Xəbərlər / Ekspert
22 iyun 2023
454


Əlçatmaz yay düşərgələrinin qiymət və şərtləri necədir?


Ekspertlər müvafiq qurumların hamı üçün əlçatan olan yay düşərgələri formalaşdırmasını zəruri sayır

Məktəblilər üçün yay düşərgələri valideynləri ən çox maraqlandıran mövzulardandır. Həm istirahət, həm də səmərəli vaxt keçirmə istəyi yay düşərgələrini valideyn-uşaqlar üçün maraqlı edir. İndi sosial şəbəkədə bu sayaq onlarla elan var. Təbii ki, qiyməti yazmadan, dəbdəbəli elanlar verilir, füsunkar təbiətli məkanlardan fotolar paylaşılır. Bəs yay düşərgələrinin şərtləri necədir? Ödəniş, təklif edilən imkanlar və təhlükəsizlik hansı səviyyədədir?


“Yeni Müsavat” bu mövzuda kiçik bir arayış hazırlayıb. Hazırda yay düşərgələri daha çox özəl şirkətlər tərəfindən həyata keçirilir. Qiymətlər isə 14 gün üçün minimum 700-800 manatdan başlayır. Düşərgələrə daha çox aşağı sinif şagirdləri müraciət etdiyindən təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Yay düşərgələri təşkil olunarkən əsas üstünlük şagirdlərin dil bilgilərinin inkişaf etdirilməsinə, idman və istirahətlə yanaşı, biliklərinin artırılmasına verilir.


Yay istirahətini bölgələrdəki düşərgələrdə keçirənlərlə yanaşı xaricə üz tutanlar da az deyil. Amma burada da qiymətlər fərqlidir.


AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil ediləcək. “Mərdəkan” istirahət düşərgəsi AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün yeni mövsümə start verir. Düşərgədə 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla, 5 növbədə təşkil edilir: I növbə: 20 iyun - 04 iyul; II növbə: 7 iyul - 21 iyul; III növbə: 24 iyul - 8 avqust; IV növbə: 10 avqust - 24 avqust; V növbə: 27 avqust - 10 sentyabr. Tələb olunan sənədlər: doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış.


Düşərgədə komfortlu kotteclərdə gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman nəzərdə tutulur. Kompleksin ərazisində hovuz, tennis, qum üzərində futbol və voleybol meydançaları var. Bundan əlavə, 24 saat həkim və kamera nəzarəti mövcuddur.



Elşən Qafarov


Təhsil eksperti Elşən Qafarov mətbuata açıqlamasında deyir ki, tətil dövründə şagirdləri rayonlara göndərmək lazımdır ki, açıq havada, təbiətdə vaxt keçirsinlər. Bu dövrdə onlara dərs materiallarının verilməsi isə yolverilməzdir. Çünki bu növbəti tədris ilində uşağın yorulmasına səbəb ola bilər. Ekspert deyir ki, bir vaxtlar şagirdlər üçün düşərgə funksiyasını daşıyan məkanlarda uzun illər keçmiş məcburi köçkünlər yaşayıblar. Buna görə də həmin düşərgələr yararsız hala düşüb. Elşən Qafarovun fikrincə, bütün mövcud problemlərə baxmayaraq, yay düşərgələrinin təşkil olunması çox vacibdir. Onun fikrincə, düşərgələrin fəaliyyətinin bərpası ilə yanaşı, məktəbdən kənar təhsil müəssisələri də yayda fəaliyyət göstərsələr, şəxsi vəsait hesabına istirahətə gedə bilməyən şagirdlərin tətili də effektiv və səmərəli keçər.



Psixoloq Gülər Məmmədova bildirir ki, yay fəslində uşaqların öyrənmə qabiliyyəti zəifləyir. Psixoloqun sözlərinə görə, bu, həm havaların isti keçməsindən, həm də uzun keçən ağır dərs proqramından irəli gəlir. Psixoloq həmçinin bildirir ki, uşaqları tətil dövründə məcburi şəkildə təhsilə yönəltmək və istirahətinə şərait yaratmamaq onları yora və təhsildən uzaqlaşdıra bilər.


Mövzu ilə əlaqəli mövqeyini Fed.az-a açıqlayan təhsil eksperti Nadir İsrafilov bildirib ki, əvvəlcə uşaq yay düşərgəsinin nə olduğunu və hansı məqsədləri ehtiva etdiyini bilmək lazımdır. Onun fikrincə, bu halda yay düşərgələrini dəyərləndirmək mümkündür: “Hər şeydən əvvəl sağlamlıq, mənalı və səmərəli istirahət, yay müddətində asudə vaxtın təşkili. Böyüklər üçün daimi iş yerləri qorunub saxlanılmaqla, əlavə əmək haqqı imkanları. Sosiallaşma baxımından əvəzolunmaz şərait, valideynlər üçün uşaqlarına görə arxayınçılıq. Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından da çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr...


Nadir İsrafilov


Ovaxtkı düşərgələr bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi. Bir çox iri müəssisələrin və təşkilatların olduğu kimi yerli təhsil şöbələrinin də belə düşərgələri var idi". 


Ekspertin sözlərinə görə, 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra isə belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı: “Ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub. Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Məsələ ilə bağlı bir müddət əvvəl Həmkarlar Konfederasiyası, sonra isə keçmiş Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər də yayılmışdı. Hətta qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında "Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri", “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, “Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Ancaq hələlik ortada bir mexanizm yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunur".


 Sevinc TELMANQIZI


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi