Sertifikatlaşdırma prosesi davam edir
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb.
AzTehsil.com xəbər verir ki, İmtahan mərhələsi ölkənin 18 şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil olunub. Test imtahanında 2019 müəllim iştirak edib, davamiyyət göstəricisi isə 95 faiz təşkil edib.Sertifikatlaşdırma prosesi davam edir.olan təhsilverənlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini ünvanlaya bilərlər. Müraciətlərin qəbulu 19 iyul saat 12:00-dək davam edəcək. Təhlil prosesi başa çatdıqdan sonra yekun nəticələr elan olunacaq.
Qeyd edək ki, bəzən sosial media platformalarında sertifikatlaşdırma prosesi ilə bağlı həqiqəti əks etdirməyən və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş qeyri-dəqiq məlumatlar paylaşılır. Qurum bu cür informasiyaların prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıdığını bildirir və bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırır.