AzTehsil.com


Xəbərlər
04 dekabr 2019
1 733


Təhsil Nazirliyində mətbuat konfransı



Təhsil Nazirliyində mətbuat konfransı

 

Dekabrın 4-də Təhsil Nazirliyində PİSA (Programme for İnternational Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında PİSA Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, PİSA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir.

          Bildirilib ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.

Daha sonra "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi əsas hədəflərdəndir. Sözügedən Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır. Beynəlxalq ikili diplom proqramlarının ölkəmizin inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi nəzərdə tutulur.

Mətbuat konfransında həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb, proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib.

Sonda media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb. edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib