb rəhbəri hansı spesifik xüsusiyyətlərə sahib olmalıdır?

1.Onun ardıcıl, yüksək gözləntiləri olmalı, şagird uğuru üçün böyük iddialar uğrunda mübarizə aparmalıdır.

2.O, bütün diqqətini tədrisin və tərbiyənin keyfiyyətini yüksəltməyə yönəltməli, bunu bütün heyətin effektiv və professional inkişafı ilə həyata keçirtməlidir.

3.O.qiymətləndirmədə ekspert olmalı, şagird nailiyyətini mütəmadi izləməli,  hər bir şagird barədə ətraflı məlumata sahib olmalı,lazım olarsa tədrisə şəxsi müdaxilələri olmalıdır.

4.O,hər kəsə sübut eməlidir ki, heç bir çatışmamazlıq nailiyyətə gedən yolda əngəl ola bilməz.

5.O, hər bir şagirdin proqresi və şəxsi inkişafı üçün tam nəzarətə malik olmalıdır.

6.O, şagird kontingentinin inkişafı üçün zəngin imkanlar təşviq etməli, onların fərdi bacarıqlarının məktəbdən kənarda da inkişaf etdirilməsi üçün proqramlar tərtib etməlidir.

7.O. valideynlərlə mütəmadi əməkdaşlıq etməli, ortaq layihələr  işləyərək, şagirdin şəxsi inkişafını və proqresini dəstəkləməlidir.

8. O,özünüqiymətləndirmədə və məlumatların təhlilində möhkəm və sərt olmalıdır.

Səriştəli rəhbər məktəb daxilində strateji  və mühim rolları balanslaşdırmağı, dəyişiklik etməyi və eyni zamanda bu dəyişikliyi idarə etməyi bacarmalıdır. O. şagird mənafeyini öndə tutaraq,aydın və ardıcıl addımlar müəyyən etməli, valideyn və məktəb icmaları ilə əməkdaşlıq etməlidr.Onun insanlara yanaşmasında bir intuitsiya, bir həssaslıq olmalıdır ki, kimə hansı işi tapşıracağını qət edə bilsin və mühim vəzifələri etibar edərkən, seçdiyi personalda yanılmasın. 

Güclü lider emosional zəkaya və mütləq şəxsi keyfiyyətlərə malik olmalıdır.Məktəb rəhbərinin gücü əsasən onun inandırmaq qabiliyyəti ilə də müəyyən edilir.O, insanları ardınca aparmağı bacarmalı və onlar arasında möhkəm əməkdaşlıq bağları qurmalıdır.Keyfiyyətli təhsilverənləri müəssisəyə cəlb edərək, heyəti lazımı təlimat və dəstəklə təmin etməlidir.

Məktəb administratorunu effektiv məktəb lideri edən daha hansı məziyyətlərdir?

Ən yaxşı məktəbin belə güclü liderə ehtiyacı vardır.Liderlər sadəcə davamlı nailiyyəti təmin etmir, elə bir sistem qururlar ki, onlar olmayanda belə iş heç bir şəkildə axsamasın.Harmoniya pozulmasın.Bu işdə səlahiyyətlərin düzgün bölüşdürülməsi və cavabdehlik prinsipi mühimdir.O insan psixologiyasını dərindən bilməlidir ki, müxtəlif statuslu insanlarla gündəlik ünsiyyət zamanı çətinlik çəkməsin.İnsanların gözləntilərini və arzularını dərk edərək, məqsədəuyğunlarının reallaşdırılması üçün kömək etsin.Bir rəhbərin bir liderə çevrilməsi üçün bilik və bacarıqların müvafiq şəkildə birləşməsi qaçılmazdır. 

1.Bacarıqlı bir lider nümunə olmalıdır.- O başa düşməlidir ki, onun nə etdiyi, müxtəlif situatsiyalarda necə davrandığı və reaksiyaları hər kəs tərəfindən izlənilir.O işə hər kəsdən tez gəlib, hamıdan gec getməlidir.Bir lider yaranmış istənilən bir xaosda sakitliyini qorumağı bacarmalıdır.Hər zaman yardıma könüllü olmalıdır.Ehtiyac yaranan situatsiyalarda köməyini əsirgəməməlidir.Məktəbdə və şəxsi həyatında vicdanlı, dürüst bir şəxs kimi davranmalı, yüksək əxlaqi və etik keyfiyyətlərə malik olmalıdır.

2.Bacarıqlı bir lider uzaqgörən olmalıdır.-Onun hər zaman təkmilləşməyə yönəli ardıcıl addımları olmalıdır.Özünə daim tənqidi yanaşmalı və "daha yaxşı ola bilərdi” düşüncəsi ilə yaşamalıdır.Etdiyi hər işi şövqlə, həvəslə etməlidir.Ətrafına könüllüləri toplamağı bacarmalıdır.Davamlı görülən işləri nəzərdən keçirtməli, nailiyyətləri ölçməli, nöqsanları qəbullanmaqdan qorxmamalıdır.Cari və gələcək ehtiyacları dərhal müəyyənləşdirməyi bacarmalıdır.

3.Bacarıqlı bir lider hörmət edilən olmalıdır.-Hörmət zamanla qazanılır.İnsanları sənə hörmət etməyə məcbur edə bilməzsən.Əksinə hörmət edərək hörmət qazanılır.Bunu bir lider bilməlidir və unutmamalıdır.O ətrafındakılara da ən yaxşı olmaq üçün şans tanımalıdır.Eyni zamanda elə bir aura yaratmalıdır ki,heyəti onun fikirləri ilə razılaşmasa belə, təlimatlarına əməl etməyə etiraz etməsinlər.Yəni,bəzi qərarların müzakirə edilmədiyini də nəzakətli bir şəkildə onlara təlqin etməlidir.Əlbəttə ,əgər bu qərarların doğruluğuna və məqsədə müvafiq olduğuna əmindirsə.

4.Bacarıqlı bir lider problem həll edən olmalıdır.-Məktəb rəhbəri hər gün fərqli situatsiyalarla qarşılaşır.Elə məhz bu səbəbdən bu peşə qətiyyən yorucu deyil.O hər zaman problemləri həll edərkən bütün tərəfləri razı salacaq bir ortaq çıxış yolu tapmalıdır.O fərqli və yaradıcı düşünməkdən qorxmamalıdır.Hec bir problemin həlli üçün ona xüsusi təlimatlar verilmir.Burda onun şəxsi bacarıqları və intelekti öz sözünü deməlidir.O hər bir situatsiyanın özlüyündə təkrarlanmayan və fərqli olduğunu anlamalı, hər kəsin məsələnin çözülməyəcəyini düşündüyü bir anda optimal həll yolu taparaq, problemi mübət bir şəkildə sonlandırmalıdır.

5.Bacarıqlı məktəb lideri istisnasız və əvəzsiz bir dinləyici omalıdır.-Rəhbərin açıq qapı siyasəti olmalıdır.O, onunla danışmağa, problemini bölüşməyə ehtiyacı olan heç bir kəsi geri qaytarmamalıdır və ya görməməzlikdən gəlməməlidir.O hər kəsi həvəslə və səmimiyyətlə dinləməlidir.Dinlədiyi insanın və onun probleminin şəxsi üçün əhəmiyyətli və vacib olduğunu hiss etdirməlidir.Rəhbər anlamalıdır ki, ətrafındakı insanların da yaxşı potensialı və parlaq ideyaları ola bilər.O, onları kəşf etməyə, onlarla davamlı dioloq vəziyyətində olmağa çalışmalıdır.
6.Bacarıqlı bir lider fədakar olmalıdır.-O məktəbin və kollektivin mənafeyini hər zaman öz mənafeyindən yüksəkdə tutmalıdır.O hər zaman azlığı deyil çoxluğu qane edəcək təvazökar qərarlar qəbul etməlidir.Ö öz şəxsi zamanını və istirahətini ehtiyac yarandığı anda başqaları üçün fəda etməyi bacarmalıdır.

7.Bacarıqlı bir lider uyğunlaşmağı bacarmalıdır.-Bir lider bilməlidir ki, vəziyyət tez-tez dəyişir və o bu vəziyyətlə birgə dəyişməkdən qorxmamalıdır.Hər bir yeniliyə açıq olmalı və ona uyğunlaşmalıdır.Bir iş düz getməzsə əgər, yanaşmasını dəyişməyi bacarmalıdır.Planı bütünlüklə sifirdan yeniləməyə hər an hazır olmalıdır.Əlində olan bütün imkanlardan uyğun bir şəkildə lazımı situatsiyalarda istifadə etməlidir.

8.Bacarıqlı bir lider stimul verici olmalıdır.-O hər bir müəllimin keyfiyyət göstəricisini yaxşı bilməli, onların bilik və bacarıqlarına, fərdi xüsusiyyətlərinə dərindən bələd olmalıdır.Bütün heyətin işini dəyərləndirməyi bacarmalı, yaxşı işləri və inkişafı vaxtında, obyektiv qiymətləndirməli, təkmilləşdirilməyə və yaxşılaşdırılmağa ehtiyacı olan sahələri mütəmadi müəyyən etməli, komandasını davamlı inkişafa səsləməlidir.Onlar üçün məqsədlər və hədəflər yaratmalı, bu istiqamətdə aparılacaq mübarizəyə lazımı dəstək verməlidir.Elə bir atmosfer yaratmalıdır ki, orada çəkişmələr və münaqişələr minimal həddə olsun.Müəllimlərin pozitiv və əyləncəli ruhunu, işə olan şövqünü, həvəsini qorumalıdır.

9.Bacarıqlı bir lider öz səhvlərini görməyi bacarmalıdır-O hər şeyin mükəmməl olmasını istəyir, bunun üçün mübarizə aparır.Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil.O, gedişdəki səvləri və ürəkaçıcı olmayan nəticələri dərhal görməyi və bunu etiraf etməyi bacarmalıdır.Nöqsanı gecikmədən aradan qaldırmalıdır.Bir lider səhvlərindən öyrənir.Lakin o, eyni səhvi bir daha təkrarlamamağa səy göstərməlidir.
10.Məktəb lideri başqalarının fikirləri ilə hesablaşmağı bacarmalıdır.-O yaninda yer alan, ona dəyər verən və inanan insanları özündən uzaqlaşdırmamalıdır.Onların fəaliyyəti üçün zəruri şərait yaratmalı və eyni zamanda yanlışlarına da göz yummamalıdır.Məktəbdə hər kəsin, hətta şagirdlərin belə yerinə yetirməli olduğu konkret öhdəlikləri olmalıdır.Lider onları aydın bir şəkildə təlimatlandırmalı, məktəbdə olduğu müddətdə rəhbərliyin onlardan nə gözlədiyini izah etməlidir.Onun hər kəsə ayrılıqda ünvanlanmış spesifik siyasəti olmalıdır.Qaydalar pozulduqda isə lazımı ölçülər götürülməlidir.

11.Bir rəhbər qəti qərarlar veməyi bacarmalıdır.- Bir idarəçinin işi hər zaman ölçü tərəzisindədir.O, yaxşı əməllərinə görə təqdir edildiyi kimi, nöqsanlarına görə də tənqid edilir.Buna görə də, lazım gələrsə məsələni qəti qoymağı bacarmalıdır.Müəllimləri ilə hər zaman əməkdaşlıq etməli, onlardan köməyini əsirgəməməlidir.Lakin, kimsə ümumi işin düzənini pozarsa, məktəbin mənafeyinə zidd addımlar atarsa, anında müdaxilə etməli, bu hallarla barışmamalı,bəzən sərt qərarlardan belə çəkinməməlidir. 

Uğurlu məktəbin sirri şagird nailiyyətində gizlidir.Bir məktəbin inkişafı, şagird kontingentinin inkişafının monitorinqi zamanı görünür.Bəs şagird nailiyyətini necə yüksəltmək olar? Bunun üçün məktəbdə keyfiyyətli və peşəkar təhsilverənlər olmalıdır.Bütün məktəb rəhbərləri istəyər ki, onların idarə etdikləri məktəbdə güclü kadrlar olsun.Lakin, bu hər zaman mümkün olmur.İstənilən bir müəssisədə təcrübəli mütəxəsislərlə yanaşı təcrübəsizlər də var.Məktəbdə nə qədər çox peşəkar müəllim olarsa, rəhbərliyin çiynindəki öhdəliklər bir o qədər xəfifləyər.Peşəkarlıq mütləq və daimi inkişaf tələb edir.Əgər bir rəhbər potensiallı kadrlarla işləmək istəyirsə, ilk öncə onların təkmmilləşməsi üçün addımlar atmalıdır.O, hər bir müəllimə bir səviyyə irəli getmək üçün şərait yaratmalı, istiqamət verməlidir.Lider bilməlidir ki, bu iş zəhmət və zaman tələb edir.Bu zamanı onlara verməlidir.
 
Təhsilverənlərin keyfiyyətini yüksəltməklə, o, tədrisin keyfiyyətini yüksəltmiş olacaq.Təkmil bir giriş, mükəmməl bir çıxışa bərabərdir.Bu uğurlu məktəb formulunun açar komponentidir.Davamlı inkişaf və təkmilləşmə vacib amildir.Bir lider bu işi məktəb divarları arasında belə asanlıqla həyata keçirə bilər.Bunun üçün müvafiq yollar var:

1.Hərtərəfli müəllim qiymətləndirməsini apararaq-Bu çox vaxt tələb edən bir prosesdir.Bir çox məktəb rəhbərləri gündəlik işlər və qayğılarla o qədər yüklənirlər ki, müəllim fəaliyyətinin qiymətləndirilməsini arxa plana keçirirlər.Rəhbərliyin dərin analizi və qiymətləndirməsi müəllimin inkişafı üçün vacib aspektdir.O müəllimləri müntəzəm müşahidə etməli,metodik bacarıqlarını qiymətləndirməli, zəif tərəflərini müəyyənləşdirməli və axsadıqları sahələri inkişaf etdirmək üçün individual inkişaf proqramları tərtib etməlidir.Bu proqram onları sinif otağında dəfələrlə müşahidə etdikdən sonra tərtib edilməli və müəllimin inkişafını təmin etməyə yönəlməlidir.

2 Konstruktiv rəy və təkliflər verərək- Məktəb rəhbəri hər bir müəllimə onun inkişafına bələdçilik edəcək rəy və təkliflər verməlidir.Bunun üçün lk öncə böyük nöqsanlardan başlamalı, bunlar aradan qaldırıldıqdan sonra isə daha detallı məsləhətlər veməlidir.O dərs dinləmələrdə diqqətli olmalı,qısa müşahidələr zamanı belə çatışmazlıqları görməyi, müəyyən etməyi bacarmalıdır.

3.Əhəmiyyətli professional inkişafı təmin edərək-Peşəkar inkişafla məşğul olmaq təhsilverənlərin keyfiyyət göstəricilərini yüksəldər.Professional inkişafı təmin etmək üçün seçim çoxdur.Məktəb rəhbəri professional inkişafı mütəmadi izləməli , tərtib olunmuş proqramın lazımı effekt verib vermədiyinə nəzarət etməlidir.Professional inkişafla məşğul olmaq müəllimləri dinamik dəyişikliklərə təşviq edir.Bu onları motivasiya edir, yeni kreativ ideyalar yaranmasına zəmin yaradır, onlar üçün əlavə mənbələrdən yeni perspektivlər, imkanlar yaradır. Bu tip inkişaf proqramları ümumi və spesifik inkişafa hədəflənir. Ümumi inkişafda hərtərəfli təkmilləşmə, spesifikdə isə yalnız zəif cəhətlərin inkişafı nəzərdə tutulur.Davamlı inkişaf və təkmilləşmə bütün müəllimlər üçün şərtdir.Təcrübəsiz müəllimlər üçün isə zərurətdir və qaçılmazdır.

4.Adekvat mənbələri təmin edərək-Bütün müəllimlərin daha uğurlu fəaliyyət üçün əlavə vasitələrə ehtiyacı var.Məktəb rəhbəri onları əlavə mənbələrlə təmin etməyə səy göstərməlidir.İnformasiya əsrində və internet erasında yaşadığımız üçün, indi müəllimlərin daha geniş iş imkanları var.Lider onlara texnologiyadan və İKT vasitələrindən sinif otaqlarında məqsədəuyğun və mövzuya yönəli bir şəkildə istifadə etməyi daim tövsiyə etməli, onları yeni və keyfiyyətli resurslarla təmin etməli, onlardan istifadə mexanizimlərini öyrətməlidir.

5.Mentorla təmin edərək- Bacarıqlı məktəb rəhbəri müəllimlərin arasından lider müəllimləri seçməyi və onların səriştəsindən, təlimçi bacarıqlarından faydalanmağı bacarmalıdır.Belə mentor müəllimlərlə digərləri arasında səmimi bir əməkdaşlıq yaratmalı, məhsuldar əlaqələr qurmalıdır.Düzgün bir mentor rəhbərliyi müdavim müəllimlər üçün müsbət bir öyrənmə təşəbbüsü ola bilər.

6.Davamlı, açıq ünsiyyət quraraq-Bütün məktəb rəhbərlərinin açıq qapı siyasəti omalıdır.Onlar müəllimləri problemlərini onunla müzakirə etməyə, narahatlıqlarını onunla bölməyə şövq etməlidir.Onları davamlı açıq ünsiyyətə, dinamik dialoqa həvəsləndirməlidir.Belə bir ünsiyyət təcrübəsiz müəllimlərlə daha sıx və mütəmadi  qurulmalıdır.Məktəb rəhbəri öz heyətini onunla işgüzar və etibarlı, səmimi əlaqələr qurmağa cəlb etməlidir.Öz işçiləri ilə bu cür  münasibətlər qurmaqdan çəkinən, bunu arzulamayan diktator rəhbərlər isə öz idarəetmələrində uğur əldə edə bilməyəcəklər.Məktəb rəhbəri yaxşı dinləyici olarsa, qarşısındakına cəsarət verər və ona konstruktiv tənqid, təklif və rəy üçün imkan yaradar.

7.Jurnal tərtib edib, refleksiya aparmağa yönləndirərək-Rəhbər yeni başlayan müəllimlərə jurnal tutmağı təklif etməlidir.Bu jurnal və gündəlik refleksiya inkişafa təhrik edən güclü bir vasitə ola bilər.Bu onlara güclü və zəif cəhətlərini daha aydın görməyə, unutduqları və gözardı etdikləri nüansları bir daha gözdən kecirtməyə imkan verər.Metodikalarını təkmilləşdirər.Bu yolla özləri öz inkişaflarına bələdçilik edərlər.

Bir məktəbi idarə etmək göründüyündən daha ağır və məsuliyyətli bir işdir. Bu yolda  çətinliklər və problemlər çoxdur.Bütün bunların öhdəsindən gəlmək üçün bir idarəçidə ilk öncə peşə sevgisi, müəllim ürəyi olmalıdır.O işini hümanist, novator və demoktarik prinsiplər əsasında qurmalıdır.Dözümlü və mübariz olmalıdır.Sakitliyini və səbrini mühafizə etməyi bacarmalıdır.

Mehriban Məmmədova, 309 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini




Загрузка...
Həmçinin oxuyun:
Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Münasibətlər- Etik Davranış Qaydaları

Münasibətlər- Etik Davranış Qaydaları

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI