AzTehsil.com
RU


Xəbərlər / Ekspert
26 iyul 2023
966


İLHAM ƏHMƏDOV- Təhsil millətin gələcəyidirsə ...




   Təhsil millətin gələcəyidir (Heydər Əliyev).  Bu məhşur aforizmi təhsil məmurlarımız tez tez təkrar edirlər. Amma bu arzuladığımız gələcək şüarları  təkrarlamaqla yox,  düzgün təhsil siyasəti yürütməklə, onu düzgün reallaşdırmaqla  gələ bilər.  

Təhsilin hədəfləri dəyişməzdir: təlim, tərbiyə, inkişaf. Hər dövran özünə uyğun olaraq bu hədəfləri layihələndirir, dizayn edir, modernləşdirir, dövrə uyğun da texnologiyalar seçir. 

Bu proseslərin son nəticəsi ölkə təhsilinin beynəlxalq rəqabət qabiliyyətliyi ilə müəyyən edilir.  Bu həm də ölkənin beynəlxaq nüfuzu deməkdir.  

Bu müəyyən mənada  ölkənin təhsil sisteminin kompleks sertifikasiyasıdır. Amma 25 ildir təhsil sistemimiz bu sertifikasiyadan keçə bilmir. 

Beynəlxalq müqayisələr üçün müxtəlif  təhsil  reytinqlərdən istifadə edilir.  

Reytinqlər özlüyündə bir  alətdir, müqayisə alətidir. Ölkələrin təhsil sistemləri, universitetlərin inkişaf səviyyələri  bu əsasda  müqayisə edilir,  sonda yağı yağ, ayranı ayran yerinə gəlir. 

15 ildir istər ölkə təhsili bütünlükdə,  istərsə də universitetlərimiz  bu reytinqlərdə çox təəssüf ki, zəif görünürlər. 

Əgər belə reytinqlər olmasaydı,  bizim ATM orda çox vaxt  autsayder mövqedə olmasaydılar, bəlkə də nazirlik və  bəzi rektorlarımız  deyərdilər ki, bizim universitetlərimiz dünya səviyyəlidir.

Amma indi sakitcə reytinqlərə baxir və görürlər ki, universitetinin adı heç bir yerdə yoxdur, vəziyyətlə barışırlar. Nə edə bilərlər ki?   

Amma ölkədə  təhsilin  inkişafı üçün, reytinqlərdə fərqlənməyimiz üçün  ilk növbədə mükəmməl  təhsil siyasəti,  konsepsiya və strategiyalarımız olmalıdır.  Təbii ki, elmə əsaslanan ideyalar əsasında bu olmalıdır. 

Bəlkə də yeni yaranan agentliklər nə vaxtsa  belə strategiyalar yarada bildilər, kim bilir? 

Ümid edək. 

Amma strategiya yaratmaqla da iş bitmir. Mühüm olanı  strategiyaları  reallaşdırmaq üçün keyfiyyətli kadr təminatı və  səmərəli maliyyə siyasəti  yürütməkdir. Düzü təhsil sistemimizdə heç vaxt biz   bunu  müşahidə edə bilmədik,  bu illər  ərzində. 

Təəssüf ki, təhsil  sistemimizin bu sarıdan bəxti  heç  gətirmir.

Niyə ? Kim buna mane olur ?

Əgər yeni yaradılan agentliklər də belə  ənənəvi  xəstəliklərdən  xilas ola bilməyəcəklərsə,  onda təhsilimizin bir  daha  xilas  şansı  olmayacaqdır. Dünya təhsilindın geriliyimiz  günbəgün  artır.  

Görəsən dövlət və xalq qarşısında məsuliyyətin dərəcəsini təhsil məmurları  anlayırlarmı ?




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov