AzTehsil.com


Xəbərlər
06 aprel 2017
4 782


ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb



ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

 

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin müəllim və tələbələrinin 187 nömrəli tam orta məktəbin kollektivi ilə görüşü baş tutub.

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin professor-müəllim və tələbə heyəti Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir. Görüşün məqsədi universitet-məktəb əlaqələrinin genişləndirilməsi, eyni zamanda köklü ənənləri ilə fərqlənən, yüksək milli-mənəvi dəyərləri özündə ehtiva edən, çoxminlik tələbə kollektivi ilə respublikanın ən böyük ali təhsil müəssisələrindən biri olan ADPU-nun fəaliyyəti, o cümlədən fakültədə olan "Məktəbəqədər təlim və tərbiyə”, "Təhsildə sosial-psixoloji xidmət”, "Korreksiyaedici təlim” ixtisaslarının özəllikləri ilə yuxarı sinif şagirdlərini tanış etmək, abituriyent olacaq on birinci sinif şagirdlərinin bu universiteti seçmələri üçün onların diqqətinin cəlb edilməsi idi. 
 

 

Görüşdə fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, dosent Şərafət Baxışova, dosent Qəribə Rəhimova, dosent Simnarə Heydərova, dosent Sədaqət Əliyeva, müəllimlər: Gülər Məmmədova, Könül Məmmədova, Vüsalə Əliyeva, tələbələr: Emin Aydayev, Bayram Bayramlı, Aytac İskəndərova, Rəhiməxanım Həsənli, Nigar Zərbizadə, Ləman Rəhimli iştirak ediblər. 
 

 

187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova, məktəbin müəllimləri və şagirdləri bizi böyük hörmətlə qarşıladılar. Görüş məktəbin akt zalında keçirildi. Əvvəlcə məktəbin direktoru Nailə Məmmədova qonaqları salamladı.
 

 

Fakültənin dekanı Şəhla Əliyeva çıxış edərək müəllim və şagird kollektivini salamladı, görüşün məqsədini izah etdi. 187 nömrəli tam orta məktəbin məzunu olmuş, uzun illərdir ki, ADPU-da çalışan dosent Sədaqət Əliyeva universitetin tarixi və bu günü haqqında tədbir iştirakçılarına məlumat verdi. Hər üç ixtisasdan olan tələbələr peşələrinin özəllik və dəyərlərinin özündə əks etdirən slaydlar vasitəsilə ixtisaslarını təqdim etdilər. Fakültə və universitet TGT-i haqqında maraqlı məlumat verildi. 
Məktəb şagirdləri Azərbaycan şairlərinin əsərlərindən nümunələr təqdim etdilər.
 

 

Tədbir Aprel hadisələrinin ildönümünə təsadüf etdiyi üçün Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "Korreksiyaedici təlim” ixtisası tələbələrinin hazırladıqları şəhidlərə həsr olunmuş surdoklip nümayiş olundu.
 
Görüş professor Ramiz Əliyevın çıxışı ilə davam etdi. Şagirdlərin sualları cavablandırıldı. Sonda yenə də "Korreksiyaedici təlim” ixtisası tələbələrinin hazırladıqları "Qurban olum Azərbaycan” surdoklipinin şən notları ilə tədbir başa çatdı. 
 
Məktəbin direktoru bu görüşdən məmnun qaldıqlarını bildirdi. Fakültə kollektivi də böyük ruh yüksəkliyi və gözəl təəssüratlarla məktəbdən ayrıldı.



Загрузка...