AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
15 noyabr 2017
4 292


Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS



Dahi Azərbaycan şairi Seyid Əzim Şirvani belə deyib. Bəli, təhsil bizim gələcəyimizdir, ölkəmizi dünyaya tanıtmaq üçün bilik, savaddır. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. 


Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.


Əsas odur ki, hər bir müəllim auditoriyaya, sinif otağına daxil olarkən üzərinə düşən məsuliyyətin önəmini hiss etsin. Müəllim bilməlidir ki, onun dərs dediyi şagirdlərin hər biri bu millətin gələciyi, sabahıdır. Azərbaycan gəncliyinin düzgün, intellektli, savadlı yetişməsində müəllimin rolu müstəsnadır.


"Açıq dərs"in sorağı ilə üz tutduq Xətai rayonunda yerləşən 204 saylı orta məktəbə. Məktəbin dil ədəbiyyat müəlliməsi Süsən Həsənova 6 "B" sinfində verdiyi Açıq dərs mətbuatın da üzünə açıq oldu.

 

Azərbaycan dili dərsi Azərbaycanın Dövlət himni ilə açıldı. Himn bitdikdən sonra müəllimə şagirdlərin davamiyyəti ilə maraqlandı. Daha sonra sinif otağında qurulan kompyüter və monitorların vasitəsilə uşaqlar interaktiv şəkildə köhnə mövzu barədə sualları cavablandırdılar. Sualları daha tez tapan komanda bayraq qaldırırdı. Düzgün cavab verilmədikdə isə cavab hüququ digər komandaya ötürülürdü. 


"Məşəl" "Zirvə", "Səma", "Şəfəq" komandarı arasında ciddi rəqabət isə dərs prosesinin daha dinamik keçməsinə şərait yaradırdı. Süsən müəllimə isə təkcə komandanın cavabı ilə yetərlənmirdi, eyni zamanda cavab verən komandalardan fikirlərini əsaslandırmağı tələb edirdi. Lövhədə isə hər dəfə suallara cavablardan sonra qiymətləndirmə aparılırdı. Uşaqlar eyni zamanda komyuter vasitəsilə hazırlanan krosvordları da cavablandırdılar. Bu da onların əqlinin daha çox işləməsinə, daha praktik və hazırcavab olmasına təsir etmiş olurdu. Süsən müəllimənin dərs prosesində uşaqlarla səmimi ünsiyyəti, onların bir- biri ilə fikir mübadiləsi aparmasına şərait yaratması isə bizi daha çox məmnun etdi. Çünki müəllimə dərs prosesində debata, diskussiyaya şərait yaradırsa, bu, şagirdlərin özlərini daha dolğun ifadə edə bilməsinə kömək etmiş olur. Bundan əlavə açıq dərsdə testlərdən istifadə olundu. 


Komandaya ayrı-ayrı test tapşırıqları verilmişdi. Hər dərs zamanı qiymətləndirmə prosesi də interaktiv şəkildə aparıldığından hansı komandanın daha güclü olduğunu görmək mümkün idi.


Sonda müəllimə yeni dərs barədə uşaqlara məlumatlandıraraq ev tapşırığı verdi. Ən əsası və vacib olan bir məqam da diqqətimizdən qaçmadı. Süsən müəllimə 45 dəqiqə ərzində həm uşaqlarla kifayət qədər işləmiş oldu, həm test tapşırıqları etdi, həm də digər çalışmalara baxıldı. Yəni müəllimənin peşəkarlığı, dərsə hazırlığı həm də onunla ölçülür ki, o şagirdlərlə 45 dəqiqəlik zaman çərçivəsində proqramı tam çatdıra bilsin. Bunu isə çox təəssüf hər müəllimə bacarmır. 


Həm uşaqlarla debat aparmaq, həm test tapşırıqları etmək, kitabda verilən çalışmanı hazırlamaq və digər məqamları çatdırmaq isə hər bir pedoqoqdan böyük təcrübə, peşəkarlıq və intellekt tələb edir. 


Açıq dərsdən sonra isə müəllimlərin müzakirəsi başladı. Açıq dərs qiymətləndirildi. Açıq dərsin müəllifi olan Süsən Həsənovanın pedoqoji tərəfləri müzakirə edildi.


Onun pedoqoq kimi istifadə etdiyi üslubdan danışıldı. Dərs prosesi barədə müsbət fikirlər səsləndi. Eyni zamanda, bəzi məsləhətlər verildi. 


6 "B" sinfində keçirilən açıq dərsdə, məktəbin direktoru Ziba Rzayeva, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, Əntiqə Qasımova, Kübra Əliyeva və digərləri oturmuşdu. Açıq dərsdən sonra direktorun da iştirakı ilə açıq dərs müzakirə edildi. Məktəb direktoru da dərs prosesindən razı olduğunu dilə gətirdi. Açıq dərsi izləyən digər müəllimlər də dərs prosesinin dinamik, çoxşaxəli keçməsindən razılıq etdilər. 

Təbii ki, məktəbin direktorunun bəzi tövsiyələri də oldu və məktəbdə açıq dərslərin verilməsi istiqamətində bundan sonra da ciddi işlərin görüləcəyi bildirildi. 


Süsən həsənovanın təqdim etdiyi açıq dərs isə bizi tam qane etdi. Çünki sinif otağından yorulmadan ayrıldıq. 


Yeri gəlmişkən, Xətai rayonunda yerləşən 204 saylı orta məktəbdə keçirilən açıq dərslərin ənənəvi hal almasında məktəbin direktoru Ziba Rzayevanın da rolunu xüsusi şəkildə qeyd etmək lazımdır. Hər ay müxtəlif fənlər üzrə açıq dərslərin keçirilməsi, onlara şəriat yaradılması məhz direktorun diqqət və qayğısı nəticəsində reallaşır. Gəlin razılaşaq ki, məktəb direktoru həm şagirdlərə, həm də müəllim kollektivinə qarşı tələbkar olanda, onlardan müasir üslublu, yüksək dərs prosesi tələb edəndə orada rəqabət başlanır. Rəqabət olan yerdə isə keyfiyyətin yüksəkliyinə zəmin yaranır.




Загрузка...
Həmçinin oxuyun:
Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

“Novruz adət-ənənələri” mövzusunda açıq dərs keçirilib.

“Novruz adət-ənənələri” mövzusunda açıq dərs keçirilib.

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib

“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Ağstafa rayonunda  kənd məktəblərində  açıq dərslər təşkil olunur

Ağstafa rayonunda kənd məktəblərində açıq dərslər təşkil olunur

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı