AzTehsil.com


Tədris işləri üzrə dr/müavini / Direktor / Müəllim
01 dekabr 2016
11 553


Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova



Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

 


Bəzilərinə görə liderlik insanın genetikasında olmalıdır.Bəziləri isə liderin mühitdə formalaşdığını və sosial şərtlər altında yetişdiyini iddia edir.Mən deyərdim ki, hər iki yanaşma müəyyən aspektdə doğrudur.Lider deyərkən, ilkin olaraq fikrimizə insan kütlələrini arxasınca aparan şəxs gəlir. Əslində isə bu doğru deyil.Lider insanların etmək istəyib də, edə bilmədiklərini onlara elətdirən şəxsdir.Liderlik bir hədəf uğrunda, eyni məqsəd ətrafında başqalarına təsir edə bilməkdir.

                                               Kimlər lider olurlar?

Lider olmaq üçün insan ilk öncə özünü yetişdirməlidir.Liderdə gözəl natiqlik qabiliyyəti, insanları motivasiya etmək bacarığı, onlara stimul vermək istedadı olmalıdır.Liderə kimləri isə idarə etmək xüsusiyyəti lazım deyil.O, ilk növbədə özü –özünü idarə etməyi bacarmalıdr.O nümünəvi davranarsa və ətrafındakıların güvəninə, etibarına nail olarsa, yanındakı kütlə istər istəməz düzgün istiqaməti alacaqdır və onu təqib edəcəkdir.

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

 


                                      Lider ilə idarəçinin fərqi nədədir?
 
Bir lider ilə bir idarəçinin arasında kifayət qədər  fərq var.Diqqətinizi bir sitata çəkmək istərdim.Piter.F.Draker belə deyib:”Managment is doing things right;Lidership is doing  the right things”.Təxminən tərcümə belə alınır: İdarəçi işləri düzgün edir, lider isə düzgün işlər edir. Gözəl analizdir Demək olar ki, bu fikir aradakı fərqi bütünlüklə ifadə edir.Bəli, idarəçi idarə edir,lider isə yenilik edir.İdarəçi ondan əvvəlkilərin etdiyini təkrarlayır.Lider isə yaradıcıdır.İdarəçi idarəetməyə əsaslanır, lider isə insan amilinə söykənir.İdarəçi insanlar üzərində nəzarəti artırır, lider isə insanların etibarını qazanır.İdarəçi idarə etdiyi heyəti təzyiq və qorxu altında saxlayır,lider isə onlara stimul verib işə safərbər edir, onların güvənini əsas tutur,onlar liderlərinə inanırlar və könüllü onun ardınca gedirlər.
 
İdarəçi insanları bir cihaz kimi görür və onlarla bir cihazla davranılan kimi davranır,əmrlərlə işləyir.Lider isə insan məhfumunu göz önündə tutur, insana önəm verir, uğuru onunla qazanacağına inanır.Liderlər öz komandasını   bir böyük ailə kimi görür, onların problemləri ilə maraqlanır, maddi mənəvi dayaq olmağa çalışır. İdarəçi qərarı təkbaşına qəbul edir, lider isə bütün komandanın ortaq qərar qəbul etməsinə şərait yaradır və daha obyektiv olur.İdarəçi işçilər arasında rəqabət yaradır,lider isə qarşıdakı hədəf uğrunda komanda üzvüləri arasında əməkdaşlıq yaratmağa çalışır.İdarəçilər”mən və sən”sözlərini tez-tez işlədir, lidelər isə "biz " deyir.İdarəçilərin sayı çoxdur.Liderlər isə çox azdır.

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

 


                                               Lider necə olunur?

Liderliyin əsasında başqalarına təsir etmək bacarığı dayanır.Bu bacarıq sonradan qazanılırmı yoxsa irsən ötürülürmü? Demək çətindir əslində.Lakin , insanlara təsir etmək üçün bir şəxsin dərin zəkası,dünyagörüşü,iti təfəkkürü, analiz, sintez bacarığı olmalıdır.Bu mütləqdir.Bəli, liderlik bilik və təcrübə tələb edir.Liderin iki əsas vəzifəsi var:problemi həll etmək və  kömək etmək.Bir lider yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək olmalıdır.Lider olacaq  şəxsin tam formalaşması,öz insani və liderlik xüsusiyyətləri ilə tamlıq , bütövlük yaratması lazımdır.Mənəvi cəhətdən qüvvətli, dayanıqlı,ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır.O komandasının bütün üzvülərinə bərabər yanaşmalı,qarşılıq gözləmədən, mənfəət istəmədən rəğbətləndirməyi bacarmalıdır.Sadə və təvazökar olmalıdır.Lider növbəti addımı görməlidir.Sistemli davranmalıdır.Təkcə bu xüsusiyyətlərin var olması bir kəsi lider etməz.Əsl lider bu bacarıqları səriştəyə çevirməyi bacarmalı, onlardan yerində və zamanında düzgün istifadə etməlidir.

Bəli, liderliyin genetik keçməsi şərt deyil.Liderlik sonradan da qazanıla bilər.Lider olan cəmiyyətdə insanlar onlara ilham verən liderin ardınca gedir, onu təqib edir.Onlar inanırlar ki, məqsədi və hədəfi olan bu insan böyük uğur qazana bilər və zirvəyə gedən yolda böyük bir enerji və həvəslə onun yanında olurlar.Səhvlər ,əlbəttə ,olacaq.Bu səhvlərdən dərs almaq çox mühimdir.Bir lider böyük bir rəsmdəki incə cizgiləri görə bilməlidir.

Bir liderin bir idarəçidən fərqi çoxdur.Lakin ümümi cəhətlər də var.Hər ikisi öndədir.Hər ikisi zəncirin ən əsas və qərarverici halqasıdır.Hər ikisi nəticələr üçün məsuldurlar.Hər ikisi üçün məqsəd eyni, lakin yanaşmalar fərqlidir.Yanaşma isə çox mühim və vacib amildir.İşin gedişinə də, son nəticəyə də mütləq şəkildə öz təsirini göstərir.Bunu unutmaq olmaz.ğ

Mehriban Məmmədova Bakı şəhəri,Sabunçu rayonu, 309 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini,ingilis dili müəllimi.




Загрузка...
Həmçinin oxuyun:
MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma