AzTehsil.com

Xəbərlər
19 avqust 2020
1 369

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında 2020/2021-ci tədris ilindən bakalavr pilləsi üzrə ikili diplom proqramının icrasına başlanılması ilə əlaqədar hazırlıq işləri müzakirə olunub.

Bu məqsədlə BMU-da təşkil olunan toplantıda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, həmin şöbənin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov iştirak ediblər. 

BMU-nun rektoru, professor Havar Məmmədov "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində tətbiq olunacaq ikili diplom proqramı ilə bağlı həyata keçirilən işləri nəzərə çatdırıb. Bildirilib ki, proqram ilə əlaqədar bütün zəruri hazırlıq işləri görülüb, eyni zamanda bu proqrama müraciət etmək istəyən abituriyentlər üçün elektron anket forması (https://forms.gle/QNJeGEU6GcSoMzk88),  elektron poçt ([email protected]) hazırlanaraq istifadəyə verilib.

Toplantıda ikili diplom proqramının vaxtında icrasına başlanması və tədrisin təşkili, müəllimlərin cəlb olunması, tədris planlarına baxış, məlumatın ictimaiyyətə müxtəlif kanallar vasitəsilə çatdırılması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. 

BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa müvafiq olaraq ikili diplom proqramı çərçivəsində 4 ixtisas: İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi üzrə mütəxəssis hazırlığı 3+1 təhsil modeli əsasında həyata keçiriləcək. Belə ki, proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda I ixtisas qrupu üzrə 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilər. Bundan əlavə BMU ilə İnha Universitetinin birgə təşkil edəcəyi onlayn müsabiqədən (ingilis dili, riyaziyyat və fizika) uğurla keçən abituriyentlər yuxarıda qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.

Abituriyentlər DİM-in təşkil etdiyi imtahanı verib ballarını öyrəndikdən sonra universitetin təşkil etdiyi elektron anketin (https://forms.gle/QNJeGEU6GcSoMzk88) suallarını cavablandırmalı, həmçinin tələb olunan sənədləri göndərməlidirlər. Bununla da onlar müsabiqədə iştirak etmək şansı qazanacaqlar. Müsabiqədən uğurla keçmiş abituriyentlər isə ixtisas kodlaşdırmasına qatıla biləcəklər. 

Proqram haqqında daha ətraflı məlumatı http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkindən əldə etmək olar. 

Загрузка...
Həmçinin oxuyun:
Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Təhsil Nazirliyi dünyanın məşhur universitetlərinin biri ilə ikili diplom proqramı imzalayacaq

Təhsil Nazirliyi dünyanın məşhur universitetlərinin biri ilə ikili diplom proqramı imzalayacaq

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

İngiltərənin Derbi Universiteti ilə əməkdaşlıq imkanlarının müzakirəsi

İngiltərənin Derbi Universiteti ilə əməkdaşlıq imkanlarının müzakirəsi

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans

İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı