AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
09 mart 2020
1 944


Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?



Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?

 

Bir  aya yaxındır ki,sosial şəbəkələrdə,hətta televiziya kanallarında kurikulumla bağlı çox ciddi müzakirələr gedir. Əksəriyyət hesab edir ki,kütləvi savadsızlığa apardığına görə kurikulum ləğv edilməlidir.

 Bildirmək istəyirəm ki,kurikulumun fəlsəfəsini,mahiyyətini anlayan,onun ləğvini istəməz.Müasir zamanda beynəlxalq təhsilə inteqrasiya etmək mütləqdir.
Əvvəla,kurikulum bir təhsil proqramı olaraq,məzmun standartları və təlim nəticələridir,tədris fənləri və ayrılan saatlardır,pedaqoji prosesin təşkili və təlim nəticələrinin qiymətləndirilməsidir. Yəni,bu proqramı ləğv etsək necə işləyə bilərik? Amma,çoxsaylı müəllim ordusu tərəfindən kurikulumun ətrafında yaradılan ajiotaj,aqressiya- mövqe sahiblərinə,müvafiq qürumlara SOS siqnalıdır.Nə isə düz getmir, nəzəriyyəsindəki gözləntilər,nəticələr alınmır.
 Məncə,yaranmış problemi kurikulumda deyil,onun tətbiqində axtarmaq lazımdır. Məqsədi,məramı təhsilimiz üçün xeyirli olan bir işin narazılıqlarla qarşılanmasının səbəbləri araşdırılmalı və tədbir görülməlidir.Aqressiv müəllimin öz işinə sevği və məsuliyyətlə yanaşmasına,şagirdlərdə məntiqi,tənqidi və yaradıcı təfəkkürün formalaşdırılmasına həvəsli olduğuna şübhə edirəm.
 Müəllimlərin vəziyyəti acınacaqlı olduğunu danmaq olmaz.Yeni proqramla işləməyə hazır olmadıqları şəraitdə müəllimlər,valideynlər bu işə cəlb edildilər.Hətta,dərinə getsək,bəzi məktəb rəhbərləri,yerlərdə olan idarəetmə qürumları da buna vaxtında hazır olmadılar.İndinin özündə də müəllimlərin çoxu kurikulumun nə olduğu və nələri əhatə etdiyini bilmirlər. Onların arasında onilliklərlə ənənəvi proqramla işləyən,yeniliklərə açıq olmayanlar və aşağı balla pedaqoji fakültələrə daxil olan,bilik və hazırlıq səviyyələri aşağı olan müəllimlərdir.
 Çıxış yolu,ilk növbədə,proqramın təkmilləşməsindədir.Xüsusən də,müəllimlər tərəfindən ən çox narazılıqlara səbəb olan məktəbdaxili qiymətləndirməyə yenidən baxılmalıdır. Kağızların içində itən müəllimlər əsas vəzifələrini yerinə yetirməyə,yəni,dərsə hazırlaşmağa vaxtları qalmır.Bir neçə fəndən və bir neçə sinifdə dərs deyən müəllimlərin yükünü təsəvvür etmək çox çətindir. Qiymətləndirmə resursları çox hazırlanır,buna xərclənən vəsaitlər də lazımsız söz-səhbətə səbəb olur.Qiymətləndirmə mexanizmi sadələşdirilməlidir.
 Kurikulumla bağlı müəllimlərin narazılıqlarına səbəblərdən biri də təhsil məzmununun əsas daşıyıcısı,gğstəricisi olan dərsliklərlə bağlıdır.Bu sahəyə də müdaxilə özünü çox gəzlətməməlidir.
 Praktik yönümlü,səriştəyə,bacarıqlara əsaslanmış dərslərin keçirilməsi üçün siniflərdə şagirdlərin sayı azaldırılmalıdır.Yəni,normal öyrədici mühit yaradılmalıdır.
Kurikuluma mənfi münasibətin formalaşmasında DİM-in də rolu az deyil.Dərs ilinin iyunun 14-dək uzadılmasına baxmayaraq,tədris proqramı tam yerinə yetirilməmiş,aprel ayında qəbul imtahanları keçirilir.Şagirdlərin repetitorlara üz tutmasının səbəblərindən biri də budur.Nəticə olaraq,ali məktəbə daxil olan şagirdlər məktəbə getmirlər.
Sonda bir daha vurğulamaq istəyirəm ki,kurikulumu ləğv etmək yox,təkmilləşdirilməsi istiqamətində iş aparılmalıdır.
Nisə Cavanşir. Təhsil eksperti.



Загрузка...
Həmçinin oxuyun:
"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?

Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?

Kurikulum  ləğv olunur yoxsa formatı dəyişdirilir...

Kurikulum ləğv olunur yoxsa formatı dəyişdirilir...

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Yeni və köhnə qəbul imtahanı qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu

Yeni və köhnə qəbul imtahanı qaydaları arasında çaş-baş qalanlar – Onlar üçün ən yaxşı çıxış yolu

Kurikulum  ləğv ediləcəkmi - rəsmi açıqlama

Kurikulum ləğv ediləcəkmi - rəsmi açıqlama

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Müəllimlərin  bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Müəllimlərin bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?