AzTehsil.com


Xəbərlər / Valideyn / Direktor / Müəllim
28 sentyabr 2018
2 572


"Dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılması qaçılmazdır"



 

 
Əsas odur ki, "15 illlk” rəhbərlikdən fərqli olaraq, Təhsil nazirliyi iradları səmimi qəbul edir...


Moderator.az ın "Heç kim millətə xidmət etmək istəmir, hamı çalışır ki, milləti soysun” yazısnda əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikirlərinə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik.

"Hörmətli professorumuzun həyacan və hiddətdən irəli gələn, bir az da yumşaq desək sərt xarakterli fikirləri başa düşüləndir. Təhsilimizin ən ümdə problemlərindən biri olan təhsildən yayınmaya qarşı mübarizə aparılması fonunda "Barı xəstələnəydim, Qalxaydı hərarətim. Qutaraydı canımı, Sabahkı dərsdən mənim” kimi misralardan ibarət "materialın” dərsliyə salınmasının hansı məqsədə xidmət etməsi heç mənə də aydın deyil. Hesab edirəm ki, təhsildən yayınmaya çağırış mesajlı "Otuz altı, altı” şerinin (əgər buna şer demək mümkündrsə) dərslikdə yer alması bu sahənin tənzimlənməsinə edilən bütün cəhdlərə kölgə salmaqdan başqa bir şey deyil.

Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır.Bununla məsələyə aydınlıq gətirmək baxımından belə bir məqama da diqqət yetirmək önəmlidir ki, dərsliklərin nəşri və çap işləri hələ 2002-ci ildə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir. 2005-ci ildə Təhsil Nazirliyi qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla «Ümumi təhsil sistemində dərslik siyasəti» sənədini hazırlamış və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrlə təsdiq etmişdir.

Sözügedən sənəddə dərslik siyasətinin əsas prinsipləri, dərsliklərin məzmununa verilən əsas tələblər, dərsliklərin dili, təsdiqi, nəşri, müəllif və nəşriyyatların hüquqları, dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, təhsil orqanları və məktəblərin vəzifələri və digər aidiyyatı məsələlər ətraflı izah olunub. Əsas yeniliklərdən biri də ondan ibarətdir ki, yeni yaranan dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən ekspertizadan keçirilib müsbət qiymətləndirildiyi halda Nazirin əmri ilə təsdiq olununur.

Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris”"metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir. Başqa cür ola da bilməz çünki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həllı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son on illiklə müqayisədə dərslik siyasətinə fərqli baxış formalaşıb.

Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan çıxarılması nəzərdə tutulur. Digər tərəfdən mütamadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s.

Əlbəttə bu arqumentləri gətirməklə Təhsil Nazirliyinin mövqeyini müdafiə etmək fikrindən uzağam. Təhsil sahəsidə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu mənada dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir. O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.

Nə edək ki, baxmayaraq dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənar çıxma, təhsil qarşısında qoyulan məqsədə və təhsil siyasətimizə zidd olan fakt və hallardan xali deyil, valideyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir.

Onu da xatırladım ki, hətta Təhsil Naziri səviyyəsində əlaqədar qurumlara çağırış belə edilib: "Ümumilikdə, təhsilin məzmunu-nun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək".

Əsas odur ki, "15 illlk” rəhbərlikdən fərqli olaraq, Təhsil nazirliyi iradları səmimi qəbul edir və bu istiqamətdə vəziyyətin nizama salınması üçün konkrer və əməli tədbirlər görmək əzmini nümayiş etdirir.

Çıxış yolunu birgə əməkdaşlıq və qarşılıqlı anlaşmanın nəzərə alınmasında, "Dərslikləri Qiymətləndirmə Şurası”nın fəaliyyətinin gücləndirilməsində, ehtiyat dərsliklərin hazırlanmasının sürətləndirilməsində, ən başlıcası isə dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm.”

Nadir İsrafilov, təhsil eksperti

 

"Dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılması qaçılmazdır"

 





Загрузка...
Həmçinin oxuyun:
"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

“Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm” – Təhsil üzrə ekspert

“Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm” – Təhsil üzrə ekspert

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Dərsliklərin monitorinq mərkəzi  yaradılacaq

Dərsliklərin monitorinq mərkəzi yaradılacaq