AzTehsil.com

test / Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim
26 mart 2025
434

Diaqnostik qiymətləndirmə və sertifikasiya rəqabəti ARTIRIR



Ötən il məktəbəqədər təhsil müəssisələrində çalışan 11,2 min tərbiyəçi-müəllim və metodist pedaqoji heyətin peşəkarlıq səviyyəsi və peşə yararlılığının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirməyə cəlb edilib. Növbəti mərhələdə onlar sertifikasiya imtahanından keçəcəklər.

Bu kimi qiymətləndirmə proseslərindən sonra bağçalarda müsbət və mənfi mənada hansı dəyişiklikləri görə biləcəyik?

AzTehsil.com xəbər verir ki, ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, diaqnostik qiymətləndirmə illərdir öz üzərində işləməyən bəzi müəllimləri silkələdi:Uzun illərdir ki, məktəbəqədər təhsil müəssisələrində təhsilin keyfiyyətini artırmaq üçün işlər aparılır. Lakin bu işlərin nəticəsini ölçmək üçün hər hansı bir metod mövcud deyildi. İşin nə qədər düzgün aparıldığı, yekunda hansı dəyişikliklərin edilməsi lazım gəldiyi, çatışmazlıqlar və üstün cəhətlər məlum deyildi. Bu boşluq isə səhlənkarlığa səbəb olur, öz üzərində işləməyən və buna ehtiyac da duymayan, “onsuz da bizi yoxlayan yoxdur” düşüncəsi ilə hərəkət edən bir “müəllim ordusu”nun formalaşmasına gətirib çıxarırdı.

Son illərdə isə rəqabətli mühit yaradan bir proses başlayıb. Artıq müəllimlər bir-biri ilə yarışaraq, “Mən daha yaxşı bal toplayacağam”, “Mən daha yaxşı olacağam” deyərək uğura doğru addımlayırlar. Diaqnostik qiymətləndirmə illərlə öz üzərində işləməyən bəzi müəllimləri silkələdi. İmtahan vermək qorxusu onlarda “yatmış” məsuliyyəti oyatdı.

Diaqnostik qiymətləndirmə zamanı heç kimin əmək müqaviləsinə xitam verilməməsi müəllimlərdə müəyyən rahatlıq yaratsa da, sertifikasiya prosesində artıq onlar məcburdurlar ki, davamlı olaraq öz üzərlərində işləsinlər. Sertifikasiyada müəllimləri motivasiya edən bir çox amil var. Müəllim kitablar oxuduqca, istər-istəməz əldə etdiyi bilikləri, eşitdiklərini və şüuraltında yerləşdirdiyi məqamları qrupda uşaqlarla tətbiq etməyə başlayır. Bu da tədris prosesinə müsbət təsir göstərir.

Bununla yanaşı, sertifikasiyanın mənfi tərəfi də mövcuddur. Bu prosesdə müəllim dərs oxumağa, kitablara və imtahan həyəcanına fokuslanaraq müəyyən müddət pedaqoji prosesdən uzaq qalmaq məcburiyyətində olur. Lakin bu hal bütün müəllimləri əhatə etmir, çünki hər kəs imtahana eyni şəkildə hazırlaşmır.

Müəllim oxuduqca, təlimlərə qoşulduqca özündə məsuliyyət hiss edir və özünə çıxış yolu tapmaq üçün müəllimlərə, təlimçilərə müraciət edir. Onların öyrənmə arzusu iş potensiallarını artırır. Müəllimlərin qiymətləndirilməsindən alınan yekun cavab dövlət qurumlarına və təhsillə məşğul olan insanlara monitorinq aparmaq üçün datalar verir. Bu datalar isə gələcəkdə prosesi dəyişməyə, yeniləşdirməyə böyük təkan verir”.



Həmçinin oxuyun:
Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Metodbirləşmələr

Metodbirləşmələr

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"