Bu gün Bakı Avrasiya Universitetində Özbəkistanın xalq şairi Camal Kamala universitetin fəxri doktoru adının verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra giriş sözü ilə tədbiri açan universitetin rektoru, professor Nazim Hüseynli Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişaf etməsindən danışdı.Rektor, bu gün Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə və xidmətlərinə görə təşəkkürünü bildirdi.Daha sonra Azərbaycan Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan millət vəkili Qənirə Paşayeva Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq onun Azərbaycanın böyük şairi Nizami Gəncəvinin "Xəmsə”sini özbək dilində tərcümə etməsini,eləcədə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin ,Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirdi.
Tədbirdə Qarabağ həqiqətlərini,Xocalı faciəsi barədə tarixi həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıran,tədqiqatçı alim Şuhrat Salamov Özbəkistanın qardaş Azərbaycanın haqq işində həmişə yanında olacağını bildirərək,Dağlıq Qarabağın tarixində Əmir Teymurun Şuşa qalasına səfəri ilə bağlı tədqiqatlarından tələbələrə yeni məlumatlar verdi.
Tədbirin sonunda Özbəkistanın xalq şairinə Fəxri doktor diplomunun təqdimatı olub və xatirə şəkilləri çəkdirilib.Öz növbəsində Camal Kamal Bakı Avrasiya Universitetinin rektoruna,eləcədə universitetin professor-müəllim kollektivinə ona yüksək adın verilməsinə görə təşəkkürünü bildirib.
moderator.az