Xəbərlər
30 yanvar 2017
4 157


Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

 

"Azərbaycanda 1998-ci ildən magistraturanın olmasına baxmayaraq, bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət yetirilir”.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, xəbərə görə, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib ki, magistratura pilləsinin dərslik və proqramları bakalavr pilləsinin dərslik və proqramlarından çox az fərqlənir. Komitə sədri qeyd edib ki, doktorantura ixtisasında fəlsəfə, informatika fənlərinin tədris proqramları və dərslikləri olduğu halda, ümumilikdə Azərbaycan təhsilində həmin ixtisas fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.
 
"Təhsilin qanunvericilik bazasının hazırlanması istiqamətində ölkədə mühüm addımlar atılır. Yaxın zamanlarda təhsilin digər pillələrinə dair qanun layihələri hazırlanacaq”.
Məqalə Göndər








Загрузка...