AzTehsil.com


Xəbərlər / Müəllim
28 iyul 2021
1 722


MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib



MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib

 

MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib.

Açıqlamada qeyd olunur ki, 60.000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40.000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları 5 iyul tarixindən etibarən həyata keçirilir.

Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5.040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib.

Təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib. Elmi-statistik təhlillər göstərib ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir.

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur.

Bəzi fənlər üzrə, məsələn riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb. Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir.

Bütün qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, imtahanlar ləğv olunmur, yalnız 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq "Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.



Загрузка...
Həmçinin oxuyun:
MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə

MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Namizədlərin apelyasiya müraciətləri sabah başa çatır

Namizədlərin apelyasiya müraciətləri sabah başa çatır

Maksimum bal toplayanlar

Maksimum bal toplayanlar

Bu fənlər üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir

Bu fənlər üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Direktorluğa işə qəbul üzrə imtahanlar keçirilir

Direktorluğa işə qəbul üzrə imtahanlar keçirilir

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsində 5 namizəd yüksək nəticə göstərib

Müəllimlərin işə qəbulu müsabiqəsində 5 namizəd yüksək nəticə göstərib

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!