“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat BAŞLAYIR
“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat başlayır.
5 noyabrdan etibarən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır.
AzTehsil.com xəbər verir ki, ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi keçiriləcək.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr 15:00-dan etibarən 26 dekabr 17:00-dək //anket.edu.az/user/281 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı
//sabahinalimleri.edu.az/ və (//arti.edu.az/) portalından əldə edə bilərsiniz.
Formalar:
https://arti.edu.az/wp-content/uploads/2025/11/T%C9%99dqiqat-plani-Layih%C9%99-xulas%C9%99si.docx
https://arti.edu.az/wp-content/uploads/2025/11/Annotasiya-v%C9%99-Sertifikasiya.docx
Layihənin Tərtib Forması
https://arti.edu.az/wp-content/uploads/2025/11/Layih%C9%99nin-T%C9%99rtib-Formasi.docx
Forma 1
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-1.docx
Forma 1A
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-1A.docx
Forma 1B
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-1B.docx
Forma 1C
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-1C.docx
Forma 2
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-2.docx
Forma 3
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-3.docx
Forma 7
https://arti.edu.az/wp-content/uploads/2025/11/Forma-7.docx
Qaydalar: “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.
Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Mob: +99451 8167817













