AzTehsil.com


Xəbərlər / Müəllim
04 dekabr 2017
2 732


ADPU-da səriştəli müəllim seçimi haqqında düşüncələrimiz və qənaətlərimiz...



Müəllimlik peşəsi verən təhsil müəssisələrində pedaqoji strategiyaya görə, elmi mülahizələr, seminar və praktikumlar elə qurulmalıdır ki, tədris prosesi saat mexanizmi kimi zamanın nəbzini tutsun, ürək döyüntülərini əks etdirmiş olsun.


Dərsi saat mexanizminin işlək prinsipi ilə quran məhz səriştəli müəllimdir. Müasir təhsil metodologiyası ilə silahlanmış müəllim qarşılıqlı fəallığa əsaslanan dərslər qurmaq üçün optimal nəticələr aparan sövqedici vasitələr tətbiq etməkdə, dərsi elmi araşdırmalar meydanına çevirib kəşflərə, ixtiralara izlər açmaqda mahirdir. Belə müəllim dərsi saatsaz kimi öz ritmində sazlayır, rejissor kimi qurub sahmana salır, memar-nəqqaş kimi pardaxlayır və ya cilalayır – desək, səhv etmərik. Belə müəllimlər dövrün, zamanın sürətlə artan istəklərini dərsdə optimal tətbiq edə bildiklərinə görə də parlayırlarsa, deməli, onların yeri öyrənənləri öyrətmək mövqeyində müəyyənləşdirilməlidir.


Orta ümumtəhsildə bütün fənlər hələlik I-X siniflər üzrə kurikulum sistemi ilə tədris olunur. Bu sistemdə qurulan dərslərin pedaqoji-psixoloji əsasları, o cümlədən didaktik-tərbiyəvi məqsədləri, habelə forma və məzmun dialektikası ali pedaqoji təhsildə tələbələrə (gələcək müəllimlərə) aşılanır.


Azərbaycanın təhsil nəzəriyyəçiləri, o cümlədən didakt və psixoloqları- M.Mehdizadə, Z.Qaralov, M.Kazımov, Ə.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə və başqaları dərsi müəllim fəaliyyətinin bədənnüma güzgüsü adlandırmışlar. Bu fikrə və ya düzgün söylənmiş mülahizədə, yaxud da dəqiq verilmiş qiymətdə həm də bir səmimiyyət vardır. Həmin səmimiyyət dolu fikrə, mülahizəyə qüvvət olaraq deyə bilərik ki, istər orta ümumtəhsildə, istərsə fasiləsiz və yaxud da davamlı təhsildə olsun, dərs müəllim fəaliyyətinin adi güzgüsü deyil, «İsgəndərin döyüş güzgüsü»dür; belə güzgülər çox-çox uzaqları – gələcəyi əks etdirmək gücünə malik olur. Belə güzgüdə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi kimi, təlimin məqsədi belə əks olunur:

 

"Təhsil millətin gələcəyidir”, "Müasir təhsil sistemimiz Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır”, "Təhsil xalqımızın mədəni səviyyəsinin qarantıdır”, "Mədəniyyəti yüksək olan xalq həmişə inkişaf edəcək, həmişə irəli gedəcək”. Bu güzgüdə elm biliklərin şagirdlərə onların birgə səyi və əməkdaşlığı sayəsində qazanıldığı aydın əks olunur.


Dərsə rəhbərlik, dərsi idarəedicilik cəmiyyətə rəhbərliyin, cəmiyyəti idarəediciliyin rəmzi də olsa, modeli kimidir. Belə ki, təlim prosesi qrup liderlərinin fəallığı və fəallaşdırıcı funksiyaları ilə idarə olunur. Lİderlər gəmi kapitanı kimi kurs götürür, kompasla hərəkət edirlər, şagirdlərin diqqətini əsas məsələyə cəlb etməklə onları axtarış-yarış meydanlarına çıxarırlar. Dərs sınaq poliqonuna çevrilmiş olur. Nikbinlik əhvali-ruhiyyəsində qurulan təlim fəaliyyətini bəzəyən qarşılıqlı qiyməttləndirmədir. Liderlər gələcək parlamentarilərdir.


Son 10 ildə açıq dərslər müəllim əməyinin qiymətləndirilməsində yarışları olan "İlin ən yaxşı müəllimi” müsabiqəsində meyarlardan biri kimi götürülmüşdür. 2016-2017-ci tədris ilində isə ADPU-da ayrı-ayrı fənlər üzrə ştatlara müəllim seçimində bu qaydalardan başlıca kriteriya kimi istifadə olundu. Müsabiqə elan edildi, alternativ qaydalara uyğun iştirakçılar müəyyənləşdirildi. Tədris-Metodiki Şurada hazırlıq tədbirləri başlandı. Müsabiqə şərtləri hazırlandı. Qiymətləndirmə üçün 80 dəqiqəlik açıq dərsin yeganə meyar olduğu əsas götürüldü. Açıq dərsə verilən müasir tələblər yarış iştirakçılarına paylanıldı. Dərsin videolentə alınacağı elan olundu və s.


Beləliklə, bizim qəti qənaətimizə görə, ADPU-da rektor Cəfər Cəfərovun rəhbərliyi ilə çox əhəmiyyətli bir pedaqoji yarışa geniş start verildi. Bu hünər meydanına yaşından, təcrübəsindən asılı olmayaraq, hər kəs- fəlsəfə doktorları, elmlər doktorları, professorlar, dosentlərlə yanaşı, doktorantlar, magistrantlar, eyni zamanda orta məktəb müəllimləri atıla bildilər. Çox nüfuzlu bir komissiya onların keçdiyi açıq dərsləri müəllimin səlahiyyətinə heç bir müdaxilə olmadan dinləməklə, habelə çəkilmiş lent yazılarına baxmaqla obyektiv qiymətləndirə bildilər.


Müsabiqədən uğurla keçənlər daha çox oldu. 80 dəqiqə ərzində əyanilikdən optimal istifadə edib nikbinlik pedaqogikası ilə dərs keçib mənimsətmə əmsalı yüksək olması ilə diqqəti çəkən müəllimlər obyektiv qiymətləndirildilər. Qaliblər uğurlarına görə mənəvi və maddi səviyyələrdə mükafatlandırıldılar. Nəticədə ADPU-da yeni bir av-hava yarandı. Açığını deyək ki, bu, rektor, professor Cəfər Cəfərovun gərgin əməyi ilə reallaşdı. Güman edirik ki, bu qaydanın ADPU-da tətbiqinin davam etdirilməsi, müəllimlərin müasir dərslər qurmaq səriştəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək, müəllimlərimizin pedaqoji fəallığının gücləndirilməsi və metodik arsenalının genişləndirilməsinə, mükəmməl təhsil uğrunda geniş fəaliyyətə qoşulmalarına güclü təsir göstərəcəkdir.

 

ADPU rəhbərliyi belə hesab edir ki, müəllim seçkisi ilə bağlı müsabiqə məhz bu cür davam etdirilməlidir. Çünki köhnə qayda ilə öz üzərində işlədi-işləmədi, bərabərlik əsasında qiymətləndirmə ədalətli prinsip deyildi. Mən 30 illik pedaqoji təcrübəmdə məhz dərsinə, metodik səriştəsinə görə müəllim seçimi və dəyərləndirilməsini əvvəllər yalnız xəyal edə bilərdim. Çox düşünürdüm ki, bu qayda haradan yarandı və əxz olundu? Sən demə, belə bir müsabiqə, pedaqoji ənənə müasir şəraitdə aktuallaşmış varislik imiş. 1904-cü ildə Əli bəy Hüseynzadə Bakıda «Səadət» məktəbində müdir olarkən müəllimləri müsabiqə–dərs yolu ilə seçmiş və həmin müsabiqədə Üzeyir Hacıbəyli də qalib gəlmişdir.


Sanki tarix təkrar olunur, həmin ənənə davam edir. Beləliklə, biz belə bir üsulla müəllim seçiminin Azərbaycanın görkəmli alimlərini, eyni zamanda müqtədir müəllimlərini yetirmiş ADPU-da tətbiqini yalnız təqdir edə, alqışlaya bilərik. Eyni zamanda halallıq, saflıq işığında fəaliyyət göstərən universitetimizə böyük təhsil uğurları arzulayırıq!


Vaqif Qurbanov, ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru




Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

“Hər şeyi qaytarmaq olur, zamanı isə əsla”-ADPU-da seminar

“Hər şeyi qaytarmaq olur, zamanı isə əsla”-ADPU-da seminar

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib