AzTehsil.com

Xəbərlər / Müəllim
26 iyul 2019
1 662

Ən yüksək ad uğrunda

18881 namizəd növbəti mərhələyə keçdi

 İyulun 8-24 tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi yekunlaşıb. Müraciət edən 54687 namizəddən 48204 nəfəri imtahanda iştirak üçün dəvət olunsa da, imtahanlara 41288 namizəd qatılıb.

Nəticələri ilə öyünənlər

Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18881 nəfəri (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlardan 3 nəfər imtahanlarda maksimal nəticə göstərib. Bu imtahanlarda iştirakçılardan 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Müsabiqədə iştirak hüququ qazanan 4894 namizəd ali və orta ixtisas təhsili müəssisələrindən bu il məzun olanlardır.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, bu il imtahanlarda 21375 namizəd ilk dəfə, 19913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan verib. Təkrar iştirak edən namizədlərin əksəriyyəti ötənilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub.

Nəticələri ləğv olunanlar

Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv olunub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, buna səbəb onların imtahan qaydalarını pozması olub. "Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmaqdır. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub”, - deyə M.Camalzadə bildirib.

Səhv suala görə müəllimə cəza kəsilmir

Builki imtahanlarda qayda pozan, sadəcə müəllimlər olmayıb. M.Camalzadə deyib ki, imtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə ümumilikdə 5340  sualdan istifadə edilib. Müəllimlərin işə qəbulu imtahanlarında sualların yoxlanılması zamanı ekspertlər, ümumilikdə, Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən ediblər. Həmin suallar ümumi sualların 0.54 faizini təşkil edib: "Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balının hesablanmasında nəzərə alınacaq”.

İmtahan komissiyası bununla  işini bitmiş saymayacaq. Texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və qüsur izah olunacaq. M.Camalzadə qeyd edib ki, yekun nəticələr bu gündən hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən apelyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-na qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-na qədər şəxsi səhifəyə göndəriləcək: "Apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, habelə imtahanın təşkili ilə bağlı rəy və təklifləri bildirməkdir. Apelyasiya müraciətlərinə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq”.

İyulun 26-da namizədlərin şəxsi səhifəsinə hər bir suala verdikləri düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal nəzərə alınmaqla yekun nəticə göndəriləcək.

 7000 yer uğrunda...

 Test imtahanları başa çatdığından sırada vakansiya mərhələsidir. Avqustun 7-dən müsabiqənin vakansiya seçimi mərhələsi açıq elan ediləcək. Bu il həmin mərhələyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir. 7000 yer uğrunda mübarizəyə isə sadəcə builki imtahanlardan uğurla keçən 18881 namizəd yox, ötənilki imtahanlarda da keçərli nəticə göstərən, ancaq yerləşdirilməyən 2800 nəfər namizəd, o cümlədən 10 ildən artıq təhsil sistemində çalışıb, 3 ildən az müddətə işdən ayrılan 92 nəfər də qatıla biləcək. M.Camalzadə bildirib ki, hələlik həmin şəxslərdən neçə nəfərin növbəti mərhələyə qatılacağı dəqiqləşdirilməyib. Qeyd edək ki, ötən il əldə edilmiş nəticənin 2 il müddətində qüvvədə olduğu nəzərə alınaraq, həm ötən il, həm də bu il imtahanlarda iştirak edən namizədlər builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçməklə iştirak edə biləcəklər.

 Fərqli keçid balı

 Bu mərhələdən kimlərin uğurla çıxa biləcəyinə gəlincə, keçid balı təhsil müəssisəsinin yerləşdiyi əraziyə görə fərqləndirilir. Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənd məktəbləri ilə həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi şəhər, qəsəbə, rayon mərkəzi və mərkəzə yaxın kənd məktəbləri üçün fərqli keçid balı müəyyən edilib. Keçid balı namizədlərin yekun nəticələrinə əsasən nazirlik tərəfindən müəyyən edilir. Əvvəlki illərin təcrübəsi göstərir ki, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələr üzrə keçid balı 36 bal, həvəsləndirmə tədbirləri tətbiq edilməyən müəssisələr üzrə isə 48 bal təşkil edib. Builki keçid balı namizədlərin ümumi nəticələri təhlil edildikdən sonra məlum  olacaq.

Məktəbinizi düz seçin ki...
 
Təhsil Nazirliyi isə müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək  vakansiya seçimi edəcək namizədləri bu mərhələdə daha diqqətli olmağa çağırır. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki,  namizədlər işləmək istədikləri məktəbləri seçərkən diqqətli olmalıdırlar: "Namizədlər vakant yer seçimi ilə bağlı  qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar seçdikləri məktəblər haqqında məlumatlı olsunlar. Nəzərə alsınlar ki, tanımadıqları məktəbi seçib, qəbul olunduqdan sonra isə ondan imtina etmələri digər namizədlərin həmin yerə qəbul olunmaq şansını azaldır. Qəbul olunanların imtina etdikləri yerlərə başqa namizədlər müddətli müqavilə ilə işə götürülürlər”.

Həm köməkçi, həm də nəzarətçidirlə

Artıq başa çatan müəllimlərin işə qəbulu imtahanlarında prosesin başından bəri ən vacib məqamlarından biri də könüllülərin peşəkar fəaliyyətidir. Qeyd edək ki, bu prosesə bütövlükdə 110 nəfərə yaxın könüllü cəlb olunub. Könüllülərə fəal iştirakına görə Təhsil nazirinin müavini M.Vəliyeva da təşəkkür edib.

Qeyd edək ki, könüllülər bu prosesdə həm köməkçi, həm də nəzarətçidirlər. Namizədlərin binada istiqamətləndirilməsi, yerləşdirilməsi, imtahan prosesinə nəzarət və yaranan bütün sualların cavablandırılması ilə bağlı məsuliyyət əsasən "Bir” könüllülərinin üzərinə düşüb. Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının orta ixtisas təhsili müəssisələri üzrə koordinatoru  Möhtərəm Ağayeva "Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 4 seans, hər seansda  840 nəfərin, gün ərzində 3200 nəfərin imtahan verdiyi böyük prosesdə könüllülərin qarşısına maraqlı faktlar da çıxır. Maraqlı faktların arasında könüllüləri təəccübləndirənləri də az olmayıb: "Bir dəfə arxasında könüllünün oturduğunu bilməyən namizədlərdən biri masanın arxasından digər namizədə cavabların əks olunduğu kağızı ötürərkən aşkarlandı. Həmin könüllümüz kağızı namizəddən alıb dərhal havaya qaldıraraq kameraların qeydə almasını təmin etmişdi. Nəticədə namizədlərin ikisi də imtahan prosesindən uzaqlaşdırıldı. Artıq əvvəlki illərə nisbətən qayda pozanlar azalıb.  Çünki artıq hamı imtahanda güclü nəzarət olduğunu bilir”.

İmtahanlara ictimai nəzarət şəffaflığı artırır

Müəllimlərin imtahan prosesində, sadəcə könüllülər deyil, media, ictimaiyyətin ayrı-ayrı nümayəndələri də fəal iştirak edib. İmtahan prosesinə 4 dəfə mediatur təşkil edilib. Təhsil ekspertləri, millət vəkilləri, ali təhsil müəssisələrindən nümayəndələr, media rəhbərləri prosesi yaxından izləyib.

2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu imtahanları da qüsursuz, yüksək səviyyədə təşkili ilə yadda qaldı. İmtahan zallarına namizədlərin yerləşdirilməsi bu prosesdə həssas qrupdan olan namizədlərə xüsusi qayğı, imtahan binasının qarşısında təcili yardım və yanğınsöndürmə briqadalarının hazır gözləməsi namizədlərin sağlamlığına və rahatlığına yönələn tədbirlər olaraq hər kəs tərəfindən təqdirlə qarşılandı. Bu da bir daha təsdiq etdi ki, müəllimlərin işə qəbulu imtahanları hər il daha da təkmilləşir.

"Azərbaycan müəllimi” qəzeti

Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

“Bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”–Cəsarət Valehov

“Bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”–Cəsarət Valehov

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Qeydiyyatdan keçən bu qədər müəllim namizəd test imtahanında iştirak etməyib – MİQ nəticələri

Qeydiyyatdan keçən bu qədər müəllim namizəd test imtahanında iştirak etməyib – MİQ nəticələri

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

MİQ cavabları “Şəxsi kabinet”lərə bu tarixdə göndəriləcək

MİQ cavabları “Şəxsi kabinet”lərə bu tarixdə göndəriləcək