AzTehsil.com


Xəbərlər
28 oktyabr 2017
2 854


"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."



Dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır.

 

Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif "Всеобщая история” dərsliyində "Böyük Ermənistan" xəritəsi qalmaqalından bir müddət kecməmiş, 5-ci sinif Azərbaycan dili dərsliyində Şirvanşahlar şahının oğluna sarayı Badi-Kubənin mənzərəli yerində tikməsini tapşırması, həmçinin ona "İçərişəhər" metro stansiyasının Şirvanşahlar sarayının yanında olduğunu deməsi barədə yer alan məlum dialoqla bağlı mətn böyük rezonansa səbəb olub.

 

Sözügedən dialoqdan hətta Bakıda ilk metronun 1967-ci ildə deyil, XI əsrdə tikildiyi barədə nəticə belə çıxarılıb.

 

Baxmayaraq kı, Nazirlik onlara ünvanlanan sorğuya cavab olaraq bir sıra informasiya agentliklərinin saytlarında dərslikdəki mətndə həmin mətnə aid olmayan bir cümlənin verilməsini yanlışlıq kimi dəyərləndirilib və bildirib ki, yeni kurikulumun alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur.

 

Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir "artıq cümlə” daxil edilib.

 

Bununla belə bu kimi səhvlərin Milli Məclisin iclasına çıxarılıb müzakirə olunmasında israrlı olanlar da var.


Müzakirə edək, ancaq gəlin bunu soyuqqnlılıqla, bir az da emosiyalara və ambisiyalara qapılmadan edək. Hər şeydən əvvəl xatırlatmaq yerinə düşərdi ki, dərsliklərin nəşri və çap işləri Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.

 

2005-ci ildə Təhsil Nazirliyi qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla «Ümumi təhsil sistemində dərslik siyasəti» sənədini hazırlamış və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrlə təsdiq etmişdir.


Sözügedən sənəddə dərslik siyasətinin əsas prinsipləri, dərsliklərin məzmununa verilən əsas tələblər, dərsliklərin dili, təsdiqi, nəşri, müəllif və nəşriyyatların hüquqları, dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, təhsil orqanları və məktəblərin vəzifələri və digər aidiyyatı məsələlər ətraflı izah olunub. Əsas yeniliklərdən biri də ondan ibarətdir ki, yeni yaranan dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən ekspertizadan keçirilib müsbət qiymətləndirildiyi halda Nazirin əmri ilə təsdiq olununur.


Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris–metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir. Başqa cür ola da bilməz çünki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həllı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son on illiklə müqayisədə dərslik siyasətinə fərqli baxış formalaşıb.


Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib.

 

Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan çıxarılması nəzərdə tutulur.

 

Digər tərəfdən mütamadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s.


Əlbəttə bu arqumentləri gətirməklə Təhsil Nazirliyinin mövqeyini müdafiə etmək fikrindən uzağam. Təhsil sahəsidə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu mənada dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir.

 

O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.


Nə edək ki, baxmayaraq dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənar çıxma, Azərbaycan qanunlarına, dövlətçiliyimizə, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməsi hallarından xali deyil, valideyn və mütəxəssisləri qa-ne etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir. Dərsliklərdə jarqon və vulqar ifadələrə, elmi səhvlərə, metodiki təhriflərə yol verilməsi halları hələ də davam edir.


Düzdür, son bədnam xəritə qalmaqlı nəinki təhsilimizə, bütövlükdə cəmiyyətimizə baş ucalığı gətirmədi. Bununla bağlı bu sahəyə diqqətin nə dərəcədə vacibliyi barədə ciddi bir siqnal oldu ki, Təhsil Nazirliyinin səmimi etirafı və dərhal problemə reaksiyası da anlaşılandır. Halbuki, uzun illər bu kimi hallar nəzərə alınmırdı. Bir də ki, dərsliklərin yazılması üçün müəlliflərin seçimi nəşriyyatların öz öhdəsinə buraxıldığından günahkar qismində təkcə Təhsil Nazirliyini ittiham etmək də bir o qədər real görünmür.


Hətta Təhsil Naziri səviyyəsində əlaqədar qurumlara çağırış belə edilib: "Ümumilikdə, təhsilin məzmunu-nun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək".


Çıxış yolunu birgə əməkdaşlıq və qarşılıqlı anlaşmanın nəzərə alınmasında, "Dərslikləri Qiymətləndirmə Şurası”nın fəaliyyətinin gücləndirilməsində, ehtiyat dərsliklərin hazırlanmasının sürətləndirilməsində, ən başlıcası isə dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm. Gəldiyim nəticə ondan ibarətdir ki, məlum faktları qabartmaq və tirajlamaq yolu ilə vəziyyəti daha da dramatikləşdirmək heç də yaranmış vəziyyətdən çıxış yolu deyil, əksinə...


O ki, qaldı, sosial şəbəkələrdə yayılan fotolardakı 5-ci sinif Azərbaycan dili dərsliyində Şirvanşahlar Şahının oğlu ilə dialoqda vurğuladığı "sarayı İçərişəhər metrostansiyasının yanında tiksin” cümləsinə, görünür dərslik müəllifləri uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, sarayın yerləşdiyi məkanın ərazi baxımından hazırkı metrostansiyanın yaxınlığında olması barədə onlarda aydın təsəvvür yaranmasına yardımçı olmaq məqsədilə mətnə daxil ediblər. Hər halda haqlı olaraq qüsur kimi qiymətləndirilən bu "əlavə” gərək mütləq mötərizəyə alınmalı idi.


Unutmayaq ki, təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir. Dərslik siyasəti isə təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir.


Nadir Israfilov, təhsil eksperti




Загрузка...
Həmçinin oxuyun:
İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Dərsliklərin monitorinq mərkəzi  yaradılacaq

Dərsliklərin monitorinq mərkəzi yaradılacaq

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?