AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
12 iyul 2025
1 208

Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir



Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur.

AzTehsil.com “DogruXeber.az” saytına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı araşdırma yazısının ilk hissələrini dərc etmişdi. Məlumatların çoxluğu və narahatlıq doğuran məzmunu nəzərə alaraq, redaksiyamız məsələni mərhələli şəkildə ictimaiyyətə təqdim etmək qərarında olduğunu bəyan etmişdi.


Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!


Qusar təhsilində yeni biabırçılıqlar – direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır...


Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu


Budur, etibarlı mənbədən aldığımız növbəti faktları da oxucularımızın diqqətinə çatdırırıq.


Pandemiya dövründə qanunsuz “məktəb”


2020-2021-ci tədris ilində pandemiya səbəbilə Nazirlər Kabinetinin qərarına əsasən, 10-11-ci siniflərdə əyani dərslər qadağan edildiyi halda, Piral kənd məktəbinin direktoru Ağamət Ağamətov bu qadağaları açıq şəkildə pozmuşdur. Belə ki, kəndin mərkəzindəki Nəsrullayev Fərhada (anasına məxsus olduğu bildirilir) aid boş bir mağaza binası – hazırda çayxana kimi fəaliyyət göstərən bu məkan – tədris ocağına çevrilmişdir. Məktəbdən parta, yazı taxtası, stul və digər avadanlıqlar oraya daşınaraq müəllimlər burada dərs keçməyə “gönülsüz könüllü” kimi cəlb olunmuşdur.


Yəni, Piral məktəbinin rəhbərliyi pandemiyanı da öz xeyrinə “yaradıcı şəkildə” şərh etməyi bacarıb. Bu da bir istedad növüdür, amma hüquqa zidd istedad!


Bu, təkcə Elm və Təhsil Nazirliyinin deyil, birbaşa Nazirlər Kabinetinin pandemiya rejiminə dair verdiyi 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli qərarın açıq-aşkar pozulması deməkdir. Təhlükəsizliyə tüpürmək, qaydaları kağız parçası kimi görmək – daha nə lazımdır ki tədbir görülsün?


“DogruXeber.az” redaksiyasına təqdim olunan məlumatlarda məktəbdə şagirdlərdən və müəllimlərdən pul yığımı o qədər normallaşıb ki, artıq bəziləri bunu məktəbin “büdcə planlaması” sanır.Məsələn, 2020-2021-ci ildə 6-cı sinif şagirdi Natella Orucova "qapının zamoku" üçün pul yığmış, sonradan bu pul “gözəgörünməz qüvvələr tərəfindən” yox olmuş, məsuliyyət isə günahsız bir şagirdin – Gülmətova Maya Cavanşir qızının üzərinə atılmışdır. Uşaqdan yazılı izahat alınıb, qorxuya salınıb. Görünür bu məktəbdə pedoqoji yanaşma yox, protokol və ittiham ruhu ilə işlənir. Deyəsən, uşaqları dərsdən çox “təhqiqat üsulları”na alışdırırlar.


2 iyun 2021-ci ildə isə direktor müavini A.Kiçibəyov – yəni direktorun xalasının əri – müəllimlər otağında "qəzet pulu" adıyla hər müəllimdən 5 manat toplamışdır. Qanunsuzluğa etiraz edən müəllimlər (məsələn, Mikayılov Kamran) isə təzyiqlə üzləşmişdir. Elə həmin gün VI sinifdə şəkil və vinetka üçün hər uşaqdan 2 manatdan olmaqla 50 manat pul yığılmışdır.


2024-2025-ci dərs ilində “Son zəng” tədbiri üçün 11-ci sinif şagirdlərindən 30 manatdan pul yığılmışdır. Amma bu adi tədbir deyildi – musiqiçilər dəvət olunmuş, mərasim isə bərli-bəzəkli, sanki toy ab-havasında keçmişdir. Təhsil Nazirliyinin rəsmi qadağasına rəğmən bu şənlik keçirilib, sonra isə Qusar şəhərindəki restoranların birində “ikinci hissə” davam edib. Deyəsən, təhsil yox, əyləncə mərkəzi idarə olunur – direktor bəyin başçılığı ilə.


2025-ci ilin mayında kənd stadionunda təşkil edilən idman yarışları üçün də şagirdlərdən pul toplanıb – 10-cu sinifdə Natella Orucova 10 manatdan, 11-ci siniflərdə isə daha yüksək məbləğ yığılıb. Yəni, məktəb rəhbərliyi pul yığımı işini elə sistemli və ardıcıl aparır ki, bu tempə banklar da həsəd aparar. “Yığırsansa, dolu yığ!” – Piral məktəbinin devizi bu kimi görünür.Və ən acınacaqlısı – məktəb rəhbərliyi bu proseslərə nəzarət etməli olduğu halda, sadəcə izləyici mövqeyində dayanır. Sanki “kim nə qədər yığır” yarışına dəstək verirlər.


Nazirlər Kabinetinin 332 nömrəli qərarının 4.2.1 bəndinə görə, pandemiya dövründə yalnız 65 yaşdan aşağı olan təhsilverənlər dərsə cəlb edilə bilər. Lakin Piral məktəbi yenə də bu tələbi öz bildiyi kimi “şərh edib”: 68 yaşlı Hikmət Hüseynov – 3 ildir təhsildən uzaq olan, əvvəlki iş yeri Qusar şəhər 3 saylı məktəb olan – 2020-2021-ci dərs ilində dərsə cəlb olunub. Görünür, məktəb rəhbərliyi düşünür ki, “yaşlı adam yaxşı adamdır” və ya “təcrübə hər şeydir, qanunlar isə detal”. Təhlükəsizlik? Sağlamlıq? Qanunlar? – keçin bunları!


Elm və Təhsil naziri Emin Əmrullayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev – sizə sualımız var: bu qədər fakt, bu qədər pozuntu qarşısında niyə hələ də susursunuz? Piral məktəbi artıq bir ailənin “şəxsi müəssisəsi”nə çevrilib, məktəbdə dərs yox, qohumluq şəbəkəsi, büdcə balansı və şübhəli ödənişlər idarə olunur. Bu bir kənd məktəbi deyil, elə bil ki, ailədaxili şirkətdir – “Piral & Co” MMC!


“DogruXeber.az” olaraq, bu özbaşınalığın durdurulmasını tələb edirik. Təhsil sahəsi şəxsi maraqların və pul yığımının deyil, gələcəyin formalaşdığı sahədir. Amma burada gələcək yox, qazanc təfəkkürü hökm sürür.


Növbəti yazımızda direktor Ağamət Ağamətovun fəaliyyətinin daha qaranlıq, daha “yaradıcı” detallarına toxunacağıq.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil yoxsa ticarət?- Qusar MƏKTƏBİ

Təhsil yoxsa ticarət?- Qusar MƏKTƏBİ

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə  “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

256 nömrəli tam orta məktəbdə analoqu olmayan biabırçılıqlar yaşanır

256 nömrəli tam orta məktəbdə analoqu olmayan biabırçılıqlar yaşanır

Metodbirləşmələr

Metodbirləşmələr

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Nadir İsrafilov: Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki...

Nadir İsrafilov: Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki...

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.