AzTehsil.com

Xəbərlər
26 oktyabr 2019
1 448

Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub

"İnnovasiyalar həftəsi - 2019” çərçivəsində uşaqların internetdə təhlükəsizliyi mövzusunda mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin "Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.

Konfransda çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Səbinə Hacızadə ölkəmizdə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verib, şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən təhlükəsiz və faydalı internet imkanları barədə danışıb. 

Qeyd edilib ki, ATŞ təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürüb. ATŞ çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, nəticədə şagirdlər təhsil müəssisəsində onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunurlar.

Mətbuat konfransında media nümayəndələrini mövzu ilə bağlı maraqlandıran digər suallar da cavablandırılıb.

Qeyd edək ki, "İnnovasiyalar həftəsi - 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.

Загрузка...
Həmçinin oxuyun:
“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Texniki yardım qrant layihəsi ilə bağlı iclas

“Elektron hökumət” portalında daha 3 yeni xidmət

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bakıda III Robot Olimpiadasına start verilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Təhsil Nazirliyinə idarə rəisi təyin ediblər

“Ailəliklə kitabxanaya” layihəsi Binəqədidə...

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim