AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
06 avqust 2025
962

Bakıya müəllim axını dayanacaq?- DEPUTAT



Bakıya müəllim axını dayanacaq?: Bölgələrdə təhsil balansını DƏYİŞİR

Ötən günlərdə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik tətbiq olunacağı açıqlanıb. Bildirilib ki, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.


Bəs bu yenilik regionlardakı müəllim çatışmazlığına necə təsir edəcək?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan deputat Ceyhun Məmmədov bunun əvvəllər ciddi problem yaratdığını vurğulayıb:


"Əvvəllər bu, ciddi problem yaradırdı. Bölgələrə səfərlərimiz zamanı da bunu aydın hiss edirdik. Məsələn, Zaqataladan olan müəllim gəlib Füzulidə, Beyləqanda və ya başqa bir bölgədə işləyirdi. Bu isə həmin müəllimlər üçün çətinlik yaradırdı. Əvvəla, xərcləri artırırdı çünki onlar ev kirayələməli olurdular, doğmalarından uzaqda qalırdılar. Bundan əlavə, bu vəziyyətin psixoloji tərəfi də var idi. Söhbət zamanı müəllimlər çətinlik çəkdiklərini və öz bölgələrində müəllim kimi fəaliyyət göstərmək istədiklərini bildirirlər".


Bu, çox uğurlu addımdır


"Mən hesab edirəm ki, bu, çox vacib və müsbət bir dəyişiklikdir. Yerləşdirmə zamanı müəllimlərin öz regionlarında və ya həmin bölgəyə yaxın ərazilərdə yerləşdirilməsi nəzərə alınır. Bu həm müəllimlər üçün önəmlidir, həm də region təhsili üçün müsbət nəticə verəcək.


Bəzən görürdük ki, hansısa rayonda vakansiya var, amma həmin bölgədən olan müəllim başqa rayonda işləyir. Halbuki, doğma rayonunda ona ehtiyac var. Bu da regionlarda təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi".


Müəllimlərin məsuliyyəti önəmlidir


"Digər tərəfdən isə, hamı çalışır ki, Bakıya yerləşsin. Ancaq bu, real deyil. Əgər hamı Bakıya gələrsə, bəs bölgələrdə təhsili kim təmin edəcək? Bu səbəbdən müəllimlər də bunu anlayışla qarşılamalıdır. Ən doğru yol odur ki, müəllimlər ya öz regionlarında, ya da yaxın ərazilərdə işləsinlər.


Bugünkü vəziyyətdə təhsildə ən böyük problemlərdən biri regionlarda müəllim çatışmazlığıdır. Düzdür, bu istiqamətdə müəyyən mexanizmlər var, amma hələ kifayət qədər deyil. Regionlarda müəllimlərin işləməsini stimullaşdırmaq üçün əlavə alətlər tapılmalıdır. Burada kirayə, yol və digər xərclər məsələləri var.


Stimullaşdırma üçün yeni alətlər lazımdır


"Düzdür, bu xərclərin bir hissəsi ödənilir, amma stimullaşdırıcı alətlər elə olmalıdır ki, müəllimlər üçün bölgədə işləmək daha cəlbedici görünsün. Müəllim fikirləşməlidir ki, bölgəyə gedib işləsə, həm əlavə qazancı olacaq, həm də şərait rahat olacaq. Bu istiqamətdə ciddi işləməliyik.


Bu baxımdan düşünürəm ki, bu dəyişiklik çox mühümdür. Bölgələri stimullaşdırmalıyıq, əks halda, bu tempdə və bu qaydada davam etsək, bölgələrdə müəllim tapa bilməyəcəyik. Bu məsələlər üzərində ciddi düşünmək lazımdır və müəllimlər də prosesdə maraqlı olmalıdırlar. Müəllim fədakarlıq, məsuliyyət və təhsilə sadiqlik deməkdir.  Bu baxımdan hər kəs bu məsələdə anlayışlı və məsuliyyətli davranmalıdır".



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Təhsilin görünməyən maliyyə yükü

Təhsilin görünməyən maliyyə yükü

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Hansı universitetlər Bakıdan köçürülə bilər? - ARAŞDIRMA

Hansı universitetlər Bakıdan köçürülə bilər? - ARAŞDIRMA

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Metodbirləşmələr

Metodbirləşmələr