MÜTDA: 10 min namizəd eyni anda imtahan verə BİLƏR
“Eyni anda 10 min namizədin sertifikatlaşdırma imtahanı verməsi üçün şərait yaradılıb”.
AzTehsil.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 2021-ci ildə bu göstərici 1500 nəfər idi: “Ötən 3 ildə 250 min nəfərin imtahan verməsi üçün infrastruktur potensialı qurulub. Bu müddətdə 210 min nəfər imtahanlarda iştirak edib”.