Xəbərlər
06 mart 2017
2 031
Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib
Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünün formalaşması, onların fərdi inkişafı yönündə ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə tanınmış peşəkar mütəxəssislərin, ziyalıların mütəmadi olaraq görüşləri, təlimləri, master-klassları təşkil olunur.
Belə görüşlərdən biri 6 mart 2017-сi il tarixində Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilib. Görüşdə yazıçı öz yaradıcılığı barədə danışıb, müasir cəmiyyətimizi qayğılandıran bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, uğur hekayəsini bölüşüb. Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.
Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Yazıçı Qərb Universitetinin tələbələrinə onun yaradıcılığına göstərdikləri marağa görə minnətdarlığını bildirib, tələbələrin intellektual səviyyəsini, müxtəlif dillərdə mütaliə etmələrini və ümumilikdə mütaliəyə verdikləri əhəmiyyəti alqışladığını qeyd edib.
Sonda Universitetin professor-müəllim, tələbə heyəti adından yazıçıya xatirə hədiyyəsi təqdim olunub. Tələbələr öz sevimli yazarları ilə fotolar çəkdiriblər.
moderator.az
Загрузка...
loading...
Həmçinin oxuyun:

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Qərb Universitetində Xocalı faciəsi anılıb

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

Qərb Universitetinin tələbəsi buzadırmanma üzrə açıq ölkə çempionatında uğur qazanıb

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

Qərb Universitetinin Kolleci qəbul elan edir