Bu gün dünya təhsilinə həsədlə baxdıqca, hara getdiyinin və etdiklərinin nə ilə nəticələnəcəyinin fərqində olmayan təhsil reformatorlarının ölkə təhsilini saldıqları ağır durum hər bir vicdanlı təhsil işçisinin ürəyini ağrıtmaya bilməz.
XX əsrin sonlarında təhsil yetkililərimizin Qərbə turust səfərləri və ezamiyyələri onunla nəticələndi ki, onlar oradan "Kurikulum” adlı bir bər-bəzəkli özəl tədris proqramı tapıb gətirdilər. O zamanlar oralardan gətirilən digər importnı difisit şeylər kimi, "Kurikulum”u da servanta qoyub düz 10 il gəlib-gedənə tərifləyib, matağını çıxardılar. Etiraf etmək lazımdır ki, bunu onlar məharətlə etdilər və qısa zamanda həm hökumətin, həm də təhsil ictimaiyyətinin bir qisminin saqqızını oğurlayaraq, külli miqdarda vəsait hesabına illərlə qurulmuş təhsil sistemini darmadağın etdilər, onun xarabalıqları üzərində isə hələ də yararlana bilmədiyimiz gecəqondular tikdilər… Nə idarəetmə sistemi, nə infrastruktur, nə təhsilverənlər, nə də təhsilalanlar o zamandan bəri bu dəyişikliyə uyğunlaşa bilmədi.
Proqramın tətbiqindən 11 il keçməsinə baxmayaraq, təhsilin ali pilləsinin bu proqrama uyğunlaşdırılması üçün bir addım belə atılmayıb. Deməli, belə olan halda təhsilin davamlılığından və varislik prinsipindən heç danışmağa da dəyməz. Təhsilimizin düşdüyü bugünkü ağır vəziyyətdən çıxış yolları real görünməsə də, hesab edirəm ki, Azərbaycan təhsilini bu durumdan indi yalnız bir neçə cəsarətli addımlar atmaqla qismən də olsa, xilas etmək olar: 1. Yeni qurulmuş gənc dövlətin oturuşmuş bir təhsil sistemini dağıdıb demontaj edərək, yerində bu ölkəyə heç bir parametri ilə uyğun olmayan yarıtmaz əndirabadi bir təhsil proqramını sırıyan insanlar ölkə təhsilinə rəhbərlikdən kənarlaşdırılmalı, idarəeyməyə təhsilimizdə hazırda yetişmiş yeni düşüncəli və onun əsil təəssübkeşləri olan istedadlı imsanlar gətirilməlidir. 2.Son 20 ildə ölkədə təhsil quruculuğunda bir idarəçilik sistemi və icra hakimiyyəti strukturu kimi özünü doğrultmayan Təhsil Nazirliyi ləğv edilməli, yerində təhsili dərindəm bilən adamlardan ibarət kiçik və optimal idarəetmə sistrmli Maarif Nazirliyi və Ali Təhsil Nazirliyi yaradılmalıdır. Yalnız o zaman dövlətin təhsilə ayırdiqı vəsait amorf və əsassız şişirdilmiş idarəçilik iyerarxiyasının saxlanmasına və səmərəsiz layihələrin icrasına yox, birbaşa
təhsilin obyektlərinə, onun bütün ağırlığını çiyinlərində daşıyan ağır duruma salınmış təhsil subyektlərinə xərclənər. 3.Artıq keçən ərsin 80-ci illərindən Avropanın aparıcı dövlətləri, o cümlədən, bütün sahələrdə öz mühafizəkarlığı ilə tanınan İngiltərə kimi böyük dövlət də dünya elminə verdiyi bütün nailiyyətlərə görə Sovet təhsil sisteminə keçmişdir. Əlbəttə onlar axmaq deyildilərdi ki? Sovet təhsilində tətbiq olunan əksər dərsliklər dünyaca məhşur alimlərin redaktorluğu ilə, konkret elm sahələri üzrə Elmi Tədqiqat İnstitututlarında bütün pedoqoji, psixoloji və yaş xüsusiyytləri nəzərə alınmaqla mütəxəssis alimlər qrupu tərəfindən hazırlanmış, hər il elm və təhsilin son nailiyyətləri nəzərə alınaraq yenilənirdi. Bəs biz dərslikləri necə hazırlayırıq? Təhsil sistemindən kənarda keçirilən "tenderlərdə qalib gələn dəllal-müəlliflər” tərəfindən ordan-burdan tolanmış gərəksiz informasiyalarla doldurulmuş dərsliklərlə illərdir övladlarımızı şökəst edirik. Ən acınacaqlısı da odur ki, hər il mətbuatda və sosial mediyada onlarla tanınmış təcrübəli pedoqoqların və təhsil ekspertlərinin bu gün məktəblərimizdə tədris olunan fənn dərsliklərinin yararsizlığı barədə konkret faktlar və nümunələrlə yazılmış çoxsaylı yazılarına heç kim reaksiya vermir və çalınan bu həyacan təbilinin səsini heç kim eşitmək istəmir. Deyilənə görə, bizim şanlı Təhsil Nazirliyimizin bu dərsliklərin müəlliflərinin seçilməsinə, onların mətninə və təsdiqinə təsir gücu elə bizi qədərdir… 4.Eyni adlı birinci yazıdakı məntiqi nəticə ilə eyni olaraq, yenə təkrar edirəm ki, cənablar nə qədər gec deyil azdığımız yolayrıcına qayıdıb buraxdığımız səhvləri düzəltməliyik. Təhsil fabrik-zavod, yaxud kolxoz-sovxoz deyil ki, oranı inqilabi reformalar poliqonuna çevirib nəyəsə nail olasan.
Hazırda Rusiya və Qazaxıstan təhsilində istifadə olunan dərsliklər(bəzi humanitar və təbiət elmləri istisna olunmaqla) əsasında Azərbaycan məktəbləri üçün də fənn proqramları və dərsliklər işlənib hazırlamaq olardı. Bunun üçün daha tender elan etmək lazım deyil, müvafiq sahə institutları qısa zamanda bu işin öhdəsindən asanlıqla gələ bilər.