Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib
Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib.
Kitablar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib.
Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər.
Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
Bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirən direktor bildirib ki, hədiyyə olunan kitablar qısa müddətdə MEK-in elektron kataloquna yerləşdiriləcək.
Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.
Sonda qonaqlar Mərkəzi Elmi Kitabxananın fondlarını, oxu zallarını gəzib, kitabxananın iş fəaliyyəti ilə yaxından tanış olub və xatirə fotoları çəkdiriblər.
Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib
MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub
MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib
ADU-da Frankofoniya Mərkəzi açıldı
Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi
MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib
Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.
Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb
Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib
Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi
Müdrikliyə gedən yol- Kitabxanadan keçir...
Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək
Meksika səfiri Lənkəran Dövlət Universitetində olub
AMEA-da yeni TƏYİNATLAR
Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib
ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək
İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək
ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib
MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib