AzTehsil.com


Xəbərlər / Cəmiyyət
27 avqust 2017
2 668


“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”



 

Limunət Əmrahlı: "Gürcü və ermənilər sovet dönəmində belə Psixologiya İnstitutlarını bağlamadılar, bizdə isə...”

Son vaxtlar Azərbaycanda həm azyaşlılara qarşı zorakılıq halları, həm də xüsusi amansızlıqla törədilən qətllərə daha çox rast gəlinir.

Maraqlıdır, getdikcə kütləviləşən bu tendensiyanın arxasında psixoloji faktor varmı? Bütövlükdə proseslər tamamilə mərhəmətsiz, qəddar bir toplumun formalaşmasına gətirib çıxarda bilərmi?
"Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı baş verənlərin psixoloji səbəblərə söykəndiyinin birmənalı olduğunu vurğuladı:

"Baş verən bu kimi hallarla bağlı mütəxəssislər dəfələrlə proqnozlar veriblər. İstər bu, istərsə də digər saytların arxivlərində sosial ədalətsizliklərin, gündən -günə çətinləşən həyat şəraitinin, cəmiyyət üçün nümunə olmalı olan tanınmış şəxslərin özlərinin və övladlarının pis örnəklərinin bizi hansı nəticələrlə üz-üzə qoyacağı barədə proqnozlarla dolu müsahibələri yatır. Cəmiyyəti belə idarə etmək sonda bumeranq effekti yaradacaq. Əlbəttə ki, haqlısınız, baş verənlərin motivləri, siyasi, iqtisadi, sosial məsələlərlə bağlı olsa da, nəticələri -psixolojidir. Bütün bunlar insanların şüuraltına sıxışdırdıqları narazılıq, aqressiya istəklərinin partlayışıdır. 

Sözsüz ki, məişət zəminində baş verən hadisələrin heç də hamısını sadaladığım məsələlərlə bağlamaq olmaz. Zorakılıq hər bir insanın daxili mədəniyyəti ilə bağlıdır, ancaq insan çarəsizliklə üz-üzə qalanda həç də həmişə mədəniyyət və mənəviyyat onun qarşısını ala bilmir. Bu, yalnız yüksək insani keyfiyyətlərə malik olanlara xasdır. Təəssüf, görünür bu imkanlar çoxlarında yoxdur. Hüquqi dövlətdə yaşayan insanlar heç olmazsa, məişət zəminində baş verənlərin hüquqi həllinə çalışmalıdırlar. 
Bundan başqa, bu gün Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına böyük ehtiyac var. Həyatın bütün sahələrində münaqişəli məsələlərin həllindən tutmuş insanın özünüinkiaşfına, özünüreallaşdırmasına xidmət və kömək edəcək qurum olmalıdır. Burada ciddi etnopsixoloji və müasir insan fərdiyyətinin, şəxsiyytinin inkişaf problemlərini, subyektiv fəallığın isitqamətlərini, əmək sahələrini, patopsixologiya, parapsixologiya, koqnitiv psixologiya, transersonal psixologiya və d. əhatə edən araşdırmalar aparılmalıdır. 

Əhalisi bizdən qat-qat aşağı olan Gürcüstana, Ermənistana baxın! Onlar sovet imperiyasının qılıncının dalı-qabağı kəsərli olduğu dövrlərdə belə Psixologiya İnstitutlarını bağlamadılar. Bizdə isə, ümumiyyətlə açılmayıb. Ayrı-ayrı kafedralar, şöbələr səviyyəsində, həmçinin pərakəndə halda cəmiyyətə psixoloji xidmətin keyfiyyətini yüksəltmək mümkün deyil. Heç bir şübhəm yoxdur ki, özünün gərgin vaxtlarında psixoloji xidmətdən yararlanan insanların böyük əksəriyyəti özünün zorakılıq meyillərinin, aqressiv davranışının qarşınını ala bilər”.
 
Moderator.az



Загрузка...
Həmçinin oxuyun:
HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

Limunət Əmrahlı Gəncə təlimi ilə bağlı "Çalışacağam ki, operativ diaqnostikaya vaxt ayırım, bəzi məsləhətlər verim"

Limunət Əmrahlı Gəncə təlimi ilə bağlı "Çalışacağam ki, operativ diaqnostikaya vaxt ayırım, bəzi məsləhətlər verim"

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası