Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru ADNSU-da olub.
AzTehsil.com xəbər verir ki, martın 6-da Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru Əhədxon Nəcmitdinov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonağa ADNSU-da tədris olunan ixtisaslar, təhsil, professor-müəllim heyəti, ikili diplom proqramları və beynəlxalq layihələr haqqında məlumat verib.
Görüşdə İT sahəsində, eyni MBA, BBA proqramları ilə bağlı iş üzrə inkişaf perspektivləri ilə bağlı irəli sürülən layihələrlə bağlı müzakirələr aparılıb, konkret hədəflərdən bəhs edilib.