AzTehsil.com


Xəbərlər / Pedaqoji nəşrlər / Müəllim
20 noyabr 2017
5 363


Pedaqoji idarəetmənin predmeti



Pedaqoji idarəetmənin qarşısında duran ən mühüm vəzifələrdən biri də idarəetmənin nəzəri və metodoloji problemlərini işləyib hazırlamaq və həyata keçirməkdir. Nəzəri idarəetmənin müasirliyi iki nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanılır: 


- idarəetmənin mütərəqqi forma və metodlarının tətbiq edilməsinə nail olmaq; 

- məktəbin dünya təhsil sisteminə inteqrasiya əlaqələrin genişləndirilməsində idarəedənlərin (menecerlərin) təcrübəsinin dərindən mənimsəmək.


Yuxarıda sadalanan fikirlərə diqqətlə yanaşsaq, aydın olur ki, bəzən "menecment” və "idarəetmə” anlayışları bir-birini tamamlamayan sinonim kimi də götürənlər var. Lakin araşdırmalar qətiyyətlə sübut edir ki, «idarəetmə» bütün sahələrə tətbiq oluna bilən, müstəqil predmeti, obyeti və subyekti məlum olan, nəzəriyyəyə, prinsiplərə, funksiyalara malik, innovasiyaları qəbul etmək mexanizminə qadir bir elm kimi çıxış edir.

 

Beləliklə, daha aydin desək, birmənalı olaraq:


- idarəetmə elmdir;

- menecment müvafiq sahələrin idarə olunması prosesidir;

- menecer isə idarəetmə prosesinin təşkilatçısı olan mütəxəssisdir.

   

Pedaqoji idarəetmə ümumi idarəetmə elminin bir istiqamətidir. Pedaqoji idarəetmənin predmetini, ümumi idarəetmə elmində olduğu kimi, idarəetmə münasibətləri təşkil edir. Pedaqoji idarəetmənin əsas predmeti olaraq müasir dövrdə məktəblərin idarəçiliyinin ümumi parametrləri, mexanizminin strukturu, müxtəlif vəziyyətlərdə xüsusiyyətləri və məqsədlərinin əhəmiyyəti araşdırılmasıdır. Pedaqoji idarəetmənin obyekti kimi fəaliyyyətdə olan ümumtəhsil məktəbləri, liseylər, gimnaziyalar və özəl təhsil müəssisələrində mövcud idarəetmə mexanizmləridir.

 

Məktəb və təhsil pedaqoji idarəetmənin obyektidir. Pedaqoji idarəetmənin subyektləri dedikdə isə idarəedən və idarəolunan sistemlər başa düşülür. Pedaqoji idarəetmə, hər hansı bir obyekt olmadan icra edilə bilməz. Yəni obyekt varsa, idarəetmə də vardır. Pedaqoji idarəetmə məktəbin məqsədini müəyyənləşdirərək, bu məqsədə çatmaq üçün tənzimləmə, proqnozlaşdırma, planlaşdırma, təşkiletmə, motivləşdirmə və nəzarət proseslərini həyata keçirir.

 

Şükür Qəribov,İlhamə Əsədova




Загрузка...