AzTehsil.com


Psixoloq
10 iyun 2016
3 522


“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?



 “Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?"Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz? Hətta eşitsəniz belə etiraz gəlməlidir içinizdən; "edə bilərsən, bəli, edə bilərsən!” Bu həyatda hər şey istəməklə başlayır. Əgər siz istəsəniz edə bilmərəm dediyiniz hər şeyi edə bilərsiniz. 
Çox tez-tez rastlaşdığımız fikir: "Yay gəlir səkkiz kilo verməliyəm, amma edə bilmirəm. Su içsəm də kökəlirəm.”- Bir dayan görək e, su nə vaxtdan adam kökəldir? Ürəkdən istəməyəndə, ağılın xeyr ağzın bəli deyəndə təbii ki, olmaz. 
"İdman etmək istəyirəm amma vaxtım yoxdur" Vaxtın var sən özünə zaman ayırmaqdansa bəhanə tapmağa vaxt sərf edirsən. Çox istəsən edə bilərsən. 
"Sağlam qidalanmaq istəyirəm. Amma işlədiyim üçün alınmır." Xeyr edə bilərsən. Səhər bir saat tez durub uşaqlarına yemək hazırlayan az qadın var məgər? 
"Kitab oxumaq istəyirəm amma oxuya bilmirəm" Xeyr oxuya bilərsən hər gecə yatmamışdan əvvəl beş dəqiqə belə oxusan xeyri var.  “Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?
Yuxarıda qeyd etdiklərim ən sadə, ən bəsit bəhanələr idi, hansı ki, hər kəs tərəfindən deyilə bilər. Hər birimizdə olur bu "Edə bilmərəm” əhval-ruhiyyəsi. Çünki onu demək asandır, biz də asana doğrui meyl göstəririk həmişə. Əgər edə bilmirsinizsə özünüzü məcbur edin, şəraiti məcbur edin,mübarizə aparın. Necə deyərlər əsas odur ki, salamatçılıq olsun. O qədər insan var ki, qan azlığından əziyyət çəkir, bun artıq öyrəşib, o, həyatının bir parçasına çevrilib, eyni zamanda qan təzyiqinin enib qalxması, dırnaqların qırılması, saçların tökülməsi və digər bu kimi problemlərlə mübarizə aparan insanlar pəhriz saxlamasın onda, idman etməsin, kitab oxumasın? Amma edənlər var. Çünki bu onlara xoşbəxtlik verir, insan da xoşbəxtlikdən imtina edərmi? 
Məsələn indi sizi kor bir qadınla tanış edəcəm, o bir konfransda özü haqqında bunları deyib: "Görmə problemi olan qadınların heç bir maneəyə məruz qalmasın deyə "bələdçi itlər dərnəyi”ni qurmuşam. Bəli, mən səkkiz yaşından sonra taleyi dəyişən, gözləri kor olan bir qadınam. Hər cür çətinliyə meydan oxuyub, problemlərin içindən çıxaa bilən, düşünə bilən bir qadın. Şikəstliyim var, görmürəm, edə bilmərəm yox, çatışmazlığım olsa da edə bilərəm, heç bir şey mənə mane ola bilməz deyən bir qadın. Gözdən əlil olan insanların cəmiyyətdə laiq olduqları yerlərə çatması üçün əlimdən gələn hər şeyi etməyə hazıram.” 
Sizcə bu qadın "edə bilmərəm!” deyirmi? Xeyr .. 
Digər tərəfdən bəzi şikəst qadınlar var ki, evdə hətta sabun hazırlayıb satırlar. Toxuculuq edirlər, internetdən daha faydalı biliklər öyrənirlər, yeməklər bişirirlər, öz üzərlərində işləyirlər, biliklərini artırılar, bir sözlə, lazımsız hiss etmirlər özlərini. Və onlar üçün "Edə bilmirəm” sözü, anlayışı yoxdur. Təbii ki, hamısı elə deyil. Lakin siz özünüzə hər zaman faydalını nümunə götürün. Və nəzərə alsaq ki, "Edə bilmirəm” dyənlərin əksəriyyəti nə şikəst deyil, nə aciz deyil, sadəcə bəhanə edir, o zaman ümid edirəm ki, bu yuxarıda sadalananalar ünvanına çatmışdır. 
Ona görə də,”edə bilmirəm!” deməyin, edə bilərsiniz. Siz istədikdən sonra həyatda edə bilməyəcəyiniz heç bir şey yoxdur. O qədər çox qüsurlarımız var ki, əslində, siz bir yerdən başlayın sonrası corab söküyü kimi özü gələcək. Yetər ki istəyin. 

Mənbə:qadin.net 



Загрузка...