AzTehsil.com


Xəbərlər / Müəllim
22 oktyabr 2021
2 361


Nadir İsrafilov: Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki...



 

Təhsilin müxtəlif problemləri zaman-zaman gündəmə gəlir, müxtəlif fikirlər səsləndirilir, fərqli mövqelər sərgiləndirilir, hətta debatlar təşkil olunur. Bununla belə geniş ictimaiyyət tərəfindən heç də bir mənalı qarşılanmır, tərəfdarlar və əleyhdarlar arasında fikirlər haçalanaraq, əsaslı və əsassız polemikalara səbəb olur. Kimlərsə qaldırılan məsələnin mənfi təsirini əsas gətirərək narazılığını ifadə edir,  kimlərsə məsələnin həllinin müsbət sonunclanacağında haqlı olduğunu biruzə verir.

Bu kimi məsələlər bir deyil, iki deyil. Rus dilinə, rus məktəblərinə və rus siniflərinə, dini dərslərin məktəbə gətirilməsinə, distant təhsilin tətbiqinə, ayrı-ayrı müsabiqələrin keçirilməsinə, müəyyən qaydaların tətbiqinə və s. münasibət heç də hamı tərəfindən bir mənal olmayıb. Buna görə də bu kimi məsələlər konkret həllini tapmadığından təkrar-təkrar gündəmə gətirilib və bu günün özündə də gətirilməkdə davam edir.

O cümlədən məktəblərimizdə cinsi tərbiyə dərslərinin keçirilməsinə baxış da fərqli olub və olmaqda qa qalmaqdadır. Baxmayaraq ki, uşaq və yeniyetmələrin cinsi tərbiyəsi ailə pedaqogikasının vəzifələri sırasında özünəməxsus yer tutur, bunununla belə bəzilərində belə fikir formalaşıb ki, gigiyenik və cinsi tərbiyəylə bağlı uşaqlar arasında mədsədyönlü şəkildə iş aparmağa ehtiyac yoxdur. Bu, ata-babalarımızın ailənin nəsilartırma funksiyasını diqqət mərkəzində saxlayaraq, uşağın yanında bu mövzuda danışmağı lüzumsuz, hətta tərbiyəsizlik hesab etməsindən də qaynaqlanır.

Bəzi valideynlər nəinki övladlarının cinsi tərbiyəsi ilə məşğul olmur, hətta müəllimlərin də bu mövzuda – uşaqların gigiyenası, cinsi xüsusiyyətləri, münasibətləri, sevənlərin davranış mədəniyyəti və s. problemlər barədə söhbət aparmalarını yaxşı qarşılamırlar. Eyni zamanda belə hesab edənlər də var ki, belə yanaşmada cinsi tərbiyə istiqamətində maariflənmə işi başlı-başına buraxılmış olur. Halbuki cinsi tərbiyə şəxsiyyətin hərtərəfli və ahəngdar formalaşdırılmasının tərkib hissələrindən birirdir, uşaqların psixoloji, mənəvi, fiziki və gigiyenik cəhətdən sağlam böyümələrinə təsir edir.Yəni, ailədə və məktəbdə cinsi tərbiyənin arxa plana keçirilməsi, cinslərin fiziki xüsusiyyətlərinin söhbət mövzusu kimi nəzərdə tutulmaması yeniyetmə və gəncləri çıxılmaz vəziyyətə salır. Onlar maraqlandıqları məsələlərə kənarda cavab axtarırlar. Nəticədə həmyaşıdları və daha kimlərsə onların məsləhətçisinə çevrilir. bununsa səmərəsi olmur

Ümumiyyətlə, "Məktəblərdə cinsi tərbiyə: kim razıdır, kim yox?”, "Məktəblərdə seksual inqilabın səbəbi nədir?”, "Orta məktəblərdə cinsi tərbiyə: nə etməli?”, "Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?” və digər bu kimi digər suallar zaman-zaman manşetlərlərə çıxarılıb , gündəmin əsas mövzularından biri olub. Bir ara  hətta tədrisə "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi təqdim edilmiş, üç il pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin  ölkə üzrə tam tətbiqinə başlanacağı barədə açıqlamalar da edilmişdi. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaq idi, Hazırlanan kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə belə təqdim olunmuşdu.

O  zaman kimlərsə cinsi tərbiyə ilə bağlı tədrisin şagirdlərə faydası olacağını, bu dərsin tədrisinə ciddi ehtiyac olduğunu, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacağını düşündüsə, digərləri hesab etdilər ki, yeni fənn dini və dünyəvi dünyagörüşlü insanlar arasında qarşıdurmaya səbəb ola bilər. Bundan başqa, şüuru hələ tam möhkəmlənməyən yeniyetmələrdə cinsi əlaqə istəyi yarana bilər ki, bu da xoşagəlməz haldır. Bununla belə hazırda cəmiyyətin üzləşdiyi kriminalın, erkən nikahların, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmamasının durmasını iddia edənlər də oldu.

Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki, "Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub.

Məsələnin aktuallığı nəzərə alınaraq, maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış İşçi qrupu tərəfindən "Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə” hazırlanan vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək.

Məsələ bu günədək beləcə qaldı, çünki, dərslik ayrı şeydir, metodik tövsiyə tamam başqa şey, eynilə maarifləndirmənin və dərsin, tədrisin ayrı anlayışlar olduğu kimi. Bunun üçün "Biologiya” və "Həyat bilgisi” kimi tədris fənləri var. Ən çıxılmaz vəziyyətdə fakultativ məşğələlərin imkanlarından yararlanmaq olar. Tədris proqramı və təhsil proqramlarının həddən artıq yüklü olduğu bir vəziyyətdə, valideynlərin və təhsil içtimaiyyətinin uşaqların həddən artıq yüklənməsi barədə həyacan təbili çaldığı bir şəraitdə əlavə polemikalar açmaq, gərəksiz ajiotaj yaratmaq nə dərəcədə məntiqə uyğundur? Hər sinifdə 40-50 uşaq oturarkən, siniflərin bölünməsində ciddi problemlərlə üzləşdiyimiz halda, "Reproduktiv sağlamlığı tədris” edərkən oğlanlar və qızlar üçün dərslərin ayrı-ayrılıqda aparılmasından çıxış yolnu necə tapılacaq?
Onu da xatırlatmaq yerinə düşər ki, qonşu "Rusiyanın bəzi orta məktəblərində pilot layihə kimi reproduktiv sağlamlıq haqqında vəsait tədris olunub. 8 -11-ci siniflərə şamil edilən bu dərslikdə cinsi tərbiyə, ailə həyatı quran, dünyaya uşaq gətirən gənclərin davranış qaydaları kimi mövzulara toxunulub. Bir-iki ildən sonra aparılan araşdırmalardan sonra müəyyən edilib ki, layihə orta məktəb şagirdlərinin davranışlarında ciddi nöqsanlara səbəb olub. Bu dərsliyi oxuyan orta məktəb şagirdləri öyrəndiklərini praktikada həyata keçirməyə başlayıblar. Rus məktəblilərinin əxlaqına və davranışına neqativ təsir edən bu dərsliyin ümumtədrisinə rəy verilmədi”

Uzağa niyə gedirik, elə ötən əsrin 90-cı illərdə Respublikamızın orta məktəblərdə əlavə vəsait kimi tədris olunan, ailə və nikah məsələlərindən bəhs edən "Ailə” dərsliyinin müqəddəratı necə oldu, erkən nikahların sayı azaldımı, əksinə erkən boşanmaların sayı bir az da artmış oldu. Uşaqlarımızın sağlamlığını qorumaq istəyiriksə, onları lazımlı-lazımsız materiallarla yükləmək yox, onları bu ağır yükdən azad etməliyik. Deməyim odur ki, hər dəfə bir problem qaldıranda, bir dəfə də onun üstünə gedək, eyni şeyi çeynəməmək üçün nə isə edək...

Nadir İSRAFİLOV
TN yanında İctimai Şuranın sədr müavini



Загрузка...
Həmçinin oxuyun:
"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə  məlumat verilsin.

Biologiya, anatomiya, eyni zamanda həyat bilgisi fənlərinin daxilində şagirdlərə məlumat verilsin.

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Azyaşlıya qarşı cinsi təcavüz

Azyaşlıya qarşı cinsi təcavüz

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Azərbaycanda azyaşlı qıza təcavüz edildi

Azərbaycanda azyaşlı qıza təcavüz edildi

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil,  yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil, yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı