Xəbərlər / Digər Xəbərlər
31 avqust 2017
3 124


Misir Mərdanov testin ləğvindən DANIŞDI

 

Sabiq təhsil naziri Misir Mərdanov test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı müsahibə verib. Oxu.Az həmin müsahibəni təqdim edir:

- Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə  2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq sizcə, Azərbaycan təhsil sistemində test üsulunun ləğv olunması nə dərəcədə real görünür?

- İnsanın biliyinin qiymətləndirilməsi sistemi dünyanın aparıcı, qabaqcıl ölkələrində necədirsə, elə də olmalıdır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Respublikamızın dünya birliyinə daxil olması istiqamətində çox ciddi addımlar atılır. Ölkəmiz dövlət başçısının tapşırığı ilə irəliyə doğru hərəkət edir. Bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat sahəsində  dünyanın inkişaf etməkdə olan ölkələrinin önündə gedə bilən dövlətik. Ona görə də günümüzdə test sahəsi təkmilləşməlidir. Müsbət yeniliklər tətbiq olunmalıdır.

Hörmətli Məleykə xanımın da, təhsil nazirinin müavini Ceyhun Bayramovun da çıxışlarını diqqətlə izlədim. Onların hər ikisinin çıxışından belə başa düşdüm ki, test üsulu ləğv olunmayacaq. Sadəcə, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir. Mən də bu addımı dəstəkləyirəm. Bu işin başında duran insanlara uğur arzulayıram.

- Məleykə Abbaszadə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardığını  və nəticənin sentyabrda ictimaiyyətə təqdim olunacağını deyib. Sizcə, söhbət hansı modeldən gedir? Yeniliklər nədən ibarət ola bilər?

- Belə başa düşdüm ki, qapalı suallarla yanaşı, açıq suallar da abituriyentlərə təqdim olunacaq. Ola bilər ki, burada mərhələlər olsun. İmtahan verənin biliyi qiymətləndirilərkən onun yaddaşına yox, məntiqi təfəkkürünə uyğun olan qiymətləndirmə  istiqamətində iş aparılır. Uşağın yalnız yaddaşına deyil, məntiqi təfəkkürünə qiymət veriləcək. Məsələn, mən riyaziyyat müəllimiyəm. Məsələ-misal veriləcəksə, həlli tələb olunacaq. Düşünürəm ki, bu, doğru yoldur. O da yaxşı haldır ki, hələ il başlamamış müvafiq qurumlar tərəfindən bu barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılır.

- Uzun illərdir ki, orta məktəblərdə şagirdlər kurrikulum əsasında dərs keçirlər. Açığı, etiraf edək ki, kurrikulum sistemi ilk vaxtlarda narazılıqla qarşılandı. Belə demək olarmı, kurrikulum sisteminə keçidin kökündə test sistemindən uzaqlaşmaq dayanıb?

- Mənə elə gəlir ki, bu dəyişikliyin əsas səbəblərindən biri odur ki, milli kurrikulum sistemi ilə dərs keçən şagirdlər artıq son siniflərə gəlib çatıblar. Kurrikulumun da əsas amallarından biri ondan ibarət idi ki, yaddaşa əsaslanan təhsil sistemindən məntiqi təfəkkürə yönəlmiş təhsil sisteminə keçid sisteminə nail olunsun.  Bu baxımdan işlər paralel qaydada gedir və növbəti mərhələyə keçmək üçün şərait yarandığına görə belə bir elan verildi.

- Test üsulu həm də sosial durumu aşağı olan ailələrdə böyüyən uşaqların təhsil almasına yol açırdı. Belə deyək də, illərdir rüşvət olmadan universitetlərə qəbul sistemi tətbiq olunurdu. Sizcə, test sahəsində yeni modelin tətbiq olunması imkansız uşaqların təhsil almasını əngələyə bilərmi?

- Şübhəm yoxdu ki, yenə də imkansız ailələrdə böyüyən uşaqlar öz bilikləri hesabına təhsil ala biləcəklər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil"

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Təhsil Nazirliyi kurrikulumun ləğvi ilə bağlı qərara gəlib

Təhsil Nazirliyi kurrikulumun ləğvi ilə bağlı qərara gəlib