Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
Bölmə adı Xəbərlər
Yayımlandı 18 Mart 2026, 14:47

Hər il olduğu kimi, bu il də bir sıra ali təhsil müəssisələrinin rəhbərləri əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə mükafat verilməsi barədə qərar qəbul edib.

Aztəhsil.az həmin universitetləri təqdim edir:

1. Naxçıvan Dövlət Universiteti bütün əməkdaşlara 500 AZN;
2. Mingəçevir Dövlət Universiteti bütün əməkdaşlara 500 AZN ;
3. Sumqayıt Dövlət Universiteti bütün əməkdaşlara 400 AZN, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 AZN;
4. İqtisad Universiteti bütün əməkdaşlara 450 AZN;
5. Lənkəran Dövlət Universiteti müəllimlərə 315 AZN, inzibati heyətə 190 AZN;
6. Bakı Mühəndislik Universiteti bütün əməkdaşlara 300 AZN;
7. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti bütün əməkdaşlara 200 AZN;
8. Azərbaycan Memarlıq və İnşaat Universitetinin bütün əməkdaşlarına isə əməkhaqqının 40%-i mislində mükafat veriləcək.