AzTehsil.com


Xəbərlər
21 may 2017
3 636


"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"



"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

 

Əksəriyyət razılaşmaya bilər. Gerçəklik odur ki, ali məktəblərdə dekanlıq, kafedra sistemi Sovet ənənələrini özündə yaşadır. Hansısa universitetə daxil olanda köhnə mənzərəyə tamaşa etmək məcburiyyətində qalırsan. Düzdü, bunu bütün ali məktəblərə şamil etmək olmaz. Bəzi universitetlərdə nə dekanlıq, nə də kafedralar yeniliklərə meylli ola bilmir.
 
Bəs buna səbəb nədir? Universitetlərdə idarəetmə necə olmalıdır?
 
Aztehsil.com-un məlumatına görə, Təhsil Şurasının sədri Əjdər Ağayev modern.az-a açıqlamasında deyib ki, tarixin mütərəqqi sistemindən istifadə etmək hər dövrdə zəruridir.
 
"Ali məktəblərdə idarəetmə formaları müxtəlif ola bilir. Rektor, prorektor, dekanlıq sistemi isə kafedral sistemdir. Elə ali məktəblər ola bilər ki, orada kafedra olmasın. İxtisaslar üzrə bölmələr olsun. Məsələn, sinif müəllimliyi bölümü, beynəlxalq münasibətlər bölümü və sairə. Bu bölüm həm kafedranın,  həm də deknalığın işini görür. Dünyada geniş yayılmış sistem rektorluq, prorektor və dekanlıq sistemidir. İstər 21-ci əsr olsun, istərsə də 22-ci əsr. Tarixin mütərəqqi sistemindən istifadə edilməlidir. İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan. İdarəetmə elmin, texnologiyanın inkişafı ilə təkmilləşir. İnsan amili öz yerində qalmaqla, yeniliklərə açıq olmaq lazımdır”.
 
Ekspert deyir ki, universitetlərdə Sovet ənənələri davam etdirilsə də, müasir texnologiyalar da tətbiq edilməlidir.
 
"Bugünkü idarəetmə tez-tez auditoriyaya girib-çıxmaq kimi olmamalıdır. Hansısa kağızla elan da vurmaq lazım deyil. İndi nəzarətedici qurğular, kompyuter  var. 21-ci əsrin tələbinə uyğun Nanotexnologiyalar hazırlanmalıdır. İdarəetmədə bu düşünülməlidir. İnsan amili, təfəkkürü, fikri, idarəetmə qabiliyyəti öz yerində qalır. Gələcəkdə də belə olacaq”.
 
Ali məktəblərin Sovet ənənələrindən uzaqlaşmasından da Əjdər Ağayev bəzi ənənələrin qalmasını təəssüflə qeyd edib.
 

 

"Dünyada ən güclü təhsil Sovet dövrünün təhsil sistemi olub. 1980-ci illərdə Amerikada həyəcan siqnalı çalındı ki, baxın SSRİ-də nələr kəşf olunur. Amerika isə geri qalır. Onlar təhsil sistemini dəyişməyə başladılar. Bununla da, Amerika təhsili sürətlə inkişaf etməyə başladı və yeniliklərə imza atdı. O vaxtın təcrübəsi bu gün də var. İndiki alimlərin hamısı Sovet sisteminin yetişdirdiyi adamlardır. Son 25 ilin nəticəsi olaraq hələ bir alim meydana çıxmayıb. Hamısı təhsil görmüş adamlardır və Azərbaycanın inkişafına çalışanlardır. Bunun üçün də onlar öz təcrübəsindən istifadə edirlər. Sovet dövrünün son illərində yaranan elə ənənələr var ki, bu gün onlardan azad olmalıyıq. Təəssüf ki, azad ola bilmirik. Məsələn, baxım-görüm, təmənnalılıq, qəbul işində mənim-sənin adamının olması çox yayılmışdı. Təəssüf ki, bu gün bunlar bəzi ali məktəblərdə var. İşə qəbulda bəzi ümumtəhsil məktəblərində bunları görürük. Düşünürəm ki, bunları aradan qaldırmaq  lazımdır”.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Universitet idarəetməsində yeni addım

Universitet idarəetməsində yeni addım

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ