SERTİFİKATSİYA: Apellyasiyaya müraciət bu tarixdən olacaq
Bugün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.
AzTehsil.com xəbər verir ki, proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzən ayrı-ayrı sosial media platformalarında təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasında çaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlar paylaşılır.
Bildirmək istərdik ki, bu kimi informasiyalar prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıyır. Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırırıq.