AzTehsil.com


Xəbərlər / Müəllim
23 noyabr 2017
6 966


ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...



Hörmətli media nümayəndələri!


Son vaxtlar bəzi internet media resurslarında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) haqqında həqiqətdən uzaq yazılar dərc olunur.

 

Qeyd etmək lazımdır ki, həmin böhtan və iftira dolu yazılarda ADPU-nun sabiq müəllimləri Pərvin Cəfərovanın, Vəlimedova Olqa Viktorovnanın və baş laborant Arzu Əliyevanın şikayətçi kimi adları keçir.

 

ADPU tərəfindən mediaya Pərvin Cəfərova və Vəlimedova Olqa Viktorovna barədə bir müddət öncə işlədikləri Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təqdim etdikləri real məlumatlar əsasında hüquqi cəhətdən mükəmməl əsaslandırılmış, hərtərəfli və dolğun cavablar verilib.

 

Noyabrın 22-də isə Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında həmin kafedranın keçmiş baş laborantı Arzu Əliyeva ilə bağlı keçirilmiş iclas da həqiqətin ortaya çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ictimai müzakirə formasında keçirilmiş həmin iclasda tanınmış və təcrübəli metodist-alim, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor Azadxan Adıgözəlov çıxış edərək bildirib ki, o, 2003-cü ildə kafedra müdiri seçilib. Kafedra müdiri seçilməmişdən öncə Arzu Əliyeva Funksiyalar nəzəriyyəsi kafedrasından Riyaziyyat və onun tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə gətirilib.

 

Professor A.Adıgözəlov qeyd edib ki, o kafedra müdiri vəzifəsində işlədiyi dövrdə Sevda Bayramova və Məlahət Məmmədova da kafedrada laborant işləyiblər. Arzu Əliyeva müntəzəm olaraq Məlahət Məmmədova ilə dava-dalaş edib, kafedradakı sağlam ab-havanı və normal iş mühitini pozub. Onların arasında baş verən mübahisə nəticəsində Məlahət Məmmədovanın qan təzyiqi qalxıb və xəstələnərək bülletenə çıxıb. Hətta bir dəfə Məlahət Məmmədovanın iki qızı ADPU-ya gələrək Arzu Əliyeva ilə savaşıblar. Bu hadisə Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfovun iş otağında baş verib. Həmin vaxt kafedrada laborantların belə ictimai davranış qaydalarına və qanunazidd hərəkətlərə yol vermələri haqqında rektorluğa məlumat verilib. Bu vəziyyətə dözməyən Məlahət Məmmədova üçün təcili tibbi yardım çağrılıb. Uzun müddət xəstə yatan Məlahət Məmmədova işdən çıxmağa məcbur olub. Arzu Əliyeva əmək intizamına əməl etməyib. ADPU-da Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də tədris-yardımçı heyətin şəffaf və obyektiv keçirilən attestasiyası zamanı attestasiyadan keçməyən Arzu Əliyeva kafedradan uzaqlaşdırıldıqdan sonra kafedrada normal iş şəraiti bərpa edilib.

 

Məsuliyyətlə bildiririk ki, attestasiya zamanı Arzu Əliyevaya qarşı heç bir qanunsuzluğa və ədalətsizliyə yol verilməyib. Sadəcə, bilik və peşəkarlıq səviyyəsi qənaətbəxş olmadığı üçün attestasiyadan keçməyib. Bu, inkarolunmaz fakt, təkzibedilməz həqiqətdir. Məhz bu səbəbdən də onun əmək müqaviləsinə xitam verilib. Hazırda kafedrada sağlam və işgüzar mühit var. Buna görə də biz onun işdən kənarlaşdırılmasını qanuni və ədalətli hesab edirik.


Elmi hissənin əməkdaşı İlhamə Gözəlova iclasda bildirib ki, iş prosesində Arzu Əliyevaya zəng edərək kafedranın fəaliyyəti ilə bağlı lazımi sənədi gəlib elmi hissədən aparmasını xahiş edib. Lakin Arzu Əliyeva onu təhqir edib. Bu şəxs pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsində işləməyə layiq deyil.


İclasda digər çıxış edənlər də Arzu Əliyevanı mənfi planda səciyyələndirərək onun mətbuatda dərc edilən iftira və böhtan dolu yazılarına kəskin etiraz ediblər.


İclasda qeyd edilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Pedaqoji kadr hazırlığını həyata keçirən, zəngin elm və təhsil ənənələrinə malik olan ADPU-da hazırda 17 mindən çox tələbə təhsil alır. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün islahatlar, yeniliklər həyata keçirilir. Belə böhtan və iftira dolu yazıların müəllifləri isə uğurla həyata keçirilən bu islahatlara kölgə salmaq istəyirlər.

 

Bu yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Bu isə universitetin bütün kollektivində, o cümlədən Riyaziyyat və informatika fakültəsinin kollektivində də böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir.

 

Eyni zamanda, hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən qanunvericiliyə uyğun olaraq məsələni tam və hərtərəfli araşdırmağı, dəqiq və obyektiv olmağı xahiş edirik. 

 

Hörmətlə:

1. Azadxan Adıgözəlov, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor 

2. Maqsud Nəcəfov, Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent

3. Allahverdi Cəfərov, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent

4. Naida Acalova, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent

5. Bəhram Əliyev, Riyazi analiz kafedrasının müdiri, dosent 

6. Azad Bayramov, Riyazi analiz kafedrasının dosenti

7. Rövşən Hümbətəliyev, Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, dosent 

8. Zemfira Tağıyeva, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti

9. Hidayət Tağıyev,  Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti

10. Zahirəli Sadıxov, Cəbr və həndəsə kafedrasının müdiri, dosent

11.  Hökümə Əkbərova, Cəbr və həndəsə kafedrasının dosenti və başqaları


Mənsur İbrahimov, 

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri




Загрузка...
Həmçinin oxuyun:
ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

İntihar edən qadın ADPU-nun baş müəllimi imiş

İntihar edən qadın ADPU-nun baş müəllimi imiş

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib