AzTehsil.com


Xəbərlər / Valideyn / Direktor / Müəllim
19 sentyabr 2018
3 029


Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ



Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

 

 
"Orta təbəqənin övladları orada oxumaq imkanından məhrumdurlar"

 Bakı sakini Günel Əlimərdanova hər iki qızını da özəl məktəbə göndərir. Hər birinin təhsil haqqı ayda 500 manatdır. Bahadırmı? Dediyinə görə, başqa məktəblərlə müqayisə edəndə, verdiyi təhsilin səviyyəsinə, yaratdığı şəraitə baxanda münasibdir. "Bu baxımdan məni qane edir" söyləyir.

Ana ilk növbədə təhsildən, bir də uşaqlara fərdi yanaşmadan razıdır: "Sinifdə maksimum 7 şagird olur. Bir var müəllim 30 uşağa dərs keçsin, bir də var 7 uşağa. Üstəlik də uşağın iki müəllimi var, biri dərsləri keçir, ikincisi ev tapşırıqları ilə məşğul olur. Dediyim odur ki, hər bir uşaqla fərdi işlənir".

Günel İbrahimovanı qane edən bir başqa məqam da məktəbin valideyn kimi onu bir çox qayğılardan azad etməsidir, yəni uşaqların ev tapşırıqları, dərsdənkənar məşğuliyyətlərinin təşkili də elə məktəbin öz boynunadır.

"İş adamıyam, səhər saat 9-dan axşam 5-ə kimi uşaq orda olur. Ev tapşırıqlarına kimi edirlər, yəni evə dərs qalmır. İşləyən xanım üçün bu, daha sərfəlidir. Bir də mən narahat olmuram, fikirləşmirəm ki, uşaqları hansısa kurslara, dərnəklərə yönləndirməliyəm. Məktəbin özündə bunların hamısı var. Qızlarım fortepiano dərslərinə gedirlər, ondan əlavə məktəbdə rəqs, rəsm dərsləri var".
Ana qızlarının burda üç dil öyrəndiklərini də deyir: "İstəyirdim ki, uşaqlar bir neçə dil öyrənsilər. Rus bölməsinə qoymuşam, bundan başqa hər gün ingilis dili dərsi keçirilir. Üstəlik də əlavə fransız, alman dili öyrədilir. Buna görə də çox axtarandan sonra bu məktəbi seçdim".

"Hazırlıqlı vətəndaş yetişdirilir"

 Süheylə Cəfərli qızı Tomrisi özəl məktəbə - Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinə qoyub. O deyir ki, "dövlət və ya özəl məktəb?" seçimini etməzdən öncə xeyli araşdırma aparmalı olub. Etiraf edir ki, qiymət baha da olsa, riskə gedib: "Yetərincə məsuliyyətli addımdır, nəzərə almalısan ki, uşağın 11 il özəl məktəbə gedəcək və öhdəsindən gələsəksənmi, sabah necə olacaq?

Doğrudur, başqalarıyla müqayisədə bizim məktəb nisbətən əlçatandır. Ancaq yenə də düşünürəm ki, özəl məktəblərdə təhsil haqları yetərincə yüksəkdir".
Onu riskli addım atmağa vadar edən nədir? Süheylə Cəfərli seçiminin səbəbini özəl məktəblərdə tədris proqramının fərqli, şagirdə yanaşmanın fərdi olması ilə izah edir: "Özəl məktəbdə sinifdə şagirdin sayı maksimum 15 nəfər olursa, dövlət məktəbində bəzən 30-dan yuxarı, hətta 40-a yaxın olur.

 Bu durumda 45 dəqiqə ərzində müəllimdən hər bir uşağa fərdi yanaşma gözləyə bilmərik. Özəl məktəbdə isə müəllim və onun yardımçısının fərdi yanaşma imkanı var".

Gənc ananı cəlb edən həm də uşaqlara sərbəstlik verilməsi, onların hər mövzuda öz fikirlərinin və qərarlarının olmasına imkan yaradılmasıdır: "Burda uşaqlar fikirlərini daha sərbəst ifadə edir, məsələlərə kreativ, fərqli rakusrlardan yanaşırlar. Uşaqlarda kiçik yaşdan düşünmək qabiliyyəti yaranır.

Bir dəfə qızım evdə konserv qutularını, butulkaları və ya atılmalı başqa əşyaları zibil qabında görəndə təəccübləndi.

O dedi ki, biz bunlardan fərqli məqsədlər üçün istifadə edə bilərik, sonra təkrar emaldan danışdı. Məsələn, zibil qabındakı tullantıların bəzisindən karandaş qabı, gül qabı düzəltdi. Atılmalı şeyləri ayrı-ayrı qablaşdırılmalı olduğumuzu izah etdi ki, sonradan insanlar onu emala göndərəndə əziyyət çəkməsinlər və s. Əslində, bunlar hazırlıqlı cəmiyyət üzvünün yetişməsi üçün çox vacibdir".

"Uşağa şəxsiyyət kimi yanaşırdılar"

 Övladı bu günlərdə bağlanan "İstək" liseyinin şagirdi olmuş bir valideyn danışır ki, məktəbə ildə təxminən 5000 manat ödəsə də, narazılığı olmayıb.
"Dərslər yüksək səviyyədə keçirilirdi, uşaqlar üçün sosial fəaliyyətlər vardı. Məktəbin şagirdləri uğurlu nəticələr əldə edirdilər. Bundan başqa, uşaqlara sərbəst davranmaq imkanı yaradılırdı. Sinif rəhbəri ilə münasibətləri az qala tay-tuş səviyyəsində idi. Onlar uşağa şəxsiyyət kimi yanaşırdılar, fikrinə hörmət edirdilər, məsafə qoymurdular", - adının çəkilməsini istəməyən valideyn söyləyir.
"31 min manat təhsil haqqı baha deyil"

 2016-2017-ci tədris ili müddətində Azərbaycanda qeyri-dövlət müəssisələrində 9 minə yaxın şagird təhsil alıb. 10 il əvvəlki tədris ili ilə müqayisədə özəl məktbələri seçənlərin sayı təxminən 3 min artıb, rəsmi statistika göstərir.
"Bizdə təhsil haqqı 25 min 190 manatdır. Amma birinci il bundan bir az çox, 31 min 690 manat ödənir. Bunun 500 manatı qeydiyyat üçündür, 6 min də birinci semestr üçün", -Azərbaycan Beynəlxalq Məktəbindən (TİSA) deyirlər.
1996-cı ildə yaradılan bu məktəbdə Azərbaycanda fəaliyyət göstərən xarici biznes strukturlarında, xarici ölkələrin Azərbaycandakı səfirlik və konsulluqlarda çalışanların övladları oxuyur, TİSA-dan bildirirlər. Onu da əlavə edirlər ki, imkanı çatan Azərbaycan vətəndaşlarının da üzünə məktəbin qapıları bağlı deyil.
Beynəlxalq Məktəb qiymət siyasətinin də verdikləri beynəlxalq bakalavriat sisteminə görə uyğunlaşdırıldığını bildirir.
"Qiymətlər orta təbəqə üçündür"
 
"Kaspi" liseyində illik təhsil haqqı 5900-7000 manat arasında sinfə və bölməyə görə dəyişir. Liseyin səlahiyyətlisi Afaq İbrahimovanın sözlərinə görə, qiymət orta təbəqə üçün nəzərdə tutulub və "münasib təhsil haqqı" olan "tək-tük" özəl məktəblərdəndir:

"Liseydə təhsil abituriyent hazırlığı da daxil xüsusi proqram əsasında təşkil olunur. Bütün bunları valideyn özü edəndə, yol xərclərini də nəzərə aldaq, hər ay övladına təxminən 600-700 manat xərcləməli olur, bizim liseydə isə valideyn əlavə xərclərdən və qayğılardan azaddır".

 Bakı Oksford Məktəbi: "Buna görə pul verməyə dəyər"

 Bakı Oksford Məktəbindən isə qiymətlə bağlı sualın cavabında sözə "dövlət məktəbindəki vəziyyəti siz də bilirsiniz, axı..." deməklə başlayırlar:

"Bizim dövlət məktəbləri təhsil vermir. Ona görə də camaat üz tutur özəl məktəbə. Bizim marağımız maksimim keyfiyyətli təhsil verməkdir. Kitablar xaricdən sifariş olunur, yerli kitablardan istifadə edilmir. Bu zaman rüsumlar da təhsil haqqına təsir göstərir", məktəbin rəsmisi Günatay Kazımova deyir.
Onun sözlərinə görə, məktəbdə təhsil haqqı hazırlıq siniflərində 7 min manatdan, I-XI siniflərdə isə 15 min manatdan yuxarıdır. Bu qiymətə nəqliyyat xidməti daxil deyil.

Günatay Kazımovanın fikrincə, Avropa ölkələriylə müqayisədə onlarda qiymətlər baha deyil: "Özəl məktəbdə həm təhlükəsizlik, həm nizam-intizam, həm də təhsil var, başqa məktəblərdə bu yoxdur. Ondan başqa, təhsil ingilis dilindədir, şagird məktəbi bitirəndə ən azı dörd dildə mükəmməl danışır. Məncə, buna görə pul verməyə dəyər".

Günatay Kazımovanın sözlərinə görə, şagirdlərə akademik təhsillə yanaşı kritik düşünmə, digər din və mədəniyyətlərə hörmətlə yanaşma da öyrədilir, beynəlxalq arenada özlərini göstərmək imkanı yaradılır: "Biz onları şəxsiyyət kimi yetişdiririk. Məktəbi bitirənlər hər bir mədəniyyətdə, hər bir mühitdə, ölkədə rahatlıqla uyğunlaşa bilirlər".

 "Çox bahadır... Orta təbəqənin övladları orda oxumaq imkanından məhrumdurlar"

 Özəl məktəblər qiymətlərdən, verilən təhsildən həvəslə danışsalar da, ekspert Etibar Əliyev bu fikridədir ki, bəzi pullu məktəblərdə verilən biliyin səviyyəsi ödənilən məbləğə adekvat deyil.

"Bir özəl məktəbin 600-dən yuxarı nəticə göstərən şagirdlərinin sayı Şərur və ya Sabirabadda yerləşən bir məktəbin nəticələrindən aşağıdır.

Bu o deməkdir ki, o məktəblərdə xüsusi metodika və ya proqramla şagird yetişdirilmir. Təhsil haqqı yüksək olsa da, regional məktəbdə verilən təhsildən fərqlənmir", - söyləyən Etibar Əliyevin fikrincə, özəl liseylərin əksəriyyəti sadəcə yaxşı şəraiti ilə "gözqamaşdırıcı funksiya" yerinə yetirir, bu da valideynləri cəlb edir.
Qiymətlərə gəlincə, təhsil ekspertləri özəl məktəblərdə qiymətlərin "sərfəli" yox, çox baha olduğu qənaətindədirlər.

"Orta təbəqənin nümayəndələrinin övladları orda oxumaq imkanından məhrumdurlar. Tutalım, Milli Elmlər Akademiyasının işçisi 350-400 manat və ya bir professor 800 manat maaş alırsa, o heç vaxt təhsil haqqı 10 min manat olan məktəbdə övladını və ya nəvəsini oxutdura bilməyəcək", - ekspert Etibar Əliyev deyir. 

Başqa bir təhsil eksperti Kamran Əsədov hesab edir ki, "normal təhsil haqqı 3 min, ən yüksək təhsil haqqı 5 min manatı ötməməlidir".

Təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görəsə, Təhsil haqqında qanunda da açıq qeyd olunur ki, məktəbin vəzifəsi vətəndaş yetişdirməkdir.

O təəssüflənir ki, istər dövlət, istərsə də özəl məktəblərdə bu sahə axsayır, orta məktəblər sadəcə bilik verir: "Hansı özəl məktəb durub şagirdə deyə bilər ki, seçki kompitensiyalarından danış? Dərhal onu bağlayarlar. Halbuki bu haqda danışmaq məktəbin birbaşa borcudur".

 "Buraxılış imtahanlarının nəticələrində "əhəmiyyətli artım" var"

 Təhsil Nazirliyi dövlət məktəblərində təhsilin keyfiyyəti ilə bağlı sualların cavabında bildirir ki, son illərdə buraxılış imtahanlarının nəticələrində "əhəmiyyətli artım" müşahidə edilir:
"9-cu siniflərin buraxılış imtahanlarında nəticələri son 4 ildə 17 faiz, 11-ci siniflərdə isə 2 faiz artıb", Təhsil Nazirliyi  yazılı cavabında bildirib, ancaq qurum şagirdlərin fikrini sərbəst ifadə etmək, məsələlərə fərqli rakurslardan yanaşmaq vərdişlərinin aşılanması ilə bağlı suallarını şəhr etməyib.

Təhsil Nazirliyindən deyirlər ki, Azərbaycanda özəl məktəblərin çəkisi və orada təhsil alanların sayı ümumi göstəricilər sırasında 0.6 faiz təşkil edir.
"Bu səbəbdən də keyfiyyətli təhsil üçün ancaq özəl məktəblərə müraciət edilməsi fikri doğru deyil. Azərbaycanda çoxlu sayda lisey və gimnaziyalar, adi ümumtəhsil məktəblər fəaliyyət göstərir ki, onlarda təhsilin səviyyəsi yüksəkdir. Həmin məktəblərə qəbul üçün çoxlu valideyn müraciət edirlər və ciddi rəqabət şəraitində qəbul aparılır".

Özəl məktəblərin əksəriyyəti dərsdən sonra müxtəlif məşğələlər və dərnəklər təşkil etdiklərini vurğulayırlar.

Təhsil Nazirliyi bildirir ki, dövlət məktəblərində də şagirdlər dərsdənkənar vaxtlarda dövlət büdcəsi hesabına istər müxtəlif idman növləri üzrə, istərsə də texniki, uşaq yaradıcılıq sahələrində öz qabiliyyətlərini inkişaf etdirirlər.

"Özəl məktəblərdən fərqli olaraq bu məktəblərdə peşəkar mütəxəssislər çalışır. Belə məktəblərdə 500 mindən çox şagird müxtəlif dərnəklərə cəlb olunaraq öz yaradıcılığını inkişaf etdirilər. Bundan başqa şahmat fənninin tədrisi həyata keçirilir. Şagirdlər tədris planına daxil edilən şahmat fənnini öyrənirlər".

 

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

 


 



Загрузка...
Həmçinin oxuyun:
Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Adı rayon məktəbində, özü şəhərdə... -Şagirdlərin hazırlıq məsələsi

Adı rayon məktəbində, özü şəhərdə... -Şagirdlərin hazırlıq məsələsi

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Gürcüstanda nə qədər azərbaycanlı tələbə oxuyur? - Statistika

Gürcüstanda nə qədər azərbaycanlı tələbə oxuyur? - Statistika

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ