AzTehsil.com


Xəbərlər / Müəllim
14 noyabr 2019
1 441


YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb



YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

 

"Bu gün ali təhsilin beynəlmiləlləşməsi qloballaşmanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və ali təhsil müəssisələri üçün daha geniş imkanlar yaradır".

Bu sözləri YUNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında nazir Ceyhun Bayramov söyləyib.

"Qürur hissi ilə bildirirəm ki, Azərbaycan dövlət başçısının təsdiqlədiyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir”, - deyə nazir diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Bu sahədə əsas uğurlardan biri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsidir.

Nazir Azərbaycan təhsil sisteminin qlobal mühitə inteqrasiyasından da söz açıb, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb.

O, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib və ölkəmizdə 10 universitetdə ikili diplom proqramının tətbiq edildiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Strasburq Universitetinin rəhbərlik etdiyi konsorsium ilə əməkdaşlıq nəticəsində yaradılmış Azərbaycan-Fransız Universitetinin (UFAZ) bu istiqamətdə uğurlu nümunə olduğunu vurğulayıb və ikili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyini qeyd edib.

Nazir həmçinin Azərbaycan universitetlərinin Erasmus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600-dən çox azərbaycanlı tələbənin müxtəlif Avropa universitetlərində mübadilə keçdiyini qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar” ("Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.

 

AZƏRTAC



Загрузка...
Həmçinin oxuyun:
Ölkənin təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

Ölkənin təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

Təhsildəki problemləri araşdırmaq üçün bu sistemlərin rolu əvəzsizdir - Ceyhun Bayramov

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Təhsil naziri Çində səfərdədir

Təhsil naziri Çində səfərdədir

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

“Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.